Gürcüstanın baş naziri və “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri İrakli Kobaxidze hakim partiyanın proporsional siyahısına daxil edilmiş və regionlarda seçki kampaniyasına rəhbərlik edəcək 22 nümayəndəni təqdim edib. Onların arasında 14 cari çoxluq deputatı var.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kobaxidzenin bugünkü brifinqdə dediyi kimi, “Gürcü Arzusu” 30 seçki dairəsinin hamısında nümayəndələr təqdim edəcək. Yaxın günlərdə Tbilisidən 8 nümayəndənin adının açıqlanması planlaşdırılır.
“Bütün nümayəndələr “Gürcü Arzusu”nun proporsional siyahısında təmsil olunacaqlar. Buna uyğun olaraq, biz təmin edəcəyik ki, növbəti çağırış parlamentdə ən azı hər bir şəhər və rayonun öz nümayəndəsi olsun və bununla da majoritar sistemin ləğvi ilə bağlı çatışmazlıq qismən aradan qaldırılsın. Bir sıra deputatlar var ki, əvvəllər müvafiq dairələrin majoritarları olublar, onların əksəriyyəti siyahıda təmsil olunacaq, lakin nümayəndə kimi yox”, - Kobaxidze bildirib.
“Gürcü Arzusu”nun regionlar üzrə nümayəndə heyətinə namizədlər aşağıdakilardır:
- Davit Sonqğulaşvili (cari majoritar deputat) - Qurcaani-Saqareco-Siğnai-Dedoplistskaro;
- İrakli Kadaqişvili (cari majoritar deputat) - Telavi-Axmeta-Kvareli-Laqodexi;
- İrakli Şatakişvili (cari majoritar deputat) - Rustavi və Qardabani;
- Zaur Darğalı (cari majoritar deputat) - Marneuli-Qardabani;
- Davit Şerazadişvili (cari Bolnisi meri) - Bolnisi-Dmanisi-Tetriskaro-Tsalka;
- Anton Obolaşvili (cari majoritar deputat) - Axalsixe-Borjomi-Aspindza-Adigeni;
- Samvel Manukyan (cari majoritar deputat) - Axalkalaki-Ninotsminda;
- Dimitri Xundadze (cari deputat) - Mtsxeta-Mtianeti;
- Lado Xinçeqaşvili (cari Qori meri) - Qori-Kaspi;
- Zaal Duqladze (cari majoritar deputat) - Xaşuri-Kareli;
- Zaza Lominadze (cari majoritar deputat) - Kutaisi;
- Qivi Çiçinadze (cari majoritar deputat) - Tskaltubo-Samtredia-Vani-Xoni;
- Paata Kvijinadze (cari majoritar deputat) - Saçxere-Çiatura-Xaraqauli;
- Zviad Şalamberidze (cari İmereti qubernatoru) - Zestafoni-Bağdati-Terjola-Tkibuli;
- Dato Kodua (Sameqrelo qubernatorunun keçmiş müavini) - Zuqdidi;
- Qiorqi Xaxubaia (cari majoritar deputat) - Poti-Xobi-Senakidə deputat.
- İlya İncia (iş adamı) - Martvili-Abaşa-Tsalenjixa-Çxorotsku;
- Vasil Çiqoğidze (cari majoritar deputat) - Ozurqeti-Lançxuti-Çoxatauri;
- Qoça Enukidze (cari majoritar deputat) - Raça-Leçxum-Svaneti;
- Arçil Beridze (“Alilo” qrupunun üzvü) – Batumi;
- Qia Çxonia (iş adamı) - Kobuleti;
- Anzor Bolkvadze (cari majoritar deputat) - Xelvaçauri-Keda-Şuaxevi-Xulo;