Şovidə təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 11-ə çatıb. Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvilinin sözlərinə görə, cəsədlər təbii fəlakət bölgəsindən prozekturaya təhvil verilib. 25 nəfərin axtarışı davam edir. İtkin düşənlər arasında uşaqlar da var.
“Biz dünən bəyan etmişdik ki, 50 nəfərlə əlaqə saxlaya bilmirik. Bu məlumatların süzgəcdən keçirilməsi nəticəsində bu rəqəm 36-ya endirilib. Bu 14 nəfərin şəxsiyyəti filtrasiya nəticəsində müəyyən edilib. Dublikat daxil olan zənglər olub və gün ərzində əlaqə saxlamaq mümkün olmayan insanların ortaya çıxdığı vaxtlar olub. Meşədə gizləndikləri faktlar olub. Dünən biz onları iki təhlükəsiz yerə yığdıq və onlar gecəni yanğınsöndürən-xilasedicilər və polislərin müşayiəti ilə keçirdilər. Səhər saatlarında 210 nəfər təhlükəsiz şəkildə təxliyyə olunub.
Heç nə istisna edilmir, biz ümid edirik ki, insanları sağ-salamt görəcəyik, baxmayaraq ki, gözlənti 50/50 ola bilər”, - Mğebrişvili bildirib.
Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəisinin sözlərinə görə, hələ də ailə üzvlərini axtaran həmin şəxslər təbii fəlakət bölgəsinə sabah aparılacaq.
“Eyni zamanda, bu gün axşam saatlarından başlayaraq, saat 10 radələrində şəxsiyyətin müəyyən edilməsi üçün biz müəyyən şəxsləri təqdim edə, prokurorluğa gətirə və şəxsiyyətin müəyyən edilməsi prosedurlarına başlaya bilərik. Bu gün, ümumilikdə 11 cəsəd prozekturaya verilib”, - Temur Mğebrişvili bildirib.
Avqustun 3-də saat 15:15 radələrində Şovi ərazisində baş verən sürüşmə nəticəsində palçıq axını əmələ gəlib. Axın kurortdakı kottecləri tamamilə dağıdıb, mehmanxanalara ziyan vurub, avtomobilləri yuyub aparıb, Şoviyə gedən yeganə yolda körpüləri uçurub. Xilasedicilər yalnız sərhəd polisinin helikopterləri ilə, 3 saatdan sonra fəlakət zonasına daxil ola biliblər. Xilasetmə əməliyyatlarına 400-ə yaxın yanğınsöndürən-xilasedici cəlb olunub. Onlardan 150 nəfəri gecə saatlarında təbii fəlakət bölgəsində olub və gecə düşəndən sonra helikopterlər işini dayandırıb.