Rusiyanın Tbilisini ələ keçirməsini Gürcüstan hökumətinin hərbi səfərbərlik elan etməyə belə vaxt edə bilməyəcəyi qədər asanlaşdıran yolu təxminən 1 milyard dollar borc götürərək özümüzcə tikirik. Bu yol Ukraynada müharibə başladıqdan və sanksiyalardan sonra Rusiyanı təchiz edən əsas keçid nöqtələrdən birinə çevrildi. Gürcüstan hökuməti bunu iqtisadi maraqlarla izah edərək işğalçı ölkəyə aparan magistral yol çəkməyə tələsir. Bununla belə, hökumət layihənin ölkəyə nə fayda gətirdiyinin yazılı olduğu sənədi gizli saxlayır. Əslində, tranzit vergisi qoşquların vurduğu zərərin yalnız 65%-ni ödəyir. Xadanın bənzərsiz vadisi artıq yolun tikintisinə qurban verilib və Pasanauri kəndinin mövcudluğu sual altındadır.
88 yaşlı Sopio Aptsiauri Xada vadisindəki Rostiaantkar kəndində yaşayır. O, bu gün onu ən çox kədərləndirən şeyi şeirlə belə ifadə edir:
“Qudamakari, Xando Çartali haradadır bilmirəm deyir,
Xadada, eşitmişəm, altmış qala var deyir. - Burada altmış qala var, qüllə, sonra?!... İndi uçururlar”.
Bu gün unikal Xada vadisi Rusiyaya aparan yeni yolun tikintisinə qurban verilir. Bununla belə, təkcə Xada qurban verilmir.
“Dağda səs-küy: bu palçıq axını, əgər bu palçıq axını buradan başlasa, gəlib o Araqvi çayının da önünü kəsəçək. Pasanauri izlərini aradan qaldıracaq. Tamamilə siləcək” - Pasanauridən olan mühəndis-mexanik Qela Kobaidze təəssüflənir. Hazırkı layihəyə əsasən, yeni Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun hissələrindən biri Yuxarı Daba Pasanaurinin üzərindən keçəcək. Dövlət kurortdan yuxarıda tunellərin və onları birləşdirən körpülərin təşkil ediləcəyi dağ sistemini uzununa qazmağı planlaşdırır.
“Təhlükə çox böyükdür. Bu, geri dönüşü olmayan bir fəlakətə səbəb olacaq çox böyük bir torpaq, gil, daş və çınqıl kütləsidir və təəssüf ki, çox sayda insanın həyatına son qoyacaq.
Bundan sonra heç bir üzr istənməyəcək və onların artıq helikopterlərə və ya hər hansı bir xilasetmə qruplarına ehtiyacları olmayacaq”, - Pasanaurinin başqa bir sakini Ani Kavtaradze deyir.
Ətəyində kurortun salındığı dağlar həmişə dağılır və tez-tez palçıq sürüşməsi ilə xarakterizə olunur. Yerli sakinlər hesab edirlər ki, dağın əlavə qazıntı və mühəndislik prosesləri Pasanaurini qaçılmaz fəlakətə sürükləyəcək.
Nino Qujaraidze – “Yaşıl Alternativ”in icraçı direktoru: “Bizim üçün və ilk növbədə Pasanauri əhalisi üçün xüsusilə təhlükəli olan marşrut seçilib”.
Gürcüstan onu Rusiya ilə birləşdirici yolun tikintisinə tələsir. Ancaq bunun dövlətə hansı faydalar gətirəcəyi bəlli deyil.
Eter Veşaquri - Xəda vadisi sakini: “Xada vadisini bədbəxt etdilər! Heç bir fayda vermədi. Gecənin ortasında yağış yağmağa başlasa, mən qaçacam! Dönəcəm, böyük plaşım var, torpaq tərpənsə eşidəcəm, bax o tərəfə qaçacam. Elə qorxuram!... Yəni, xəbər versələr ki, yağış yağacaq, yenə yağacaq, gah yuxarıdakı qonşuya gedirəm, gah da Kveşetiyə qaçıram. Gah ora, gah bura. Hətta bəzən qızların yanına da gedirəm”.
