Gürcüstanda yerləşən hansı su elektrik stansiyaları Rusiya şirkətlərinə və Rusiya vətəndaşlarına məxsusdur? Nə üçün bu su elektrik stansiyaları ölkənin enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir? Əvvəllər “ Vahid Milli Hərəkat”, indi isə “Gürcü arzusu” Rusiyadan enerji asılılığının artmasına necə imkan yaradırdı? Niyə Gürcüstan hökuməti Ukraynadakı müharibəyə paralel olaraq Rusiyanın “İnter Rao” şirkəti ilə bağlı olan şəxslərlə yeni su elektrik stansiyalarının tikintisinə dair müqavilələr bağlayır, bu bir yana “İnter Rao”nun direktorlar şurasının rəhbərlərinə “ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən sanksiyalar tətbiq edilib.
"Xramhes I" və "Xramhes II"
Quraşdırılmış hər iki su elektrik stansiyasının ümumi gücü 227,2 MVt-dır. “Xramhesi I” infrastrukturunun bir hissəsini 312 mln. kubmetrlik tutumu olan su anbarı təşkil edir. SES-in tam gücü ilə işləməsini təmin edən suyun yığılması aprel ayından başlayaraq iyul ayına qədər davam edir. “ Xramhesi I ” və “Xramhesi II ” Sovet İttifaqı dövründə inşa olunaraq 1947 və 1963-cü illərdə istifadəyə verilib. Dörd SES-in daxil olduğu Xrami kaskadının inşassı nəzərdə tutulurdu, amma üçüncü və dördüncü SES-in tikinti layihələri həyata keçirilmədi.
“Xramhesi I” və “Xramhesi II” 1996-cı ildə səhmdar cəmiyyət kimi yaradılıb. Səhmlərin 100 faizinin sahibi Gürcüstan dövləti idi. 1999-cu il dekabrın 22-də dövlət "Xramhesi I" və "Xramhesi II"-ni 25 il müddətinə idarə və dividend alınmasını müstəsna hüquq ilə "AES Georgia Holdings B.V" şirkətinə verdi. 2003-cü ildə "AES Georgia Holdings B.V." şirkəti nəzarət paketi Rusiya dövlət şirkətlərinə məxsus olan Rusiyanın "İnter Rao" şirkəti tərəfindən alınıb.
2011-ci il martın 31-də Gürcüstan dövləti ilə “İnter RAO” arasında “elektrik enerjisi sahəsində əməkdaşlığın inkişafı və əldə edilmiş razılaşmaların həyata keçirilməsi haqqında” memorandum imzalanıb. Memorandum çərçivəsində Gürcüstan hökumətinin 31 mart 2011-ci il tarixli N717 xüsusi reqlamentinə əsasən, "Xramhesi I" və "Xramhesi" II, alqı-satqı müqaviləsinə əsasən "Xramhesi I" və "Xramhesi II" şirkətlərinin səhmlərinin 100%-i, təməli Niderlandyada qoyulmuş, “İnter-RAO”-un törəmə şirkəti olan Gardabani Holding B.V.-yə şirkətinə verildi.
Gürcüstanın o zamankı energetika naziri Aleksandr Xetaquri bildirirdi ki, “İnter Rao” hər iki SES üçün 104 milyon dolları, 2011-ci ilin noyabrına qədər ödəməli idi. Həmçinin, "İnter Rao" 2016-cı ilə qədər Xram çayı hövzəsində quraşdırılmış gücü 90-100 MVt olacaq üç yeni su elektrik stansiyası tikməyi öhdəsinə götürüb. Rusiya şirkəti yeni SES-lərin tikintisinə 193 milyon dollar sərmayə yatırmalı idi.
“İnter Rao” inşa olunası üç yeni su elektrik stansiyasından heç birini inşa etməyib. Martın 16-da biz Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən yazılı surətdə “Xramhesi I” və “Xramhesi II” şirkətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı müqavilədə investorun üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi halında hansı məsuliyyətin nəzərdə tutulduğunu öyrənmək üçün müraciət etdik.
Gürcüstan qanunvericiliyində ictimai məlumatların verilməsi üçün müəyyən edilmiş bütün müddətlər keçməsinə baxmayaraq, Nazirlik bizə sənədi təqdim etmədi. “Mtis Ambebi” bu məsələ ilə bağlı inzibati mübahisəyə başlayıb.
Gürcüstanın elektrik ötürücü şəbəkəsinin inkişafı üzrə 2018-2028-ci illər planına əsasən, “Xrami SES 3” - quraşdırılmış 16 MVt gücü, “Xrami SES 4” - 15 MVt və “Xrami SES 5” - 20 MVt, tədqiqat mərhələsindədir. Hökumətin 2017-ci il dekabrın 8-də təsdiq etdiyi sənəddə 3 SES-dən heç birinin istismara verilmə tarixi qeyd olunmayıb.
