“Gürcüstan xəbərləri” oxucularına fakta əsaslanan, qərəzsiz yeni xəbərlər, analitik və araşdırma məzmunlu media məhsulu təklif edən müstəqil, ictimai-siyasi onlayn nəşrdir.
“Gürcüstan xəbərləri”nin missiyası etibarlı və keyfiyyətli məlumat verməklə demokratik dəyərlərin möhkəmlənməsinə yardım etməkdir; cəmiyyət tərəfindən məlumatlı seçimlər etmək; əsas insan hüquqlaının və azadlıqlarının müdafiəsi; açıq və plüralist cəmiyyət formalaşdırmaq.
“Gürcüstan xəbərləri” üçün prioritet regionların, o cümlədən işğal olunmuş və etnik azlıqların məskunlaşdığı ərazilərin işıqlandırılmasıdır.
Sakartvelosambebi.ge məlumatı dörd dildə - gürcü, erməni, azərbaycan və ingilis dillərində yayır.
“Gürcüstan xəbərləri” İnformasiya Resursları Şəbəkəsinin (IRN) bir hissəsidir. Şəbəkənin məhsulları bunlardır:
- Mtisambebi.ge - Gürcüstanda yüksək dağlıq bölgələrə yönəlmiş yeganə media resursdur. “Mtis ambebi” ölkədə konstruktiv jurnalistikanın ilk presedentini yaradır, mövzuları sona qədər izləyir və jurnalist fəaliyyəti və aktiv vətəndaş səfərbərliyi, vətəndaşlarla birgə başladığı advokatlaşdırma kampaniyaları ilə dəyişikliklərə nail olmağa çalışır.
- Mountainstories.ge - “Mtis ambebi”-in inglis dilli versiyasıdır
- Kakhetiinfo.ge - Kaxeti İnformasiya Mərkəzi gündəlik xəbərlər və multimedia reportajları vasitəsilə Kaxeti bölgəsinin xəbərlərini onlayn işıqlandırır.
- Radioway.ge - İnformasiya Resursları Şəbəkəsinin nəznində çalışan Pankisi İcma Radiosu, Axmet Bələdiyyəsində FM 101.1 tezliyində gürcü və Kist (çeçen) dillərində fəaliyyət göstərir.
2013-2022-ci illərdə İnformasiya Resursları Şəbəkəsi bir sıra yerli və beynəlxalq, o cümlədən Avropa İttifaqının, Avropa Jurnalistika Mərkəzinin, Coşua Fridman və GIPA, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), İctimai Müdafiəçi, Media İnkişaf Fondu, Dini Azlıqlar Şurası, Jurnalist Etikası Xartiya mükafatlarına layiq görülüb.
Xəbər resurs şəbəkəsi redaktorları və jurnalistlər Gürcüstanın Jurnalist Etikası Xartiyasının prinsiplərini paylaşır və qoruyurlar.
Saytda müzakirəsi qaydaları
“Gürcüstan xəbərləri” saytında olan məqalələrin altında istifadəçilər tərəfindən yazılmış şərhlər dərc üçün təsdiq tələb etmir.
Şərhlərdə söyüş, təhqir, təhdid, təhqir, nifrət ifadələri olmamalıdır.
Bu qaydaları pozaraq yazılan şərhlərlə bağlı bizimlə e-poçt ünvanı ilə əlaqə saxlayın: sakartvelosambebi.ge@gmail.com
“Gürcüstan xəbərləri” mesajı nəzərdən keçirdikdən sonra şərhləri silmək, müəyyən istifadəçinin “Gürcüstan xəbərləri” sosial şəbəkə platformalarında şərh etmək hüququnu müvəqqəti və ya daimi olaraq məhdudlaşdırmaq hüququnu özündə saxlayır.