22 min sosial cəhətdən həsas əhali işlə təmin edilib – bələdiyyələrdə 21 min valant iş yeri yaradılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Səhiyyə nazirinin müavini Tamila Barkalaya

“60 min sosial cəhətdən həssas vətəndaş ictimai işlərə cəlb olunmaqda marağlanıb, onlardan 23 min nəfəri ilkin məsləhətləşmələrdən sonra işə qəbuldan imtina edib. Hazırda 22 min vətəndaş işlə təmin olunub. Bunlardan 21 min vakant yer yerli bələdiyyələr səviyyəsində yaradılan vakant yerlərdir”, - deyə məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Tamila Barkalaya parlamentin Regional siyasət və özünüidarəetmə komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, bələdiyyələrdə əsas fəaliyyət meydanların, yolların, binaların təmizlənməsi və xırda abadlıq işləridir.

İctimai işlərdə məşğulluğun təşviqi proqramı altı ay əvvəl, martın 1-dən başlayıb. Barkalayanın sözlərinə görə, birinci mərhələdə üç və daha çox əmək qabiliyyətli üzvü olan sosial cəhətdən həssas ailələrə ictimai işlərdə iştirak təklif edilib.

İctimai işlərə qeyri-fəal, əmək qabiliyyətli vətəndaşların xüsusi ixtisas və təhsil tələb etməyən peşələrə cəlb edilməsi daxildir.

Sosial Xidmətlər Agentliyinin məlumatına görə, Gürcüstanda 664 278 nəfər yaşayış müavinəti alır ki, bu da ümumi əhalinin təxminən 18%-ni təşkil edir.

 “Sosial cəhətdən həssas vətəndaşların təqribən 35%-nin iqtisadi fəallığı olmayan əmək qabiliyyətli vətəndaşlar olmasından irəli gələrək, sosial cəhətdən həssas vətəndaşların məşğulluğu bir nömrəli prioritetdir. Bu, məcburi proqram deyil, vətəndaşlarımız üçün əlavə imkandır. Əksinə, həvəsləndirmə mexanizmi həyata keçirilir, yəni

Məşğul olduqda dörd il müddətinə zəmanətli müavinət, işlə təmin olunmadıqda isə sosial cəhətdən həssas əhalinin vəziyyətinin vaxtaşırı yoxlanılması nəzərdə tutulur”, - nazir müavini qeyd edir.

İctimai işlərdə məşğulluğun təşviqi proqramına mərkəzi büdcədən 40 milyon lari ayrılıb. Part-time (yarım iş günü) işçilər ayda 150 lari alırlar. Tam ştatlı aylıq əmək haqqı 300 laridir. Proqrama cəlb olunan şəxslərə yaşayış müavinəti də verilir.

Baş nazir İrakli Qaribaşvili fevral ayında ictimai işlərdə məşğulluğun “genişmiqyaslı proqramı”na başlanıldığını açıqlamışdı: “Bizim proqnozumuza görə, ümumilikdə 200 min insan işlə təmin olunacaq. Birinci mərhələdə bələdiyyələr, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi, digər nazirliklər 50 minə qədər vakant yeri səfərbər edəcək. Bu il hətta 100 mini keçə bilərik. Bizim limitimiz yoxdur. Onlar bir tərəfdən sosial yardım alacaqlar ki, bu da bəzi hallarda 400-500 lari, 700-800 lari ola bilər, əlavə olaraq dövlətdən də 300 lari olacaq”.

Müxalifət nümayəndələrinin sözlərinə görə, “Gürcü Arzusu”nun iş yerinə hesabat verməyən və maaş alan fəalları ictimai işlər proqramına yazılır.

“Gürcüstan xəbərləri” bu mövzuda xüsusi reportaj hazırlayır.

 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur