Dağıstanda səfərbərlik əleyhinə keçirilən aksiyalar zamanı 100-dən çox adam həbs edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Dağıstanın Mahaçqala şəhərində Rusiya prezidentinin elan etdiyi səfərbərliyə qarşı nümayişlər zamanı polis 100-dən çox nümayişçini həbs edib, Endireyi kəndində isə nümayişi dağıtmaq üçün havaya atəş açıb.

“Müharibəyə yox! Rusiya Ukraynaya hücum etdi. Biz kor deyilik... Uşaqlarımızı müharibəyə göndərmək istəmirik. Niyə döyüşə siz getmirsiniz və burada öz xalqınızla mübarizə aparırsınız?!”

Mitinq iştirakçılarının böyük hissəsini təşkil edən qadınlar polisə belə müraciət ediblər.

KİV-in məlumatına görə, Mahaçqalada keçirilən aksiyada 300-dən çox insan iştirak edib, onlarla insan isə Endireyi kəndində səfərbərliyə qarşı çıxıb. Telegram kanallarından birinin məlumatına görə, bu kənddən 110 nəfər müharibəyə çağırılıb, o cümlədən ordudan yenicə qayıdan gənclər.

Dağıstanın lideri Sergey Melikov səfərbərliyin əvvəlində buraxılan səhvləri etiraf edib və bildirib ki, hərbi komissarlıqlar aid olmayan şəxsləri də hərbi xidmətə çağırıb: “Prezidentin elan etdiyi kriteriyalara ciddi riayət olunmaqla qismən səfərbərlik aparılmalıdır. İstisnalara və ya səhvlərə yol vermək olmaz. Buna görə şəhər və rayon rəhbərləri şəxsən məsuliyyət daşıyırlar”.

Sentyabrın 25-də Rusiyanın digər bölgələrində, o cümlədən Kabardin-Balkarın Nalçik şəhərində səfərbərliyə qarşı nümayişlər keçirilib. Yayılan videomateriallara görə aksiyada onlarla qadın iştirak edib.

“Mən sizə həyat yoldaşımı verməyəcəm! Məni vursalar da, yenə də onu apara bilməzsiniz. Bu bizim cihadımız deyil. Gənclərimiz, valideynlərimiz ora niyə gedirlər? Bizə hücum ediblər?!”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Səfərbərliyə hərbi komissarlıqda atışma olan İrkutsk vilayətində də etiraz edilir. Müharibəyə çağırılan gənc komissarlığın əməkdaşlarından birini odlu silahdan açdığı atəşlə yaralayıb.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də Ukrayna cəbhəsinə səfərbərlik elan edib. Putinin sözlərinə görə, “ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisasa və müvafiq təcrübəyə malik olanlar” hərbi xidmətə çağırılacaq. Əslində hərbi komissarlıqlar kişiləri fərq qoymadan orduya qəbul edirlər. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, qondarma Qismən səfərbərlik çərçivəsində 300 min vətəndaşın hərbi xidmətə çağırılması planlaşdırılır, lakin medianın yazdığına görə, Putinin Kremlin saytında dərc olunan fərmanında bir milyona yaxın insanın hərbi xidmətə çağırılmasından bəhs edən qapalı bənd var. Kreml bu məlumatı yalan adlandırır.

Qondarma qismən səfərbərlik fonunda Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk etməyə çalışırlar. Son bir neçə gündür Gürcüstan-Rusiya sərhədində azı 15-20 kilometrlik tıxac yaranıb. Zemo Lars keçid məntəqəsini keçmək üçün Rusiya vətəndaşları 24-40 saat növbəyə dururlar.

Rusiya mətbuatının yazdığına görə, Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya qoşulması Referendumdan sonra Rusiya hakimiyyəti səfərbərliyə məruz qalan vətəndaşlar üçün sərhədləri bağlayacaq. Qadağa üçün ehtimal olunan tarix sentyabrın 28-dir. “Novaya qazeta.Avropa”ya prezident administrasiyasındakı mənbə bildirib ki, səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min nəfər tərk edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur