Avqustun 3-də Raçadakı Şovi kurortunda baş vermiş təbii fəlakət nəticəsində itkin düşmüş hesab edilənlər arasında 7-8 uşaq da var. Bu barədə Səhiyyə naziri Zurab Azaraşvili məlumat verib.
“Təəssüf ki, itkin düşənlər arasında uşaqlar var, 7 və ya 8 uşaq, azyaşlılar. Həyatını itirənlər arasında varmı bilmirəm, sizə təsdiq edə bilmərəm”, Azaraşvili jurnalistlərə bildirib.
Səhiyyə nazirinin sözlərinə görə, həyatını itirənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsində problem var, çünki cəsədlər zədəlidir: “Bəzi cəsədlərin müxtəlif hissələri tapılıb və keçməli olan müxtəlif mərhələlər var, onlardan biri DNT analizidir, beləliklə, yaxınları vasitəsilə bu və ya digər cəsədin kimə məxsus olduğu müəyyən edilməlidir. Təəssüf ki, bu cür cəsədlərimiz də var", - o bildirib.
Bundan əlavə, Zurab Azaraşvilinin sözlərinə görə, "fəlakətin qarşısının alınması ilə bağlı təəsüfverici dezinformasiya" yayılır.
“Mən sizə tam məsuliyyətlə demək istəyirəm ki, bu, sadəcə dezinformasiyadır, yanlış məlumat yaymaq cəhdidir, insanları çaşdırmaq cəhdidir. Ətraf Mühitin Mühafizəsi Departamentinin və digər qurumların müvafiq nəticə çıxarması üçün bir neçə gün lazım olacaq və bundan sonra biz əminliklə deyə bilərik ki, bu fəlakətin qarşısını almağın mümkün olması əvvəlcədən, belə demək mümkünsə, gözləntilər və hesabatlarla bağlı deyildi,”, - Azaraşvili bildirib.
Hazırda təbii fəlakət zonasında 17 cəsəd tapılıb, onlardan 7-nin şəxsiyyəti müəyyən edilib. Təxminən 20 nəfər itkin düşmüş hesab olunur. Avqustun 3 və 4-də helikopterlərlə 200-dən çox insan təbii fəlakət zonasından təxliyə edilib.