Ətraf mühit mühafizəçisi Nino Qujaraidze bu yeni yol layihəsinin əsas tənqidçilərindən biridir. O, illərdir məsələni araşdırır və konkret qeydləri var: “İstənilən belə irimiqyaslı layihədən əvvəl texniki-iqtisadi əsaslandırma olur. İcraçı bu yola niyə ehtiyacımız olduğunu əsaslandırmalıdır. Biz bunu, əlbəttə ki, tələb etdik və yol idarəsi bizə bildirdi ki, bizim müraciətimiz əsasında sənədin dəyərini müzakirə edib və qərara gəlib ki, bu, onun kommersiya sirridir”.
Qujaraidzeyə sualla qayıdırıq:
- Əgər biz buradan heç bir fayda əldə edə bilmiriksə, bütün bunlar niyə edilir?
- Hə, bax bu, prinsipcə çox məntiqli sualdır və yəqin ki, hamımızın öz cavabımız var.
Yerli sakinlər Larsla birləşən, köhnə hərbi yol adlanan yerdə baş verənlər barədədeyirlər ki, heç vaxt oxşar bir şey olmayıb. Vəziyyət Rusiya-Ukrayna müharibəsindən sonra kəskin şəkildə dəyişib.
Gürcüstan Rusiyaya doğru daşınan yükün əsas keçid nöqtələrindəndir, bu da ki, havanın günəşli olmasına baxmayaraq, Jvari aşırımında tıxaca səbəb olur.
- 2021-ci ildə Gürcüstanın yollarından 332 070 yük maşını keçib.
- Artıq 2022-ci ildə müharibə başladıqdan sonra bu rəqəm 450 000-ə yüksəlib.
- Cari ilin ilk 7 ayında Gürcüstan dəhlizindən 300 000 qoşqulu nəqliyyat vasitəsi faydalanıb.
Manana Koçladze – “Yaşıl Alternativ”in sədri: “Xüsusilə son illərdə Rusiyaya gedən yüklərin sayında xeyli artım var. Bu 2022-ci ildə təxminən 16% təşkil edib”.
Şimal-Cənub Dəhlizi layihəsinin məqsədləri ilə tanış olsaq, görərik ki, öncəliklərdən biri tranzit yükdaşımalarının təşviqidir.
Manana Koçladze: “Biz tez-tez eşidirik ki, bu tranzitin artırılması büdcəyə vəsait daxil olması baxımından yaxşıdır. Amma reallıqda bunu həm xərc, həm də fayda saymaq lazımdır. Yəni əslində nə qədər tranzit gətirir və biz yolların bərpasına nə qədər pul xərcləyirik”.
Asiya İnkişaf Bankının sifarişi ilə aparılan araşdırmada oxuyuruq ki, Gürcüstanda 400 kilometr yol gedən bir yük maşını yol infrastrukturuna 200 dollar ziyan vurur. Yoldan istifadə haqqı isə 350 laridir. Larinin hazırki məzənnəsi ilə hesablasanız, təxminən 130 dollardır. Yəni tranzit vergisi dəymiş ziyanın cəmi 65 faizini ödəyir.
Manana Koçladze: “Gürcüstanda yollar kifayət qədər bahadır. Mletanın bu hissəsinin saxlanması, eləcə də Kobi-Kveşeti hissəsinin saxlanması bizə ildə bir kilometrə təxminən 15.000 dollara başa gələcək”.
Sənədlərdə bu yolun tikintisinin digər səbəbi kimi rayonda turizm potensialının təbliği göstərilir. Bir tərəfdən araşdırmada yazırlar ki, vadinin yerli əhalisi, mədəni irsi və landşaftı bu yerə turist cəlb edir. Digər tərəfdən, Xadada, artıq orada əhalinin olmadığı və təbiətin daha təbii olmadığı bir mənzərə ilə qarşıladıq.
