Azərbaycan güc nümayışi ilə Ermənistanı öz şərtlərinə razılaşmağa məcbur edir - Zakareişvili

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Politoloq Paata Zakareişvili / Foto “Gürcüstan Xəbərləri”

“Azərbaycan Ermənistanı öz mövqeyini qəbul ettirmir. Azərbaycanın mövqeyi nədir? O, istəyir ki Ermenistanın keçidi ilə Naxçıvanla iqtisadi dəhlizi olsun. Bu da nəqliyyatın və yüklərin  yoxlanılmadan bu dəhlizdən keçməsini nəzərdə tutur. Bu, praktiki olaraq Ermənistanın suverenliyini məhdudlaşdırır”, - bunu “Sakartvelos ambebi”yə müsahibədə politoloq, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakareişvili bildirib. 13 sentaybr gecə saatlarında Azərbaycan və Ermenistan arasında döyüşlər yenidən başlayıb. Hər iki tərəfdən onlarla itki var.

- Bu vəziyyət Rüsyanın Ukraynada məğlub olmasına səbəb oldumu?

- Prinsipal əhəmiyyət kəsb etdi. İlk dəfə idi ki Ermənistanın dövlət ərazisi atəşə tutuldu. Bununla da Azərbaycan Rusyaya qarşı müəyyən çağırış etdi. Rusya Ermənistanla kollektiv təhlükəszilik sazişı,  Ermənistanın suverenliyini xarici qüvvələrin işğalından qorumaq öhdıliklərini imzalayıb. Türkiyə qabaqcadan davrandı. O, demonstativ olaraq Azərbaycana dəstəyini nümayiş etdi və Ermənistanın təxribatlarının vəziyyətin gərginləşməsinə xidmət etdiyini bəyan etdi. Rusya Ermənistanda Gümrü hərbi bazasında səfərbərlik elan edib. Bilmirik niyə bu rejiminə keçid oldu. Gərginlik ona görə artır ki, söhbət Ermənistanın suverenliyindən gedir və Ermənistanı Azərbaycanın şərtləri ilə razılaşmağa məcbur edir çünkü birbaşa, gömrükdən azad, rüsümsuz kontaktı olsun öz regionu olan -  Naxçıvan Respublikası ila.   

Rusya çox çətin vəziyyətdədir. Onun Ermənistanda rəsmi olaraq malik olduğu 7 min hərbiçisi var idi və bu eməliyyatı həyata keçirmək üçün kifayyətdir. Lakin lazımdır mı bu indi ona, Qafqazda harda ki Tükiyə müşahidə edir və ikinci gözü, əli və ayağı ilə Ukraynaya və Qara dənizə tərəfdir?! Lazımdır mı belə bir zəyif vəziyyətdə, harda ki formal olaraq Gürcüstan onun düşmənidir, baxmayaraq ki, mahiyyət etibarilə, çox təəsüf ki, Gürcüstan özünü ədalətsiz aparır, lakin hələ də şübhəli vəziyyətdədir. Azərbaycan Rüsyanın müttəfiqi Ermənistana qarşı açıq şəkildə öz maraqlarını güdür, Türkiyədə ona kömək edir. Təbii ki, regionda 10 min ve 20 min adamı olsa belə, bu Rusyaya əlverişli deyil. İndi bunun vaxtı deyil. Ona görə də Azərbaycan anı yaxşı dəyərləndirdi. Təkcə Ukraynanın yeni əks-hücümuna görə yox, həm də Ukraynadakı vəziyyətə görə. Bu Rusyanın yaxşı variyantı deyil. Rusya başa düşür ki, onun dostları yoxdur.  Türkiyənin dost olduğunu soyleməyi gülməlidir. Tərəfdaşlıqları şəraitli  xarakter daşıyır. Ehtiyacı olanda ortaq olur. Rusya çox yaxşı başa düşür ki, o, təkdir və səriştəsiz, uzaqgörən, impertialist baxışları onu dünyada tək qoyub; konkret vəziyyətdə, konkret zaman və məkanda heç kim onun mütəffiqi deyil.

- Bu, Rusiya və Ermənistanla yanaşı Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın üzv olduğu Kollektiv Təhlükəsizlik Muqaviləsi Təşkilatına hansı təsir göstərtə bilər?

- Praktiki olaraq bu kollektiv təhlükəsizlik təşkilatı yalnız Rusya üçün mövcud idi. Onun funksionallığı başqa bir şəkildə görünmədi. Rusyaya lazım olduğunda necə istəyirdi elə istifadə edirdi. Məsələn, Qazaxıstanda onun mandatı olmayan, orada heç bir əlaqəsi olmayan qüvvələr var idi. Rüsyanın Ukraynada ümümi zəyifləməsi və aşkar məğlubiyyəti fonunda ola bilsin ki, kollektiv təhlükəsizlik təşkilatının üzvləri Rusya ilə əlaqələrə nə dərəcədə ehtiyac duyduqlarını şübhə altına alsınlar. Bunun üçün ilkin şərt var. Əgər bu təşkilatın varlığını şübhə altına almaq istəyənlər varsa, indi tam zamanıdır. 