"İnter Rao"nun əsas səhmdarı Rusiyanın dövlət şirkəti "Rosnefteqaz"-dır (27,63%). Səhmlərin 8,57%-i “Vahid Enerji Sisteminin Federal Şəbəkə Şirkəti”-nə (ФСК ЕЕС) onun 80%-i isə Rusiyanın “Rosset” şirkətinə məxsusdur. Digər tərəfdən, "Rosset"in nəzarət paketinin sahibi "Rosnefteqaz"dır. “İnter Rao Kapital”ın payı 29,56%, səhmlərin 34,24%-i sərbəst dövriyyədədir.
"İnter Rao"nun direktorlar şurasının sədri Boris Kovalçukdur. O, 11 mart 2022-ci ildə Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq edilənlər siyahısına daxil edilib. Şuranın sədr müavini eyni zamanda Rusiya Müdafiə Nazirliyi yanında Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru olan Dmitri Şuqayevdir. 2022-ci martın 12-də ABŞ Dövlət Departamenti tərəfindən Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli məmuru kimi o, da sanksiyalar siyahısına daxil edilib. Şuqayevə Avstraliya və Böyük Britaniya hökumətləri tərəfindən də sanksiya tətbiq olunub. “İnter Rao”nun direktorlar şurasının qeyri-icraçı sədri İqor Seçin- rusiyalı oliqarx, keçmiş yüksək vəzifəli dövlət məmuru, Rusiyanın “Rosneft” neft-qaz şirkətinin baş icraçı direktorudur. 24 fevral 2022-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq edildikdən sonra martın 10-da Böyük Britaniya tərəfindən də maliyyə sanksiyaları tətbiq edilib.
"Xramhesi I" və "Xramhesi II" Müşahidə Şurası tərəfindən idarə olunur, hansının ki, tərkibinə: Rusiya vətəndaşları Sergey Perevedentsev (sədr); Svetlana İvaniçkina və Andrey Çurilov (üzvlər) daxildir.
Elektrik enerjisi bazarının operator məlumatına görə, 2020-ci ildə hər iki su elektrik stansiyası 399,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edib ki, bu da istehsal olunan elektrik enerjisinin 3,6 faizini təşkil edir. 2021-ci ildə “Xramxəsi I” və “II Xramxəsi” üzrə 529,1 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib ki, bu da ölkədə istehsal olunan elektrik enerjisinin 4,18 faizini təşkil edir.
MMC “Yuai” audit şirkəti tərəfindən yoxlanılan maliyyə hesabatlarına əsasən, 31 dekabr 2020-ci il tarixinə “Xramhesi I”nin aktivləri 58 milyon lari, “Xramhesi II”nin isə 103 milyon lari təşkil edib. 2016-2020-ci illərdə “Xramhesi I” 37,7 milyon lari, “Xramhesi II” isə 53,7 milyon lari dəyərində xeyir qalıb.
Hər iki su elektrik stansiyası tənzimləyici tiplidir. Tənzimləyici HES nə deməkdir? Bu, istehsalı tənzimlənə bilən su anbarlı su elektrik stansiyasıdır.
Gürcüstanda ümumilikdə 7 tənzimlənə bilən: Enqurhesi, Vardnilhesi, Xramhesi I, Xramhesi II, Şaorhesi, Dzevrulhesi və Jinvalhesi kmi su elektrik stansiyası mövcuddur.
“Xramhesi I” və “Xramhesi II”nin dayanması ölkənin enerji sistemində hansı problemlər yarada bilər? Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (Semek) Elektrik Energetikası Departamentinin birinci müavini Zviad Qaçeçiladzenin sözlərinə görə, Xram SES-in dayandırılması Qərbdə Enqurhesin dayanması kimi eyni ağır effekt yarada bilər. Enqurhes, gücü 1300 MVt olan ən böyük su elektrik stansiyasıdır.
“Bu 7 tənzimləyici su elektrik stansiyasından tezlik əsasən Enqurhesi, Xramhesi I və Xramhesi II tərəfindən tənzimlənir. Jivalhes və ya Şaorhes bağlanması, Xram Hesslərinin söndürülməsi qədər ağrılı olmazdı.
Birincisi, tezlik pisləşəcək, Şərqlə Qərb arasında balans qoruna bilinməyəcək. Ola bilsin ki, elektrik enerjisi qıtlığı yaransın və məcbur xaricdən enerji idxalı lazım olsun”, - deyə Zviad Qaçeçiladze qeyd edir.