Sopio Aptsiauri: “Xada kurort elan olunmuşdu, və bu yol başladıqdan sonra indi heç nə qalmayıb. Məhv olub”.
Sopio Aptsiaurinin həyat yoldaşı Nikala Rostiaşvili 88 yaşında bütün həyatı boyu yaşadığı yeri tərk etmək məcburiyyətində qaldığını hiss edir:
- Hara getməliyik? Mən getmək istəmirəm, amma nə edə bilərəm? Çıx get deyirlər. Pul veririk, harada istəyirsən tik deyirlər.
- İndi bu pulla, bu qiymətə ətraf kəndlərdə ev almaq olmaz?
- Xeyr! Burada olan qiymət blokla və sementə belə yetmir.
“Əslində, bu vadi ən yaxşı, toxunulmaz idi və bu yolun çəkilməsindənsə, yaxşı planlaşdırma şəraitində ekoturizmlə həm əhaliyə, həm də dövlətə fayda vermək mümkün idi.
500 metr olması nəzərdə tutulan ən böyük körpülərdən birinin Xəda vadisini gözəlləşdirməli olduğuna inanılır. O körpü yox, daha əla körpülər çəkilsə belə, bu vadiyə necə dəyərli bir şey qata bilər”, - Koçladze deyir.
Nino Qujaraidze: Bu, təbiətsevərlər üçün, təbiət qoynunda gəzməyi sevən insanlar üçün cəlbedici bir yer idi. Magistral yolda turistlər gəzmirlər! Ola bilsin, ölkənizə daxil olmaq istəyən magistral yolda gəzən rusiyalı turistdir.
Manana Koçladze: Biz bilirik ki, burada neolit dövründən insanlar yaşayıblar. Bu, Gürcüstan tarixi üçün çox əhəmiyyətli bir vadidir. Bir az da irəlidə arxeoloji qazıntılar aparılıb, burada tarixi kompleksin bir hissəsi tapılıb, lakin bu tarixi kompleksin yolla kəsişdiyi məlum olduqdan sonra arxeoloji tədqiqatlar dayandırılıb.
Xadanın bənzərsiz vadisi artıq yolun tikintisinə qurban verilib və Pasanauri kəndinin mövcudluğu sual altındadır.
Pasanaurinin yox olma təhlükəsi
Etirazlarını bildirmək üçün Pasanauri camaatı bir yerə toplaşıblar və yığıncaqda hamı ortaq bir şey deyib:
- Tunellərdən söhbət getməməlidir, bitdi, qurtardı.
- Əksinə, hətta bizi ələ saldılar ki, işçilər sizin mənzillərinizi kirayələyəcəklər, pul gəliriniz olacaq. Hansı mənzilləri kirayələyəcəklər?! Biz hara gedək?
- Təsəvvür edin, sakinlərindən birinin də mən olduğum bu adamları evdən çıxarıblar? Onda aşağı tərəfdə yaşayanlara nə edək? Budur, bariz bir nümunə: keçən il, 2022-ci ilin aprel ayında daşqınlar nəticəsində bu dərə qalxdı, keçdi və bütün Pasanaurini su basdı.
Bundan əvvəl, yol departamenti Pasanauri mərkəzində Xando-Pasanauri dolama yolunun tikintisi layihəsini təqdim edərkən, eyni adamlar dövlət nümayəndələri ilə ə qarşıurma yaşayıblar. Pasanauri xalqı şikayətlənib:
- O torpaq səthi tədqiq olunmayıb! [Geoloqlar] dağlara qalxmayıblar!
- Başımıza bir iş gəlsə, sən cavabdehsən?!
- Bir şey olsa, dövlətin yası mənə kömək edəcəkmi?!
İclasa sədrlik edən Avtomobil Yolları Departamentinin sədr müavini Salome Tsurtsumia bu yeni magistralın dövlətə faydası ilə bağlı sualımızı cavabsız qoyub.
