Amerikalı iş adamı, “Tesla”nın qurucusu İlon Mask Çeçenistanın lideri Ramzan Kadırova “Cybertruck” elektrik avtomobili verməsi barədə məlumatı təkzib edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Avqustun 18-də Kadırov Maskdan elektrik avtomobili aldığını və onu Ukraynadakı Rusiya tərəfindəki döyüşçülərə “uyğun şərtlərlə” istifadə etmək üçün verəcəyini açıqlayıb.
“Əminəm ki, bu “canavar” döyüşçülərimizə çoxlu faydalar gətirəcək. İlon Maska ürəkdən təşəkkür edirəm. O, əlbəttə ki, zəmanəmizin ən güclü dahisi və mütəxəssisidir, böyük şəxsiyyətdir. İlon, təşəkkür edirəm! Qroznıya gəlin, sizi ən dəyərli qonaq kimi qəbul edəcəm. Düşünmürəm ki, Rusiya Xarici İşlər Nazirliyi belə bir səfərin əleyhinə idi. Və təbii ki, biz xüsusi hərbi əməliyyatın başa çatmasına töhfə verəcək yeni ixtiralar gözləyirik”, - Kadırov “Telegram”da yazıb.
İlon Maskın sözlərinə görə, o, Ramzan Kadırova elektromobil verməyib. O, Çeçenistan komandirinin yaydığı məlumata “X” sosial şəbəkəsində dərc olunan açıqlama ilə cavab verib: “Siz o qədər geridə qalmısınız ki, mənim rus generalına “Cybertruck” verdiyimi düşünürsünüz? Ənənəvi medianın nə qədər yalan olduğunun başqa bir nümunəsi”.