Mamulaşvili və “Gürcü Legionu”nun 70-dən çox üzvü Rusiyada məsuliyyətə cəlb olunub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Foto: JULIAN SIMMONDS / The Telegraph

Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna tərəfində döyüşən “Gürcü Legionu”nun komandiri, Gürcüstan vətəndaşı Mamuka Mamulaşviliyə və legionun 70-dən çox üzvünə qiyabi cinayət işi ittihamı irəli sürüb.

İstintaq Komitəsinin sədri  Aleksandr Bastrikin hələ aprel ayında Mamuka Mamulaşvilinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə tapşırıq vermişdi. Qurumun veb səhifəsində dərc olunan məlumata görə, iş “Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə və Milli Qvardiyanın əməkdaşlarına qarşı müharibə qaydalarının pozulması” ilə bağlı olub.

İyulun 28-də Bastrıkin Ukraynanın işğal olunmuş Melitopol şəhərində istintaq qərargahının operativ müşavirəsində iştirak edib və istintaqın nəticələrinə dair hesabatı şəxsən dinləyib.

“Ukrayna silahlı qüvvələrinin tərəfinə muzdlu döyüşçülərin cəlb edilməsi və onların döyüş əməliyyatlarında iştirakı ilə bağlı mətbuatda Mamuka Mamulaşvili kimi tanınan Gürcüstan vətəndaşı Uşanqi Mamulaşviliyə cinayət işi çərçivəsində qiyabi ittiham irəli sürülüb.

Müəyyən edilib ki, Mumulaşvili 2014-cü ildə “GürcüMilli Legionu”nu yaradıb və Luqansk və Donetsk Xalq Respublikalarının hökumətlərinə qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün Gürcüstandan üzvlər cəlb edib. İndiyədək Legionun 70-dən çox muzdlu döyüşçüsü cinayət məsuliyyətinə cəlb edilib”, - istintaq komitəsinin bəyanatında deyilir.

Mamuka Mamulaşvili Gürcüstan hökumətini Rusiya ilə əməkdaşlıqda ittiham edir.

“Bu, soy adlarını Gürcüstan hökuməti ilə əməkdaşlıq nəticəsində aşkarlanan döyüşçülərin bir hissəsidir. Bunlar “Gürcüstan Legionu”nun müxtəlif bölmələrinin oğlanlarıdır. Kiməki əlləri çatıb onların məlumatlarını ötürüblər”, - deyən Mamulaşvili qeyd edib ki, Gürcüstan hakimiyyəti vətənlərinə qayıtdıqları halda barələrində cinayət təqibi aparılan legion üzvlərini Rusiyaya təhvil verəcəyini istisna etmir.

“Gürcüstan hökuməti rusyönlü siyasət aparır və öz vətəndaşlarının, xüsusən də Rusiya ilə faktiki olaraq birbaşa fiziki qarşıdurmada olan vətəndaşların müdafiəsi haqqında danışmaq əbəsdir. Bu, bizim üçün yalnız o mənada daha çox təhlükə yaradır ki, Gürcüstanın qeyri-adekvat hökuməti əməkdaşlığa gedə və Gürcüstana gələn kimi öz vətəndaşlarını Rusiyaya təhvil verə bilər. Hesab edirəm ki, bu təxribat da buna hesablanıb. Bu, Rusiyanın hədə-qorxu siyasətinin bir hissəsidir, lakin ən böyük təhlükə hələ də Gürcüstandadır”, Mamuka Mamulaşvili deyir.

Gürcüstan hökuməti Rusiya İstintaq Komitəsinin qərarınşərh etməyib.