"Xramhesi I" və "Xramhesi II"-in direktorları eyni - 20 oktyabr 2021-ci ilə qədər "Mtsire Enerji" MMC-nin 100% payının sahibi olan Devi Kandelakidir. Digər tərəfdən, “Mtsire Enerji”, “Prime Enerji” MMC-nin sahibi olub. "Mtsire Enerji" Kobuleti rayonunda yerləşən, 2021-ci ildə 6,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edən kiçik su elektrik stansiyası Adjihes-ə, "Prime Enerji" isə Ğvareli rayonundakı İntsobahes-ə sahib idi. Ötən ilin oktyabrın 21-də Devi Kandelako “Mtsire Enerji” MMC-ni “CCH Hydro VIII” MMC-yə 3,7 milyon ABŞ dollarına satıb. Bu şirkətin sahibi Sinqapurda qeydiyyatdan keçmiş Kavkasus Clean Energy Holdings Pte. Limited-dir."
“Telasi”
Tbilisidə yeganə elektrik paylayıcı şirkət olan “Telasi” səhmdar cəmiyyəti, Rusiyanın “İnter Rao” şirkətinə məxsusdur və – o, 697,4 min abonentə xidmət göstərir.
Telasi 1995-ci ilin may ayında səhmdar cəmiyyəti kimi qeydiyyatdan keçən dövlət müəssisəsi olub. 1998-ci ildə şirkətin səhmlərinin 75%-i Amerikanın AES Silk Road Holdings B.V şirkəti tərəfindən satın alınıb.
Rusiyanın "İnter Rao" şirkətinə məxsus olan Finlandiyanın "RAO Nordic Oy" şirkəti, 2003-cü ilin avqustunda "AES Silk Road Holdings B.V" şirkəti, tərəfindən satın alındı. Telas-ın 75%-i hələ də “İnter Rao”ya məxsusdur.
2020-ci ilin avqust ayına qədər səhmlərin 25%-i Gürcüstanın Dövlət İnvestisiya Fonduna - “Tərəfdaşlıq Fonduna” məxsus idi, hansı ki özəl şirkət “Best Energy Group” MMC tərəfindən 10,5 milyon ABŞ dollarına aldı. “Best Energy Group”un 100%-lik səhmlərinin sahibi CBS Group holdinq şirkətinin təsisçilərindən biri olan Xviça Makatsariyadır.
Holdinq, “Tbilisi mikroavtobus”, “Tbilisi Energy”, “Caucasus Online”ın 51%-lik səhm paketini və “Milli Lotereya Şirkəti”-ni və digər aktivləri özündə birləşdirir. Holdinq ölkənin üçüncü ən böyük mobil operatoru - "Vion"un səhmlərinə də sahibdir. “Vioni Georgia” “Beeline” brendi ilə tanınır.
Şirkətin səhmləri Britaniyanın Virgin adalarında offşorda qeydiyyatdan keçmiş iki şirkət: "Watratrail Industries" MMC - 71% və "Investico Alliance" - 29% məxsusdur. “Beeline” saytında dərc olunan məlumata görə, “Veon Georgia” Niderlandiyada qeydiyyatdan keçmiş “VEON” beynəlxalq qrupuna daxildir. VEON-un səhmlərinin 47,9%-i təsisçisi və nəzarətçisi rusiyalı iş adamı Mixail Fridman olan “Letterone Investment Holdings S.A”-ya məxsusdur.
Tbilisi elektrik şəbəkəsinin ümumi uzunluğu 6 289 kilometrdir. “Telas” 36 endirici tranformator və 2 169 transformator yarımstansiyasına malikdir və 1890 işlə təmin olunub.
“Telas”ın baş direktoru Rusiya Federasiyası vətəndaşı Sergey Kobtsevdir. Müşahidə Şurasının sədri Dimitri Volkov - "İnter Rao" Mərkəzi Asiya və Transqafqazda aktivlərin idarə edilməsi blokunun rəhbəri; Şuranın üzvləri- Aleksandr Abramkov, Bank GPB (CC) idarə heyəti sədrinin müşaviri; Yuri Maxov - "Oboronenergo" ASC Şimal-Qərb filialının elektrik enerjisinin nəqli sahəsində direktor müavini; Sergey Samarin - texniki siyasət şöbəsindən "İnter Rao"nun istehsalın inkişafı istiqamətinin rəhbəri; Şuranın iki gürcü üzvündən biri olan Koba Qurtskaya isə Gürcüstan və Rusiyanın ikili vətəndaşıdır.
"Tsxenistkali 1 SES" və "Zesxo 1 SES" - "İnter Rao" adı altında Gürcüstan-Ermənistan tərəfdaşlığı
Zurab Gelenidze Telasi Müşahidə Şurasının ikinci gürcü üzvüdür. O, həmçinin şuranın direktor müavinidir.
