“Qirçi” yeganə partiyadır ki, prezidentin planına imza atmır

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Müxalifət partiyalarının əksəriyyəti prezidentin təklif etdiyi vahid fəaliyyət planına – “Gürcü Xartiyası”na qoşulur. Keçmiş baş nazir Qiorqi Qaxaria partiyasının nümayəndələri islahat təklifini bəyənirlər, lakin onların müvəqqəti hökumətin təyinatı və növbədənkənar seçkilərlə bağlı sualları var, bu səbəbdən də onların prezident və digər aktorlarla daha çox ünsiyyətə ehtiyacı var. “Qirçi” [Xviçia, Meqrelişvili, Rakviaşvili] indiki mərhələdə xartiyaya imza atmaq fikrində olmayan yeganə partiyadır.

“Gürcüstanda üç siyasi fikir var: “Kotsi” [Gürcü Arzusu], “Natsi” [Milli Hərəkat] və bizimki – “Qirçi”. Bu sənəd həm də bu ideyanı sonlandırmaq üçün nəzərdə tutulub və bizim planımızda isə heç kimlə koalisiyaya girmək nəzərdə tutulmur. İndiki mərhələdə biz imza atmayacağıq, lakin bununla bağlı müzakirələrdə iştirak edəcəyik. Bununla belə prezidentin həmkarlarımızı birləşdirmək üçün gördüyü işlər və prinsiplər düzgündür və mən bunu alqışlayıram”, - “Qirçi”nin lideri İaqo Xviçia deyib.

Aleksandre Elisaşvilinin [“Vətəndaşlar” Partiyasının] fikrincə, məzmunca birlik olmadan onlar “Gürcü Arzusunu” məğlub edə bilməyəcəklər – “Oçneba”ya qalib gəlməsələr sonumuz Rusiyalı olmaqadır. Əslində bu çox sadə seçimdir. Prezident siyasi partiyaların vəziyyətini daha da asanlaşdırdı və təbii ki, biz də bu nizamnaməyə qoşulacağıq.

Nizamnaməni imzalayan partiyalar: “Axali”, “Lelo”, “Avropalı Gürcüstanı”, “Strategiya Ağmaşenebeli”, “Droa”, “Girçi-Daha çox Azadlıq”, “Vahid Milli Hərəkat”, “Respublika Partiyası”, “Milli Demokratik Partiya”, ”Xalq üçün Hərəkat”.

“Hardasa az, hardasa daha çox, amma ümumilikdə, mənim fikrimcə, sənəd düzgün aksentlə çox yaxşıdır və biz də qoşulacağıq”, - “Axali”nin lideri Nika Qvaramia bildirib.

Qiqa Bokeria

Həqiqətən, bütün fərqlərə baxmayaraq, lazımi addımlar üçün konkret ümumi planımız olduğunu nümayiş etdirmək, cəmiyyətin böyük bir hissəsinin tələb etdiyi şeydir.

Düzgün mesaj idi. