Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik haqqında fərman imzalayıb. Federasiya miqyasında “səfərbərlik tədbirləri” bu gündən, sentyabrın 21-dən başlayacaq. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 300 minə yaxın insan qismən səfərbərliyə məruz qalacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Vətənimizi, onun suverenliyini və ərazi bütövlüyünü qorumaq, azad edilmiş ərazilərdə xalqımızın təhlükəsizliyini təmin etmək məqsədi ilə Müdafiyə Nazirliyi və Baş Qərargahın qismən səfərbərlik həyata keçirmək təklifini dəstəkləməyi zəruri hesab edirəm”, - bunu Putin bu gün səhər yayımlanan video müraciətində bildirib.
Rusiya prezidentinin sözlərinə görə, qismən səfərbərlik çərçivəsində yalnız ehtiyatda olan, ilk növbədə isə silahlı qüvvələrin sıralarında xidmət etmiş və təcrübəsi olan vətəndaşlar hərbi xidmətə çağırılacaq: “Bölmələrə göndərilməzdən əvvəl onlar xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi təlim keçəcəklər”.
On dörd dəqiqəlik videomüraciətində Putin qeyd edib ki, Vaşinqton, London və Brüssel Kiyevi Rusiyanı məhv etmək üçün hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə sövq edir ki, bu da ölkənin suverenliyinin itirilməsi ilə nəticələnəcək. “Bizi nüvə silahı ilə şantaj etməyə cəhd edənlər bilməlidirlər ki, “külək gülü” onların istiqamətinə dönə bilər. Ölkəmizin ərazi bütövlüyü təhlükə altına düşəndə, şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bu blef deyil”, - Putin bildirib.
“Vena” hərəkatinin fəalları Rusiya vətəndaşlarının sentyabrın 21-də, saat 19:00-da şəhərlərin mərkəzi küçələrində toplaşmağa və Putinin elan etdiyi qismən səfərbərliyə qarşı etiraz aksiyaları keçirməyə çağırıblar:
Minlərlə rus kişisi, atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınına atılacaq. Nə üçün ölməlidirlər? Analar və uşaqlar niyə göz yaşı axıtmalıdır? Putinin sarayı üçün? Bundan sonra müharibə həqiqətən hamının evinə gələcək”, - hərəkatın bəyanatında deyilir.
Rusiya prezidenti Ukraynanın işğal olunmuş ərazilərində qondarma referendumların keçirilməsinə də toxunub və bildirib ki, “Rusiya hər şeyi edəcək ki, xalq öz iradəsini ifadə edə bilsin. Biz Donetsk və Luqansk Xalq Respublikalarının, Zaporpjye və Xerson vilayyətlərinin sakinlərinin əksəriyyətinin öz gələcəkləri ilə bağlı verəcəyi qərarı dəstəkləyəcəyik”.
Özünü elan etmiş Luqansk və Donetsk Xalq Respublikalarında, eləcə də Xerson və Zaporojye vilayyətlərində sentyabrın 23-27-də Rusiyaya birləşmək üçün referendumların keçirilməsi planlaşdırılır. Qondarma referendumların legitimliyini nə Ukrayna, nə də beynəlxalq ictimaiyyət tanımır. Ukrayna xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Rusiya Ukrayna torpaqlarını qeyri-qanuni işğal edən təcavüzkar olub və qalır.