Nika Qvaramiya Salome Zurabişvilidən Mixeil Saakaşvilini əfv etməyi xahiş edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Salome Zurabişvilidən özümə görə əfv istəməmişəm, amma indi özümə icazə verəcəyəm və bunu ilk dəfə istəyəcəm, ondan heç vaxt heç nə istəməmişəm, canlı yayımda mən ondan xahiş edirəm ki, Saakaşvili ilə bağlı qərar versin”, - “Pirveli Arxi”nin yaradıcısı Nika Qvaramiya “TV Pirveli” telekanalının efirində deyib. 

Qvaramiyanın sözlərinə görə, Mixeil Saakaşvili əfv edilərsə, Salome Zurabişvili ilə bağlı hər hansı sual işarəsi və konspirasiya dərhal bitəcək.

“Bu adamın həyatı, ölür - ölmür, inam məsələsi deyil, insan ölə bilər. O, yaxşı deyil, yaxşı görünsə də, yaxşı danışısa da və.s. O, məhbusdur, məhbus prezidentdir və Salome Zurabişvili də məhbus prezident ola biləcəyinə dair eyhamlar alıb. Əminəm ki, "oçneba" bunu edə bilməz, çünki o vaxt olmayacaq, amma o eyhamları aldı. O, bu çevrəni yarmalı, səhvini etiraf etməli və o “yox və heç vaxt”dan kənara çıxmalı və Saakaşvilini azad etməlidir. Əminəm ki, bu yeganə düzgün qərardır”, - Qvaramiya qeyd edib.

“Zurabişvilidən heç nəyə təəccüblənmirik, o, yavaş-yavaş qırmızı xətləri keçir, bilmirəm, bütün qırmızı xətləri sona qədər keçəcək, ya yox”, - Saakaşvilinin əfv olunmasının mümkünlüyü ilə bağlı sualı hakim “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze belə cavablandırıb.

“Bu, seçicilərə növbəti xəyanət olacaq. Bilirsiniz ki, o vaxt onu Saakaşvilinin törətdiyi cinayətləri kökündən qəbuledilməz olan seçicilər dəstəkləyirdi. Ondan artıq bizi heç nə təəccübləndirmir, amma görək, bu onun işidir, ümid edirəm ki, daha bir xəyanət etməz, lakin ondan hər şey gözlənilir”, - Kobaxidze deyib.

Səhhəti pisləşdiyi üçün yerləşdirildiyi “Vivamed” klinikasından keçmiş prezident Mixeil Saakaşvili Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesə oktyabrın 27-də distant qoşulmuşdu. Saakaşvili əvvəlki qoşulduğu andaki ilə müqayisədə nisbətən yaxşı görünürdü.

“Nə üçün məhkum Saakaşvilini cəzaçəkmə müəssisəsinə köçürməyək, bu məsələ dəfələrlə soruşulub, cavabımız birdir, həkimlərin müvafiq tövsiyəsi olduqda, məhkum Saakaşvili cəzaçəkmə müəssisəsinə qayıdacaq. Çünki Gürcüstanda cəza cəzaçəkmə müəssisəsində çəkilir, mən məhkum edilmiş məhbusları nəzərdə tuturam, ona görə də bu da istisna deyil. Biz qərarları görüntülərə görə deyil, həkimlərin tövsiyələrinə uyğun veririk. Bu tövsiyə olan halda o, cəzaçəkmə müəssisəsinə qayıdacaq”, - bu barədə ədliyyə naziri Rati Breqadze bildirib.