Biz İvanişvilinin partiyasının rus qanununu dərhal geri götürməsini tələb edirik – Müxalifət

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentin Hüquq Məsələləri Komitəsinin iclasında “xarici agentlər" haqqında rus qanununun müzakirəsindən əvvəl parlament müxalifəti brifinq keçirərək “Gürcü Arzusu”nu qanun layihəsini dərhal geri götürməyə çağırıb.

“Bu gün İvanişvilinin partiyası Gürcüstanın beynəlxalq tərəfdaşlarının sərt xəbərdarlıqlarına baxmayaraq, gürcü xalqının iradəsinə zidd olaraq cəmiyyəti parçalamağa və qarşıdurmağa xidmət edəcək, ölkəmizin Avropa gələcəyini sabotaja məruz qoyacaq rus qanununu növbəti dəfə parlamentə təqdim etməyə çalışır.

Biz İvanişvilinin partiyasından rus qanununun dərhal geri çağırmasını tələb edirik və sözügedən qanunun Gürcüstan parlamentində qəbul olunmasının qarşısını almaq üçün hər şeyi edəcəyik. Məqsədimiz gürcü xalqının Avropa seçimini qorumaq, Gürcüstan vətəndaşlarının mütləq əksəriyyətinin seçimini qorumaqdır ki, onlar, Avropaya hə, rus qanununa yox”, - Bu barədə “Vahid Milli Hərəkat” fraksiyasının sədri Tinatin Bokuçava bildirib.

Deputat Armaz Axvlediani deyib ki, parlament müxalifəti həmişəki kimi birləşib və onlar “Kremlin sifarişi ilə” heç kimə Gürcüstanda iğtişaş yaratmağa imkan verməyəcəklər.

Müxalifət üzvləri vətəndaşları rus qanununa etiraz etmək üçün parlamentə toplaşmağa çağırır.

Bu gün Gürcüstan parlamentində nəinki qanunun müzakirəsi başa çatır, həm də bu gün ölkəmiz çox mühüm geosiyasi seçim qarşısındadır. Ona görə də mən hamıdan xahiş edirəm və çağırıram, imkan daxilində Gürcüstan parlamentinə gəlin. Gürcüstanın bir neçə ildən sonra harda olacağı ilə həqiqətən maraqlananlar, etiraz edin və həqiqətən də “Gürcü Arzusu”na səsinizi eşitdirin”, - “İslahatlar Qrupu”nun rəhbəri Xatiya Dekanoidze bildirib.

“Hansı partiyanı dəstəkləməyinixin, son seçkidə kimə səs verməyinizin fərqi yoxdur. Əgər övladlarınız üçün Avropa gələcəyini istəyirsinizsə, bu gün Parlamentə gəlin. Bu gün hər zamankından daha çox bu ölkənin gələcək nəsillərinin gələcəyi bizim hər birimizin əlindədir”, - “Lelo”nun üzvü Salome Samadaşvili qeyd edib.

Parlamentin hüquq komitəsi “Gürcü arzusu”nun təşəbbüsü ilə rus qanununu müzakirə edir. Parlamentin spikeri Şalva Papuaşvilinin qərarına əsasən, təhlükəsizliyin sarı səviyyəsi elan edilib və onlayn media orqanlarının akkreditə olunmuş jurnalistlərinin qanunverici orqana daxil olması qadağan edilib.