Zurab Gelenidze şirkətin direktoru olmaqla yanaşı “Hydro Invest” MMC-nin 85% hissəsinə sahibdir. Müəssisə 23 mart 2021-ci il tarixində qeydiyyatdan keçirilib. Digər tərəfdən, “Hydro Invest” həmin il martın 25-də dövlət qeydiyyatına alınmış “Hydro Invest GE” MMC-də 50% pay sahibidir. Payın qalan hissəsi (50%) Ermənistan vətəndaşı Karen Harutunyana məxsusdur.
“Hydro Invest GE” Kvemo Svanetidəki Lentexi bələdiyyəsində iki su elektrik stansiyasının tikintisi üçün müraciət daxil edib.
Tsxnistskali çayında 21,85 MVt gücündə su elektrik stansiyasının (Tshenistskali 1 SES) tikintisi üçün layihə Tsxnistskali çayının təxminən 8 km-ni (7788 metr) diametri 2,4 m olan metal boru kəmərindən keçirməyi nəzərdə tutur. Layihənin dəyəri 21 milyon ABŞ dollarıdır.
Həmin şirkət Zesxo və Koruldaş çayları üzərində 20,3 MVt gücündə su elektrik stansiyası (Zesxo - 1 SES) inşa etmək niiyyətindədir. skopinq üzrə hesabatın ictimai müzakirəsi 3 may 2022-ci il saat 14:00-da Çana kəndində keçirilməsi nəzərdə tutulub. Layihəyə əsasən, Zesxo çayının 3,1 kilometri və Koruldaş çayının 5,3 kilometri metal boru kəmərindən keçiriləcək. Layihənin dəyəri 9 milyon ABŞ dollarından artıqdır. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə mayın 5-dək skopinq üzrə sənədlərlə bağlı şərh və rəy bildirmək mümkündür.
Zesxo-Çan dərəsində daha bir su elektrik stansiyasının - "Zesxo 2 SES"in tikintisi planlaşdırılır.
“Mtis ambebinin”in araşdırması nəticəsində əldə etdiyi məlumata görə, “Hydro Invest GE”nın 50%-lik səhmlərinin sahibi Karen Harutuniyan “Ermənistan elektrik şəbəkələri” şirkətinin baş direktorudur.
2006-cı ildən "Ermənistan Elektrik Şəbəkələri" Səhmdar Cəmiyyəti Rusiyanın "İnter Rao" enerji şirkətinin tərkibində idi. 2015-ci il sentyabrın 30-da “İnter Rao” və “Taşir” şirkətlər qrupu arasında Ermənistanın elektrik enerjisi aktivlərinin satın alınmasına dair saziş imzalanıb. Bundan əvvəl “İnter Rao”nun Ermənistanda elektrik enerjisi tarifini artırmaq qərarına gəlib və bunun ardınca İrəvanda kütləvi etiraz aksiyaları keçirilməyə başlandı.Tarif artırılmadı, lakin "İnter Rao" borcların yığılması və itkilərin üzərində işlədiyini açıqladı. “Ermənistan elektrik şəbəkələri”nin “Təşir”ə verilməsi daha sonra İrəvanda müsbət qiymətləndirildi, belə ki, hesab olunurdu ki, Ermənistanın enerji sektoru Rusiyanın təsirindən müəyyən qədər azad olundu, ekspertlər də bunun “Rusiyanln layihəsi” olduğunu və Rusiyanın təsirini aradan qalxmadığını güman edirdilər.
“Taşir” Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkəti birləşdirir. “Taşir”in prezidenti Samvel Karapetianidir. 1965-ci ildə Ermənistanın Taşir şəhərində anadan olub, 1990-cı illərdə Rusiyaya köçərək Kaluqa şəhərində məskunlaşıb. 1999-cu ildə o, 20 il ərzində ən böyük federal əhəmiyyətli qrupa çevrilən "Taşir" şirkətini qurdu. “Taşir” qrupunun fəaliyyət istiqamətlərindən biri də enerjidir. Şirkətin rəsmi saytında yer alan məlumata görə, 2015-ci ildən “Taşir”in tərkibində olan “Ermənistan Elektrik Şəbəkələri”-nin əsas fəaliyyəti Ermənistan ərazisində elektrik enerjisinin paylanması və satışıdır. Taşir Capital "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin 70%-nə, 2010-cu ildə Kiprdə təsis edilmiş “Liormand Holdings Limited”-in isə 30%-nə sahibdir.