Qela Kobaidze və digər iki yerli sakinlə birlikdə yamaclardakı vəziyyəti görmək üçün dağa çıxdıq.
Qela Kobaidze: Bax, bu selinti bütün ordan gəlib. Budur, çökmüş yamac, onun üzərində hələ ot bitməyib. Yeni çökmüş olması yaxşı görünür. Qeyri-sabit qaya, onsuz da yerindən tərpənib - ki, nəsə divar onu möhkəmləndirəcək. Necə ola bilər?! Bunlar meqatonlar deyil, qiqatonlardır. Bunu hansı divar saxlayacaq?! Hansı möhkəmləndirmə?
- Sizə onu divarla qoruyacaqlarını deyirlər?
- Hə, divarlar çəkiləcək deyirlər... Gəlin daha da süni sürüşmə proseslərinə, aşınmaya səbəb olmayaq... Bu dağı çox narahat etməyək. Biz bu dağların xarakterini çox yaxşı bilirik. Bu dağlar bu cür təcavüzü heç kimə bağışlamaz.
- Burada məskunlaşdıqda, burada belə böyük tunelin kəsiləcəyini təsəvvür edirdinizmi?
- Yox, biz bunu təsəvvür etmirdik, nə də kəsməyəcəklər! Çünki biz çıxacağıq, hətta qarşımıza tanklar da çıxarsalar, qarşılarında duracağıq! Bu tuneli keçirtməyəcəyik! Bizimlə zarafat etməsinlər! Bütün əhali buna qarşı çıxacaq!
Rusiyaya birləşdirən yolunun yalnız Kobi-Kveşeti hissəsinin ümumi dəyəri 550 milyon ABŞ dollarına qədərdir. Seçilmiş yol marşrutları çox vaxt mövcud infrastrukturun köçürülməsini tələb edir. Jinvalinin hissəsi də belədir.
Manana Koçladze: Bu zonadan çoxlu infrastruktur keçir. JVP-dən başqa, Rusiyadan gələn və Ermənistana gedən neft-qaz şirkətinin boru kəməri var. Artıq “Enerqopro”ya məxsus elektrik xətləri, həmçinin “SOCAR”ınqaz kəməri də var. Bütün bunlar köçürülə bilər.
Nino Qujaraidze: “Əvvəla, aydınlaşdırmaq lazımdır ki,
biz niyə bu qədər böyük xərc çəkirik və niyə səbr edirik? Bunun bizim üçün nə dəyəri var? Bu cür mürəkkəb marşrutlar seçildikdə, yaranan yeganə məntiqi şübhə tikinti xərclərindən müəyyən fayda görmək imkanıdır.
Amerika Milli Mühəndislik Akademiyasının araşdırması təsdiq edib ki, qlobal mühəndislik/tikinti sənayesində hər il korrupsiya nəticəsində 500 milyard dollardan çox vəsait itirilir. Dövlət tərəfindən maliyyələşdirilən yol tikintisi layihələrinin bütün digər sektorlarla müqayisədə müstəsna dərəcədə korrupsiyaya uğradığı beynəlxalq səviyyədə qəbul edilir.
Manana Koçladze: Larsa qədər olan hissə iki hissəyə bölünür. Biri dörd kilometr yarım, digəri isə bir kilometr yarımdır və bu niyə belədir? Çünki Gürcüstanın Ətraf Mühitə Təsir Məcəlləsinə görə, əgər yol beş kilometrdən azdırsa, o, ətraf mühitə təsirin qiymətləndirilməsindən keçmir. Lakin, o dörd kilometr yarım olan hissə ətraf mühitə təsiri ilə bağlı qiymətləndirilir, amma burada, girişdəndə göründüyü kimi, ən çətin hissə, çox dar, çox problemli, əllə toxuna bilinməyəcək çoxlu obyektlərin olduğu yeri başlarından ediblər.
Bununla belə, digər bir hərbi-siyasi risk də var.
