“Gürcüstan xəbərləri” komandasının seçimi ictimaiyyətin maraqlarını ifadə edən, siyasi və ya digər təsirlərdən tamamilə azad keyfiyyətli jurnalistika ilə məşğul olmaqdır.
Sakartvelosambebi.ge həm də onunla seçilir ki, siyasi qütbləşmiş, partiya yönümlü mediadan fərqli olaraq, xüsusilə Gürcüstanın bölgələrində əhali üçün ən vacib problemli məsələlərə diqqət yetirir.
„Gürcüstan xəbərləri“ komandasının unikal advokatlaşdırma təcrübəsi (bir neçə ildir ki, „Mtis ambebi“ ilə məşğul oluruq) bizə, oxucularımıza bu gün bir çox medianın edə bilmədiyi ardıcıl, həlli yönümlü işıqlandırma təklif etməyə imkan verir.
Məqsədimiz Gürcüstanın bütün guşələrindən aktual mövzuları tam olaraq əhatə etmək və faktlara əsaslanan, qərəzsiz reportajları mümkün qədər çox insan üçün əlçatan etməkdir. Bu məqsədlə sakartvelosambebi.ge gürcü, erməni, azərbaycan və ingilis dillərində məlumat yayır.
Sizin hər hansı töhfəniz „Gürcüstan xəbərləri“-ni gürcləndirəcək.
1 lari ilə də olsa dəstəyinizi göstərin - bu, cəmi iki dəqiqənizi alacaq.
İanələrin qəbulu şərtləri
Pul töhfəsi verməklə siz „Gürcüstan xəbərləri“-ni dəstəkləyirsiniz və ona müstəqil və keyfiyyətli jurnalist məhsulu yaratmağa kömək edirsiniz.
Bu mətn „Gürcüstan xəbərləri“-nin hər bir ianə edənlə münasibətini, o cümlədən vəsaitlərin qəbulu, rədd edilməsi və ya geri qaytarılması şərtlərini təsvir edir:
- „Gürcüstan xəbərləri“ əldə etdiyi vəsaiti jurnalist fəaliyyətini maliyyələşdirmək üçün istifadə edəcək.
- „Gürcüstan xəbərləri“ həm fiziki, həm də hüquqi şəxslərdən töhfələr qəbul edir.
- İanəçi yetkinlik yaşına çatmış olmalıdır.
- “Gürcüstan xəbərləri”, bir ianəçidən ən çox 2000 lari dəyərində töhfə qəbul edə bilər.
- Dəstək məqsədilə edilən töhfə bir hədiyyədir hansı ki, geri qaytarılmır. Pul dəstəyi müqabilində ianəçi “Gürcüstan xəbərləri”nin redaksiya siyasətinə təsir göstərə bilməz.
- Əgər ki, “Gürcüstan xəbərləri” qəbul etdiyi maliyyə yardımlarını nəşrin missiyasına, dəyərlərinə, maraqlarına, redaksiya siyasətinə zidd hesab edərsə və “Gürcüstan xəbərləri”-nin müstəqilliyinə və ya nüfuzuna təhlükə törədirsə istənilən vaxt ianədən imtina etmək və pulu ianəçiyə geri qaytarmaq hüququnu özündə saxlayır.
- Bu halda, məbləğ ianəçiyə 30 gün ərzində əməliyyatın aparıldığı hesaba geri qaytarılacaq.
- Birdəfəlik, aylıq və ya illik töhfə edə bilərsiniz. Məbləği hesaba köçürməzdən əvvəl siz tələb olunan məlumatları - şəxsiyyəti və e-poçt ünvanını dəqiq qeyd etməlisiniz.
- Əgər müntəzəm dəstəyi seçsəniz, siz şəxsən dəstəyi dayandırmaq qərarına gələnə qədər bank, aylıq və ya illik olaraq kartınızdan qeyd etdiyiniz məbləği çıxacaq.
- Pul köçürərkən, “Gürcüstan xəbərləri”sizin bank kartı məlumatlarınızı görmür. Bank kartı ilə ödəniş üsulunu seçsəniz, siz bankın “Gürcüstan xəbərləri”nin girişi olmayan səhifəsinə daxil olursunuz.
- “Gürcüstan xəbərləri” ianə edənlərin adlarını və töhfə olunan məbləği açıqlamayacaq. “Gürcüstan xəbərləri”-nin, tərəfinizdən təqdim olunan məlumatdan necə istifadə edə biləcəyini görmək üçün məxfilik siyasətimizlə tanış olun.
- İstənilən vaxt “Gürcüstan xəbərləri”nin maliyyə dəstəyindən imtina edə bilərsiniz. Aylıq və ya illik töhfənin köçürülməsini istər bank yardımı ilə, istərsə də bizimlə əlaqə saxlayaraq dayandıra bilərsiniz.
- Müntəzəm töhfəni ləğv etmək, eləcə də hər hansı sualınız üçün bizimlə e-poçt vasitəsilə əlaqə saxlayın: support@sakartvelosambebi.ge
“Gürcüstan xəbərləri” dəstəyinizə görə sizə təşəkkür edir.