“Asiya İnkişaf Bankı”nın “Ermənistanın Elektrik Şəbəkələri”nə dəstək layihəsi ilə bağlı hazırladığı hesabatda qeyd olunur ki, “Liormand Holdings Limited”in səhmlərinin 100%-i Kiprin “Tashir International Holding Limited” şirkətinə məxsusdur. Həm Taşir Kapital, həm də Taşir Holdinq biznesmen Samvel Karapetyan və ailəsinə məxsusdur. Belə ki, Samvel Karapetyan və ailəsi “Ermənistan Elektrik Şəbəkələri”nin 100 faiz-in sahibidir.
15 aprel 2022-ci il tarixdə ““Hydro Invest GE”nın tərəfdaşlar iclasının protokoluna əsasən, Karen Harutunyan öz payının 50%-dən cəmi 33,2%-ni təmənnasız olaraq Ermənistan vətəndaşlarına, 1993-cü il təvəllüdlü Ara və 1994-cü il təvəllüdlü olan Aik Darbinyana verib. Onların hər ikisi İrəvanda eyni ünvanda - Açapnyak, Şiraz küç. Ev 48, mənzil 61-də qeydiyyatdadırlar.
Ermənistan Respublikasının elektron reyestrinin məlumatlarına görə, eyni ünvanda “Ermənistan Elektrik Şəbəkələri”nin Müşahidə Şurasının sədri Karen Darbinyan da qeydiyyatdadır. Ara və Aik onun övladlarıdır. Bu məlumatları “Mtis Ambebi”-ə “Ermənistan Elektrik Şəbəkələri”nin media və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Nataliya Sarcanyan təsdiqləyib.
Şəkildə - Karen Darbinyan və Karen Harutunyan / şəkil © tert.am
"Larsi SES" və "Şilda SES"
Gürcüstanda iki su elektrik stansiyasının (Larsi SES və Şilda SES) sahibi olan "Energia" MMC 2010-cu ildə təsis edilib. Şirkətin 70%-nin sahibi Rusiya Federasiyası vətəndaşı Mevlud Bliadze, 30%-i isə “Peri” MMC-yə məxsusdur. “Larsi SES” 2013-cü ildə Kazbeqi rayonunda Terq çayı üzərində, Gürcüstan-Rusiya sərhədinin Larsi keçid məntəqəsinin yaxınlığında tikilib. Onun quraşdırılmış gücü 19,5 MVt-dır. 2021-ci ildə 74,4 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.
"Şilda SES" 2013-cü ildə Kaxetinin Ğvareli rayonundakı Çelti çayı üzərində inşa olunub. SES-in quraşdırılmış gücü 5 MVt olub, keçən il 18 milyon kilovatsaat elektrik enerjisi istehsal edib. O illik olaraq 30 mln. kilovatsaat elektrik enerjisi istehsal etməli idi. İqtisadiyyat Nazirliyi layihədə mövcud vəziyyətdə ilkin olaraq nəzərdə tutulduğundan, məsələn, Şielda SES, Larsi SES və digər SES-lərdə nə üçün geri qalması ilə bağlı tələb etdiyimiz ictimai məlumata cavab vermədi. Nazirlikdən son 5 ildə SES-lərin potensial istehsal gücünün müəyyən edilməsi üçün hər hansı yoxlama/təftiş aparılıb-aparılmaması ilə bağlı tələbi ilə də baş vurduğumuz ictimai məlumata da cavab ala bilmədik.
Mevlud Bliadze 1952-ci ildə Gürcüstanda anadan olub. O, ali təhsilini Tbilisidə alıb, körpü və tunel inşaatçısıdır. 1993-cü ildən Sankt-Peterburqda yol tikintisi sahəsində aparıcı şirkət olan “Pylon” qapalı səhmdar cəmiyyətinə rəhbərlik edir. Mevlud Bliadze yol və körpü sənayesinin inkişafındakı xidmətlərinə görə “Rusiyanın əməkdar inşaatçısı” mükafatına layiq görülüb.
“Darial SES”
“Energia” MMC hazırda “Dariali Enerji” S.C-də səhmdarıdır. Şirkət Gürcüstan-Rusiya sərhədi yaxınlığında, Kazbegidə yerləşən və ölkənin ən böyük su elektrik stansiyalarından biri olan Dariali SES-in sahibidir. SES-in quraşdırılmış gücü 108 MVt-dır. 2021-ci ildə 509,6 mln kVt/saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən il ölkədə istehsal olunmuş elektrik enerjisinin 4 %-dən çoxunu təşkil edir.
İlkin olaraq, 2011-ci ildə Gürcüstan hökuməti “Dariali Energy” ilə SES-in tikintisi, istismarı və mülkiyyət hüququ haqqında memorandum imzalayanda “Energia” MMC şirkətin təsisçiləri arasında olmayıb.