İşğalçıların vaxt qazanması
Polkovnik Laşa Beridze: “Tbilisi böyük şəhərdir, bizi havadan heç kim işğal edə bilməz. Əsgərlər içəri daxil olmalı, nəzarət yaratmalıdırlar. Rusiyanın işğal etdiyi ərazilərdən Tbilisiyə hücum etməsi, onu ələ keçirmək üçün qüvvəyə ehtiyacı var. Gürcüstan Silahlı Qüvvələrinin onu qoruyacağını nəzərə alsaq, ona haradasa 100 000 çox əsgər lazımdır.
İşğal olunmuş əraziyə elə bir qüvvə gətirmək üçün ona iki həftədən çox vaxt lazımdır ki, bu da, diqqətdən kənarda qalmayacaq. Gürcüstan hökumətinin silahlı qüvvələri hazırlamaq üçün hələ vaxı qalır, səfərbərlik elan etmək, beynəlxalq tərəfdaşlardan hansısa yardım almaq və Rusiyaya təsir etmək üçün vaxtı qalır. Bunun üçün vaxt qalır. Bu yol şəraitində belə bir vaxt qalmayacaq. Gürcüstan hökuməti hətta səfərbərlik belə elan edə bilməyə bilər.
Və əgər son 200 ili hesablasaq, təhlükə həmişə şimaldan gəlir”.
Manana Koçladze: “2022-ci ildə Rusiya Ukraynada müharibəyə başlayanda və bir sıra sanksiyalara məruz qaldıqdan sonra Avropadan Rusiyaya yüklərin tranziti dayandırıldı və Gürcüstan Rusiyanın həm İrandan və Ermənistandan yük idxal etdiyi ölkədən birinə çevrildi, burada, həm də Türkiyənin qoşqu tranziti artdı”.
Nino Qujaraidze: “İk növbədə istiqamətimizin nə olduğunu bilək.
Əgər Rusiya ilə yaxşı və yüksək tutumlu yol lazımdırsa, bu o deməkdir ki, bizim müəyyən planlarımız var. Bu, təkcə yol məsələsi yox, dövlət kursu məsələsidir.
Və bundan irəli gələrək də siz artıq nəyi, necə inkişaf etdirmək, konkret ölkə ilə münasibətlər baxımından hansı planlarınızın olması barədə qərarlar qəbul edirsiniz. Gördüyümüz nəticələr və bu layihənin həyata keçirilmə tərzi - ictimai rəyə əhəmiyyətli dərəcədə məhəl qoymadan və heç nəyi dəyişməmək istəyinin olmamasından xəbər verir ki, bu, onların nəyin bahasına olursa olsun, nail olmaq istədikləri çox konkret məqsəddir”.
Yağış və sürüşmə ilə bağlı qorxudan əlavə, Eter Veşaquri daha bir qorxunu bölüşür: “İnsanlar qorxur. Bu yolla getmək çox təhlükəlidir. Rusiya nə qışda qorxur, nə də yayda, nə vaxt istəsə onda da gələcək”.
Polkovnik Laşa Beridze: “Biz təkcə özümüzü düşünməməliyik. Biz gələcək nəsili də düşünməliyik. Sovet İttifaqında olarkən heç kim Roki tuneli haqqında düşünmürdü. Onda yəqin ki, heç düşünə bilməzdilər, mən o adamları günahlandıra bilmərəm. 90-cı illərdə Zviad Qamsaxurdiya hökuməti ciddi problemlə üzləşdi, Şevardnadze hökumətin ciddi problemi var idi - bu, dövləti tükəndirən qaçaqmalçılıq yollarından biri idi, 2008-ci il isə bizim ən ciddi problemimiz idi.
Bir çox istiqamət ola bilər, lakin düşmənin bizi işğal etməsini asanlaşdırmamalıyıq. Biz bunu mümkün qədər çətinləşdirməliyik. Bu yol onun bunu etməsini çox asanlaşdırır”.
Müəlliflər: Davit Tamazaşvili, Laşa Çonkadze