Ermənistan Xarici İşlər Nazirliyi Belarusdan səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırıb. Bir müddət əvvəl ölkənin baş naziri Nikol Paşinyan bildirib ki, nə qədər ki, Aleksandr Lukaşenko ölkə rəhbəridir nə o, nə də Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa getməyəcək.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarından birinin lideri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanı ruhlandırdığını, buna inandığını və qələbə arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə gedəib “KTMT” formatında məsələləri müzakirə edim?
Bildirirəm ki, bundan sonra, nə qədər ki, Aleksandr Lukaşenko prezidentdir, Belarusa getməyəcəm. Və ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın bir dənə də olsun rəsmi nümayəndəsi Belarusa getməyəcək”, - Ermənistanın baş naziri bildirib.
Mayın ortalarında Bakıya səfəri zamanı Lukaşenko Dağlıq Qarabağdakı müharibəni “azadedici” adlandırıb və müharibə başlamazdan əvvəl onun nəticələrini Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyini bildirib. “Biz naharda fəlsəfi müzakirə apardıq. Sonra belə qənaətə gəldik ki, müharibədə qalib gəlmək mümkündür. Bu əhəmiyyətlidir. Qələbə qazanmaq çox əhəmiyyətlidir”, - Belarus lideri mayın 16-da deyib.
Mayın 13-də “Politico” sızdırılmış sənədlərə əsaslanaraq yazıb ki, 2018-2022-ci illərdə Dağlıq Qarabağ münaqişəsinin gərginləşdiyi dövrdə Belarus Azərbaycana silah və hərbi yardım edib. Bundan əlavə, “Politico” tərəfindən əldə olunan diplomatik kommunikasiyalardan birində deyilir ki, Belarus müəssisələri “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında, həmçinin Belarus məhsulu və xidmətlərinin ixracında” fəal rol oynayır. Mütəxəssislərin fikrincə, Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan Belarusun Kremlin dəstəyi olmadan hərəkətə keçməsi mümkün deyil.
Ermənistanın qərarına cavab olaraq Belarus öz səfiri Anatoli Qlazı İrəvandan geri çağırıb.
Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsi 1980-ci illərin sonlarından davam edir. 2020-ci ilin payızında bölgədə vəziyyət gərginləşib və hərbi əməliyyatlara çevrilib. Hər iki tərəfdən 6500-dən çox insanın həyatına son qoyan altı həftəlik müharibə Rusiyanın vasitəçiliyi ilə başa çatıb. Nəticədə Azərbaycan Dağlıq Qarabağ və onun ətraf ərazilərinin əhəmiyyətli hissəsinə nəzarəti ələ keçirib. 2022-ci il sentyabrın 13-14-də Azərbaycanın Ermənistan ərazisinə hücumu zamanı hər iki tərəfdən ümumilikdə 300 əsgər həlak olub. İlin sonundan Azərbaycan Qarabağın blokadasına başlayıb və 2023-cü ilin sentyabrın 19-da “antiterror əməliyyatı” keçirib və bu əməliyyat qondarmaa “Dağlıq Qarabağ Respublikası”nın təslim olması ilə başa çatıb. 2024-cü ilin yanvarın 1-dən de-fakto respublika mövcudluğunı dayandırıb və Azərbaycan öz ərazi bütövlüyünün bərpa olunduğunu bəyan edib. Erməni tərəfinin bildirdiyinə görə, 100 mindən çox erməni Dağlıq Qarabağı zorla tərk edib. Nikol Paşinyan Rusiya və “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nı (KTMT) müharibə zamanı fəaliyyətsizlikdə ittiham edib.