Memorandum imzalanarkən “Dariali Enerji” MMC idi və onun iki sahibi var idi: 30% hissə ilə ABŞ-da qeydiyyatdan keçmiş (“The Robbins Company”) və 70% hissə ilə isə “Peri” MMC.
2011-ci ilin sentyabrında yenidən təşkilatlanma nəticəsində “Darial Enerji” MMC səhmdar cəmiyyətə çevrildi. Şirkətin yeni səhmdarı 100% dövlətə məxsus olan Gürcüstan Enerji İnkişafı Fondudur. Fond “Dariali Enerji”nin nizamnamə kapitalının 30%-ni 10 milyon dollara alıb. Peri MMC-nin 70%-lik səhmlərindən cəmi 40%-i qalıb.
“Yaşıl Alternativ”-in hesabatına görə, 2013-cü ilin avqustunda “Dariali Energy” ASC maliyyə problemləri səbəbindən layihənin inkşafı təhlükə altında qalacağını və layihənin tamamlanmasının qeyri-müəyyən müddətə təxirə salına biləcəyini açıqlamışdı. 14 avqust 2013-cü il tarixində energetika naziri Kaxa Kaladziyə ünvanlanmış məktubda şirkət mövcud vəziyyətdən yeganə çıxış yolu kimi aşağıdakıları təklif olunur: “Layihənin başa çatdırılması üçün bank maliyyəsi lazımdır, bununla əlaqədar şirkət uzun müddətdir ki, Gürcüstan və beynəlxalq maliyyə institutları ilə işləyir. Kreditin təsdiqi üçün bir şərt olaraq banklar şirkətdən 20 milyon ABŞ dolları məbləğində əlavə kapital cəlb etməyi tələb edirlər. “Dariali Energy” Səhmdar Cəmiyyəti müvafiq resursları tapıb – “Energia” MMC şirkətin kapitalına 10 milyon ABŞ dolları məbləğində töhfə verməyə və səhm krediti şəklində isə şirkətə əlavə olaraq illik 10% ilə müəyyən edilmiş 10 milyon ABŞ dolları ayırmağa hazırdır. Bunun müqabilində “Energia” MMC su elektrik stansiyası istismara verildikdən sonra şirkətdən “Gürcüstanın Enerji İnkişafı Fondu”na məxsus səhmləri 15 milyon ABŞ dollar almaq opsionunun olmasını tələb edir. “Dariali Enerji ASC-nin hazırki mərhələdə əlavə 20 milyon ABŞ dolları əldə etməsinin başqa yolu yoxdur”. 2013-cü il oktyabrın 1-də Gürcüstan hökuməti şirkətin tələbini təmin edib.
Dariali SES 2017-ci ildə istismara verilib.
“Şilda SES 1”
“Energia” MMC-nin direktorları Davit və Qayoz Uqrelidzedir. Davit Uqrelidze 2014-cü ildə qeydiyyatdan keçmiş “Hidroenerji” MMC-nin 50% hissə sahibidir. Laşa İordanişvili eyni şirkətdə eyni sayda səhmə sahibdir. “Hidroenerji” MMC-yə 1,2 MVt quraşdırılmış gücü olan “Şilda SES 1” məxsusdur. “Şilda SES 1” isə ötən il 9,9 milyon kilovatsaat elektrik enerjisi istehsal edib.
Rusiya Federasiyası vətəndaşı və iri rus şirkətinin rəhbəri Mevlud Bliadzenin ortaqları – Laşa İordanişvili və onun şirkətləri, həmçinin “Peri” MMC Gürcüstanda daha bir neçə su elektrik stansiyasına sahibdirlər.
“Kazbeqi SES”
2011-ci ilin avqust ayına qədər “Kazbeqi SES” Kazbeqi Bələdiyyəsinə məxsus idi. Bu SES Gürcüstan-Rusiya sərhədində, Lars sərhəd-keçid məntəqəsindən bir neçə yüz metr aralıda yerləşir. Gürcüstan Prezidentinin 15 avqust 2011-ci il tarixli N15/08/07 fərmanı və 16 avqust 2011-ci ildə Kazbeqi Bələdiyyəsi ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında “Kazbeqi SES” birbaşa olaraq 200 min lariyə “Peri”i tərəfindən satın alınıb. Brolitsğali (Xdistsğal) çayında yerləşən SES-in gücü 0,38 MVt idi. Alışdan bir il keçməmiş, 2012-ci ilin aprelində “Peri” Kazbegi SES-in səhmlərinin 100%-ni Laşa Yordanişviliyə (66,67%) və Lela İoseliyana (33,33%) satıb. Alqı-satqı müqaviləsinə əsasən, Lela İoselianinin pay haqqı “Peri MMC”-nin ortaq sahibi İoseb Mçedlişviliyə ödənilməli idi.
