Gürcüstan Ədliyyə Nazirliyi Batumidə yeni Ədliyyə Evi binasını “Gürcü Arzusu”na ianə vermiş iş adamı, parlament siyahısının üzvü Qiorqi Çkonianın şirkətindən icarəyə götürüb. “Batumi Central” MMC hər il dövlət büdcəsindən 704 880 lari alacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Batumidə ikinci Ədliyyə Evi iyul ayında açılıb. “Beynəlxalq Şəffaflıq - Gürcüstan”nın məlumatına görə, hökumət Qiorqi Çkoniadan ümumilikdə 445 kvadratmetr sahə icarəyə götürüb və hər kvadratmetr üçün 132 lari ödəyir. İcarə müqaviləsi üç illikdir və Qiorqi Çkonianın şirkəti bu müddət ərzində 2 114 640 lari alacaq.
Baş nazir İrakli Kobaxidze avqustun 15-də Qiorqi Çkonianı “Gürcü Arzusu”nun partiya siyahısına üzv kimi təqdim edib. İş adamı hakim partiyanın parlament seçkilərində Kobuleti nümayəndəsi olacaq.
“Biznes “Gürcü Arzusu”nu dəstəkləyir və bu, digər şeylərlə yanaşı, ianələrlə ifadə olunur. Konkret yerin icarəyə götürülməsinə gəlincə, Qia Çkoniya regionun ən böyük iş adamlarından biridir, ona görə də belə bir sövdələşmənin bağlanması tamamilə mümkündür və bunun ianələrlə heç bir əlaqəsi yoxdur”, - Kobaxidze bildirib.
“Beynəlxalq Şəffaflıq - Gürcüstan”ın araşdırmasına görə, 2013-cü ildən bəri Çkonia və onun biznes tərəfdaşları “Gürcü Arzusu”na və hakim partiyanın dəstəklədiyi prezidentliyə namizəd Salome Zurabişvilinə 1 500 000 lari, o cümlədən bu ilin iyul ayında 135 min lari bağışlayıblar. Çkonianın şirkətləri dövlət satınalmalarından 350 milyon lariyə qədər, o cümlədən son 9 ayda 15 milyon lari əldə edib.