Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatının əsas vəzifəsi “təcavüzkarın ərazisində bufer zonası yaratmaqdır”.
“Bu gün biz Toretsk yaxınlığında Rusiya texnikasının məhv edilməsində yaxşı və lazımi nəticələr əldə etdik. Bütün bunlar Ukraynanın müdafiəsindən artıqdır, indi bizim müdafiə əməliyyatlarımızın əsas vəzifəsi - Rusiya potensialını, müharibə potensialını mümkün qədər məhv etmək, maksimum əks-hücum işini həyata keçirməkdir. Xüsusilə, bu, təcavüzkarın ərazisində bufer zonanın yaradılmasıdır - Kursk vilayətindəki əməliyyatımızdır”, - deyə Zelenski videomüraciətində bildirib.
Ukrayna prezidenti qeyd edib ki, rus qoşunları Toretsk və Pokrovski yaxınlığında hücumlar təşkil edir, lakin Ukrayna hərbçiləri “mövqelərini qorumaq üçün hər şeyi edir”.
“Oğlanlarımız bütün cəbhələrdə əla çıxış edirlər. Bununla belə, tərəfdaşlardan təchizatların daha sürətli çatdırılmasına ehtiyac var. Biz bunu ciddi şəkildə tələb edirik. Müharibədə bayram yoxdur. Elan edilmiş yardım paketləri üçün vaxtında logistika ilə yanaşı qərarlar da lazımdır. Xüsusilə ABŞ, Böyük Britaniya və Fransaya müraciət edirəm”, - Vladimir Zelenski bildirib.
Ukraynanın Kursk vilayətində əməliyyatı iki həftəyə yaxındır ki, davam edir. Avqustun 15-də Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sirski Zelenskiyə Rusiya Federasiyası ərazisində 82 yaşayış məntəqəsinin nəzarət altında olduğunu bildirib. Rusiya dövlət mediası Fövqəladə Hallar Nazirliyinə istinadən yazır ki, 9 sərhəd bölgəsindən 121 mindən çox insan təxliyə edilib.