2013-cü ildə “Kazbeqi SES”in yerində 6 MVt gücündə yeni SES inşa olundu. “Kazbeqi SES” MMC ötən il 30,4 milyon kilovatsaat elektrik enerjisi istehsal edib.
Bliadze ilə əlaqəli şəxslər, şirkətlər və digər SES-lər
“Kazbeqi SES” MMC-nin direktoru Giorgi Qoqavadır, o, eyni zamanda Mevlud Bliadze ilə əlaqəli və tərəfdaş şirkətlər “Hydroenergy” MMC və “Alazani Energy” MMC-nin direktorudur.
“Alazani Energy”nin 100% payının sahibi Laşa İordanişvilidir. Şirkətin Kaxetidəki Pankisi dərəsində gücü 5,4 MVt olan "Xadori 3 SES"in tikintisinə icazəsi var. SES-in tikintisinə 2018-ci ildə başlansa da, əhali gözlənilən mənfi nəticələrin qarşısını almaq üçün dərədə daha bir SES-in tikintisinə qarşı çıxıblar. Şirkət insanları Xadori 3 SES-in təhlükəsiz olduğuna inandıra bilmədi və 21 aprel 2019-cu ildə xsüsi təyinatlılar və yüzdən çox polisin iştirakı ilə tikinti davam etdirildi və yerli sakinlərlə hüquq-mühafizə orqanları arasında toqquşma baş verdi.
Gözyaşardıcı qazdan, rezin güllələrdən və oddan istifadə nəticəsində, rəsmi məlumatlara görə, 55 nəfər, 38 polis əməkdaşı və 17 yerli sakin yaralanıb. Xüsusi texnika və polis maşınları yandırılıb. Daxili işlər nazirinin gəlişindən sonra vadidəki vəziyyət sakitləşib. 2019-cu il noyabrın 29-da SES tikməkdə maraqlı olan qrupla əleyhdarlar arasında münaqişə baş verib, silahlı qrup onlarda polisin gözü qarşısında 37 yaşlı Visuri Mutoşvilini öldürüb.
Mevlud Bliadzenin partnyor şirkəti - "Peri" MMC-nin Pankisi vadisində daha bir su elektrik stansiyası olan "Samtskuristsğali 2 SES"in tikintisinə icazəsi var. SES-in gücü 27 MVt olmalıdır. Su elektrik stansiyası 2021-ci ilin aprelində istifadəyə verilməli idi, lakin əhalinin etirazına görə heç bu layihə də həyata keçirilə bilinmədi. Qeyri-hökumət təşkilatları da tikinti sənədləri ilə bağlı məhkəməyə müraciət ediblər.
“Peri” MMC 1996-cı ildə təsis edilib. Bu günə olan məlumata görə, şirkətin ən böyük pay sahibi İoseb Mçedlişvili (96%), Kaxaber Şevardnadze isə 4% hissəyə malikdir. Şirkətin baş direktoru İoseb Mçedlişvili, direktor vəzifəsini isə Merab İordanişvili icra edir. O, Laşa İordanişvilinin atasıdır.
“Peri” MMC həm də Pankisi vadisində quraşdırılmış gücü 6 MVt olan “Xadori 2 SES”in sahibidir. SES 2012-ci ildə istismara verilib. Ötən il “Xadori 2 SES” 26,5 milyon kilovatsaat elektrik enerjisi istehsal edib.
“Peri”, “Vind Power” ASC-nin yeganə səhmdarıdır. Bu şirkətin adı 25 fevral 2022-ci ildə dəyişdirilib.Ona qədər isə onun adı "Oni Kaskad" S.C adlanırdı və Raçada 206,16 MVt gücündə Oni SES-in kaskadının tikintisi üçün icazəyə malik idi. Şirkətin baş direktoru Laşa İordanişvilidir.
Rusiya və Gürcüstanın ikili vətəndaşlığı olan şəxslər orta və kiçik su elektrik stansiyalarına sahibdirlər:
Skurdidihesi - (1,33 MVt gücü) - Xelvaçauri rayonunun Skurdidi kəndində yerləşir. SES, 2018-ci ildə istismara verilib. Skurdidi SES-in sahibi 2014-cü ildə qeydiyyatdan keçmiş “Pşavi Hidro” MMC-dir. Şirkətin 87% səhminin sahibi Rusiya və Gürcüstanın ikili vətəndaşlığı olan Raul Kurdadzedir, 13%-lik hissəsi isə ikili vətəndaşlığı olan Zviad Quqavaya məxsusdur.