- Bu vəziyyətdə Azərbaycanın proqramının minimum və maksimumu nədir? Türkiyədən Azərbaycana hansı dəstək gözlənilir?

Bu, ciddi dəstəyə ehtiyacı olan epizod deyil. Bu, suveren məkanın ərazisidir və mən qoşunların daxil olmasına şübhə edirəm. Artıq hücüm etmədə azalıb. Dünən gecə 7 nöqtədən vuruşlar oldu ve indi iki epizodda az-çox çətinlik var. Güc nümayişi etdirmək cəhdi açıq şəkildə görünür. Başqa bir şey olsaydı hücüm daha şiddətli olardı. Yəqin ki, vəziyyət sakitləşəcək. Türkiyənin dəstəyi bütün seviyyələrdə diplomatik və siyasi olacaq. Türkiyə səsini ucaldacaq, o, hesablaşmaya dəyər bir gücdür. Azərbaycanda artıq Türkiyənin silahları var. Düşünmürəm ki, diplomatik və siyasi dəstəkdən başqa bir dəstək olsun. Əvəzində onun siyasi və diplomatik dəstəyi Rusyanı sakitləşdirəcək.

Hesab etmirəm ki, Azərbaycan İranla həmsərhəd olan və Naxçıvandan keçən Zəngəzur bölgəsini Ermənistanın əlindən almaq üçün belə bir addım atsın. Azərbaycan istəyir ki, orada çox gözü olmayan iqtisadi dəhlizi olsun, o dəhliz vasitəsilə, heçbir erməni nəzarəti olmadan, Naxçıvana yük daşısın.  Düşünürəm ki, Azərbaycan buna nail olacaq.

Bəlkə daha ağrısız şəkildə Ermənistanın ləyaqətini quruyub saxlasınlar. Güya Ermənistan çox güzəştə getmədi, ancaq yekun olaraq təslim olmaq məcburiyyətində qalacaq və Azərbaycan yükləri öz şərtləri ilə Naxçıvan istiqamətində hərəkət edəcək. Bu, uzun müddətdir müzakirə olunur və Ermənistan bu şərtlər altında dəhlizin mövcudluğunun qəti əleyhinədir. Düşünürəm ki, artıq suveren dövlətin ərazisində belə güc nümayişi məhz bu dəhlizə görə baş verdi.

- Ermənistanda hadisələr necə inkişaf edə bilər?

- Müxtəlif səbəblərdən bu yaxınlarda bir neçə dəfə Ermənistanda olmuşam. Erməni ekspertlərlə çox danışmışam. Onların başqa çıxış yolları yoxdur. İndi başa düşülməyə başlanılır ki, real, həqiqi, suveren varlıq 11-ci əsrdən bəri ilk dəfə başlayır. Bir vaxtlar Rusya imperiyası olub, sonra Osmanlı imperiyası ilə Fars imperiyası parçalanıb və Rusyanın quberniyaları yaranıb. Bütün Qafqaz Rusyanın himayəsində olub. Bu fonda Sovet dövrünüdə nəzərə almalıyıq. Sovet dövründən sonra onun parçalanması, Rusyanın himayədarlığı, elə indidə əsl erməni dövlətinin yaradılması başlayır. İndi başa düşürlər ki Ermənistan gərək xilas edə bildiyini xilas etməli, bu vəziyyətdə qonşuları Türkiyə  və Azərbaycanla ortaq dil tapmalıdır. Onların başqa geosiyasəti, başqa seçimi, başqa qlobusu yoxdur. Hamı başa düşür ki dəyişikliklər başlayıb. Ermənistana bir dövlət kimi heç bir təhlükə yoxdur. Suverenlik sərhədləri üçün təhlükələr var, bunu isə müzakirə etmək lazımdir. Onların tamamilə ruslara arxalanması və ya Türkiyədən qorxması, bunu da isitisna etmək lazımdır. Rusyaya qarşı praqmatik münasibət saxlanmalı, Türkiyə ilə də praqmatik münasibətə başlamalııdırlar. Sərhəd müqaviləsini imzalanmaq və s. Sahib olduqlarından daha çoxunu əldə etmək barədə düşünməkdən imtina etməlidirlər. Artıq başa düşürlər ki sahib olduqlarından daha azala bilərlər. Əldə etdiklərindən daha çox alacaqlarına ümid edirdilər. İndi isə sual yaranıb ki, yalnış siyasətimizlə əlimizdə olandan daha azını alacağıq. Bu gün Ermənistanda vəziyyət belədir. Paşinyan artıq özünü günümüzün siyasətçisi kimi təsdiqləyib və bugünkü Ermənistanın çağırışlarını anlayır.  Mən indiki məqamda Ermənistanda ondan daha adekvat bir siyasətçinin olduğunu düşünmürəm. Təbii ki, onun daha çox təcrübəsi, savadı olması, zamanında idealist konsepsiyasına az qərq olması daha yaxşı olardı. Amma bu gün, o, realist siyasətçidir və əlində hansı dövlətin olduğunu anlayır və əgər doğru olanı etsə, illər keçəcək və o, kritik vəziyyətdə düzgün qərarlar verən bir insan kimi tarixdə qalacaq.

