Tbilisi Şəhər Məhkəməsinin hakimi Nana Aptsiauri “Güclü Gürcüstan” koalisiyasının şikayətini təmin etməyib və məntəqə seçki komissiyasının üzvləri arasında funksiyaların bölüşdürülməsi üçün püşkatma mərasiminin seçki günü deyil, bir həftə əvvəl keçirilməsini nəzərdə tutan Mərkəzi Seçki Komissiyasının 16 avqust tarixli qərarını qüvvədə saxlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Lelo” partiyasının nümayəndəsi, MSK üzvü Qiorqi Sioridze məhkəmənin qərarının gözlənilməz olmadığını deyib.
“Bugünkü Gürcüstanın ədliyyə sistemi digər dövlət qurumları, məsələn, MSK kimi “Gürcü Arzusu”nun maraqlarına xidmət edir. Hüquqi baxımdan bu, o qədər sadə iş idi, qanunda o qədər açıq-aydın yazılıb ki, belə bir qərar qəbul oluna bilməz, başqa bir vəziyyətdə məhkəmə başqa qərar verməli idi”, - Sioridze bildirib.
Qiorqi Sioridzenin qətnamənin hüquqi əsasları ilə razılaşmaması bir yana, o hesab edir ki, komissiya üzvlərinin funksiyaları bir həftə əvvəl məlum olsa, hökumət onlara təzyiq etmək imkanı əldə edəcək.
İş üzrə məhkəməyə onun rəyini “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası” təqdim edib. Hüquq-müdafiə təşkilatı izah edir ki, Seçki Məcəlləsi MSK-ya istisna hal kimi qanunla müəyyən edilmiş müddətləri dəyişdirmək imkanını yalnız müəyyən edilmiş müddət ərzində konkret seçki tədbirində iştirak etmək mümkün olmadıqda verir. Müvafiq olaraq, MSK-nın Seçki Məcəlləsinin səsvermə günü püşkatma prosedurlarını həyata keçirmək mümkün olmadığı şəraitdə qərarla müddətləri dəyişdirmək səlahiyyəti yoxdur. GGHA-nın məlumatına görə, səsvermə günü püşkatmaların keçirilməsi adətən bütün seçkilər zamanı problemli olsa da, bu, məntəqənin gec açılmasına səbəb olmayıb.
Məhkəmənin qərarında GGHa vurğulayır ki, püşkatma prosedurunun seçki günü keçirilməsi təkcə məsələnin maddi-texniki həlli ilə bağlı deyil - “bu, digər məsələlərlə yanaşı, şəffaflıq prinsiplərinə əməl olunmasını, seçki proseslərinə etimadı artırır və komissiyanın ayrı-ayrı üzvlərinə qarşı mümkün hədə-qorxu və təzyiq hallarını sığortalayır”. GGHA hesab edir ki, dövlət qurumlarının siyasiləşməsi ilə bağlı mövcud şübhələr şəraitində komissiya üzvlərinin funksiyalarının ən azı 7 gün öncədən üzə çıxarılması müvafiq siyasi maraq olduğu halda seçilən şəxslərin yüksək hədə-qorxu və təzyiq riski altında qalması riskləri yaradır.
“Komissiya üzvlərinin tam tərkibinin ictimai olmasına baxmayaraq, onların iştirakı ilə konkret funksiyaları yerinə yetirmək üçün seçilməsi seçilmiş şəxsləri belə riskli vəziyyətə salır”, - hüquq müdafiə təşkilatı qeyd edir.
GGHA-nın məlumatına görə, yerli və beynəlxalq müşahidə missiyalarının müddətinin dəyişdirilməsi seçki müşahidə prosesini xeyli pisləşdirir: “Birincisi, onlar seçki günü bacardıqları qədər məntəqələrdə səsvermə prosesini müşahidə edə bilməyəcəklər. Bundan əlavə, MSK-nın bütün bir aylıq müddət ərzində püşkatma prosedurunun tarixini müəyyən edə bilməsi seçki prosesinin müşahidəsini daha da çətinləşdirir”.
Parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. MSK-nın avqustun 16-da qəbul etdiyi qərara əsasən, məntəqə seçki komissiyasının sədri oktyabrın 19-dan gec olmayaraq komissiya üzvləri arasında aşağıdakı funksiyaları bölüşdürməlidir: seçici axınını tənzimləyən, seçicilərin qeydiyyatını aparan, daşınan seçki qutusunu aparan, seçki qutusu və xüsusi zərf nəzarətçisi.
Seçki Məcəlləsinə əsasən, komissiya üzvlərinin funksiyalarını müəyyən etmək üçün püşkatma səsvermə günü keçirilir. Bundan əlavə, MSK-nın 6 fevral 2023-cü il tarixli qərarına əsasən, səsvermənin elektron qaydada aparılacağı seçki məntəqələrində daşınan seçki qutusunu alacaq komissiyanın üzvləri ən geci 7-ci gün əvvəl müəyyən edilməlidir, digər funksiyaları müəyyən etmək üçün isə səsvermə günü püşkatma keçirilməlidir. MSK dəyişikliyi onunla əsaslandırıb ki, püşkatma prosedurlarının müxtəlif şərtlərdə aparılması uyğunsuzluğa səbəb olacaq və seçki prosesinin mütəşəkkil keçirilməsinə mane ola bilər.
“Belə olan halda istər texnoloji seçki məntəqələrində, istərsə də ənənəvi qaydada səsvermənin keçiriləcəyi məntəqələrdə vahid prinsipin təmin edilməsi vacib idi. Artıq məntəqə seçki komissiyasının üzvlərinin adları, soyadları və məlumatları məlumdur. Ona görə də bu baxımdan, püşkatma prosedurunun 7-ci gündən gec olmayaraq keçirilməsi məkanı və mühiti mahiyyətcə dəyişdirə bilməz”, - MSK-nın hüquq şöbəsinin rəhbəri Qiorqi Santuriani bildirib.
MSK-nın avqustun 16-da keçirilən iclasında elan olunduğu kimi, parlament seçkiləri təxminən 2200 seçki məntəqəsində elektron cihazlardan, 700-ə yaxın məntəqədə isə ənənəvi qaydada keçiriləcək.