Maşavera SES - (0,8 MVt gücü) - Kvemo Kartlidə yerləşir. O 1949-cu ildən fəaliyyətdədir. Maşavera SES "Michare" MMC-yə məxsusdur, onun 100%-i 2013-cü ildə qeydiyyatdan keçmiş "H.P.P. Invest" MMC-yə məxsusdur. Şirkətin 80%-nin sahibi Rusiya və Gürcüstanın ikili vətəndaşı olan Teimuraz Aroniadır.
Story 1 SES - tikilməkdədir (gücü 33,6 MVt) - SES-in tikintisinə 2019-cu ildə Axmetaın (Kaxetinin bölgəsində yerləşir) Leçuri kəndi yaxınlığında başlanılıb. “Story 1 SES” “Story” MMC tərəfindən inşa olunur. Hazırda şirkətin 95%-i Rusiya və Gürcüstanın ikili vətəndaşı olan Vaja Çiqroşviliyə, 5%-i isə Bejan Anuaşviliyə məxsusdur. Vadidə Stori SES kaskadının tikintisi planlaşdırılır.
Daşbaşi SES - (quraşdırma gücü 1,3) - Çalka bələdiyyəsində, Daşbaşı kəndi ərazisində, Xrami çayı vadisində yerləşir. Daşbaşı 1935-ci ildə istifadəyə verilib və hələ də fəaliyyətdədir. Onun tikintisinin əsas səbəbi buradakı “ Xramhesi I ”-in tikinti prosesini elektrik enerjisi ilə təmin etmək idi. Tikinti başa çatdıqdan sonra Daşbaşı SES müstəqil fəaliyyətini davam etdirib və istehsal olunan enerjini hələ də Gürcüstanın enerji sistemini təmin edir. “Daşbaşı” ötən il 12,6 milyon kilovatsaat elektrik enerjisi istehsal edib. SES-in sahibi “Ktsia 94” MMC-dir, onun 12%-i Rusiya Federasiyası vətəndaşları Aqnesa və Raymond Sakarauli və Arnold Qalustovlara məxsusdur; 21%-i Otar Çartolana, 67%-i isə Natia Xvistaniyə məxsusdur. O, Gürcüstan parlamentinin “Gürcü arzusu” partiyasından olan deputatı Viktor Japaridzenin həyat yoldaşıdır.
"Sakrusenerqo"
Birləşmiş Enerji Sistemi "Sakrusenerqo" S.C 27 may 1996-cı ildə təsis edilib. Sakrusenerqonun səhmlərinin 50%-i Gürcüstan dövlətinə, 50%-i isə Rusiya Federasiyasının- “Vahid Enerji Sisteminin Federal Şəbəkə Şirkəti” olan (PAO «ФСК ЕЕС») məxsusdur.
Gürcüstanın - Rusiya, Azərbaycan, Türkiyənin enerji sistemlərini birləşdirən 500, 330 və 220 kV-luq elektrik verilişi xətlərinin, həmçinin 500 kV-luq sistemdaxili elektrik verilişi xətlərinin: “İmeret”, “Kartli-1”, “Kartli 2” “Muxran” və “Assuriya” “Sakrusenerqo”-nun mülkiyyətində və istismarındadır.
Şirkətin məqsədi tranzit ötürülməsi də daxil olmaqla elektrik enerjisinin rahat ötürülməsini təmin etməkdir.
Şirkətin baş direktoru Gürcüstan vətəndaşı Baçana Suladze, müşahidə şurasının sədri isə Rusiya Federasiyası vətəndaşı Aleksey Molskidir. Şuranın 8 üzvündən 4-ü Gürcüstan (Avtandil Tevzadze, İvane Rostiaşvili, Tea Qabadadze, Aleksandre Çivadze), 4-ü isə Rusiya Federasiyası (Aleksey Molski, Madina Kaloeva, Pavel Qrebtsov, Dmitri Ustyugov) vətəndaşıdır. “FryswaterhouseCoopers”audit şirkəti tərəfindən yoxlanılan maliyyə hesabatına əsasən, 31 dekabr 2020-ci il tarixinə “Sakrusenerqo”nun aktivləri 133,669 milyon lari təşkil edib. 2020-ci ildə şirkətin 11,3 milyon lari, 2019-cu ildə isə 13,9 milyon lari qazancı olub. 2009-cu ildən Romeo Mikoutadze "Sakrusenerqo"da yüksək vəzifələrdə çalışıb, bundan əvvəl Rusiyanın "İnter Rao" şirkətinə məxsus "Xramhesi I" və "Xramhesi II" su elektrik stansiyalarının direktorunun müavini olub. 2013-cü ildə Mikoutadze Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini təyin olunmazdan əvvəl 2017-ci ilə qədər işlədiyi "Sakrusenerqo"nun baş direktoru vəzifəsinə keçirilib. O, hələ də nazir müavinidir və ölkədə energetikaya rəhbərlik edir.