- Bu gərginlik hansı ssenari ilə inkişaf edə bilər? Azərbaycanın Avropaya qaz tədarükünü ikiqat artırmağa razı olması Qərbin səssizliyini əldə emək anlamına gəlirmi?

- Azərbaycan özünü çox ağıllı aparır. Görünür, o, Türkiyə ilə daim məsləhətləşir. Vəziyyətdən öz xeyrinə istifadə etdi. Bu, beynəlxalq hüqüqla heç bir əlaqəsi olmayan real siyasətdir. Beynəlxalq hüqüq bugün yuxudadır. BMT yoxdur, ATƏT yoxdur. Beynəlxalq hüqüq o vaxt mövcuddur ki, qanunun tərəfləri onun üstünlüyünü tanıyır. Rusya onu pozdu və ayaqlar altında tapdaladı. BMT Təhlükəsizlik Şurasının daimi üzvü bunu edəndə, o, isləmir. Bunun fonunda qarşımızda Birinci Dünya Müharibəsindən əvvəlki dövrdə real siyasət həyata keçirilir. İndi heç bir şeyə çevrilməyəcək, amma bu gün, resursları olan hər bir dövlət, öz istədiyini önə çıxarmaq üçün etdiklərini Azərbaycan edir. Azərbaycan başa düşdü ki, hər şey üst-üstə düşür və egər biz real siyasətdəyiksə, bu, təbiidir.  Bundan istifadə etməmək və beynəlxalq hüququn oyanmasını gözləmək qeyri-təbii olardı. Ona görə də hesab edirəm ki, Azərbaycan bu əsasda hərəkət edir. Hərşeyi nəzərə alır və mövqelərini düzəldir. Bunu edə bilirlər çünkü başqalarının başı qarışıqdır. Bu, tamamilə real siyasətdir və başa düşüləndir. Haqq veriləsi deyil, amma izah edilə biləndir. Azərbaycanın niyə belə davrandığını izah etmək olar, çünkü onun başqa sahibi yoxdur, başqa reallıq da yoxdur. Lazım bildiyini edir, vəziyyətindən istifadə edir. 

- Gürcüstan bu proseslərdə və dövrdə hansı rol oynamalıdır?

- Ətrafımızda daha kritik hadisələr baş verdi, ancaq “Gürcü Arzusu” onları hiss etmədi. O vaxt Dağlıq Qarabağda baş verənlər və indi Ukraynada baş verənlər. Dünənki hadisələr, şübhəsiz ki, mühüm epizodlardır, çünkü onlar suveren dövlətə aiddir. Buna baxmayaraq, nisbətən kiçik epizodlar var, indi genişmiqyaslı hərbi əməliyyatlar baş vermir.

“Gürcü Arzusu” sadəcə dərin yuxuda deyil, qaranlıqda gizlənib, öz kölgəsinin arxasında durur və vəziyyətdən necə çıxacağını müşahidə edir. Vəziyyətin hansı tərəfə dönəcəyini bilmir və uduzan tərəfə doğru dönməkdən qorxur.

Hesab edirəm ki, Gürcüstan indi birmənalı şəkildə Türkiyəyə yaxınlaşmalıdır. Türkiyədəki səfirimiz çox güclü, yüksək seviyyəli bir siyasi xadim olmalıdır ki, Ankaraya çalışsın. Ankara Gürcüstan haqqında nə düşünür, biz Türkiyənin Rusiya ilə münasibətlərində təhlükəsizlik zəmanəti görürük mü? Deyirlər, sahibimiz yoxdur, yer üzündə yalnız qalmışıq, müharibə mi istəyirsiniz?! Bizim qonşumuz Türkiyə NATO üzvüdür. Türkiyənin Gürcüstana necə baxdığını bilmirik.

Gürcüstan yeganə strateji dövlətdir ki, Türkiyə kimi Qara dənizdə yerləşir, həm də Qafqazdadır. Azərbaycan Qara dənizdə, Ukrayna isə Qafqazda deyil. Biz unikalıq, biz eyni zamanda həm Ukraynayıq, həm Azərbaycanıq. Bizim Orta Asiyada olan böyük Türkmənistan istiqamətində heç bir marağımız yoxdur. Türkiyənin Mərkəzi Asiyada çox böyük geosiyasi maraqları var və yeganə dəhliz Gürcüstandır. Biz bu geosiyasi hediyyələrdən ümumiyyətlə istifadə etmirik. Qafqaz dağları, Qara dəniz, bütün bu unikal geostrateji ve geosiyasi alətlərdən həyatımızda istifadə etməmişik. Digərləri, imperiyalar istifadə edirdi və bizim Qafqaz dağları, Qara dəniz kimi sərvətlərimizdən istifadə etməyə vaxtımız gəlib çatmadı. Bunun üzərində işləmək lazımdır. Biz heç nə etmirik. Müharibə istəyirsiniz? Budur cavab. Bu o deməkdir ki, onların nə geosiyasətdən, nədə yer üzündə baş verənlərdən xəbərləri yoxdur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur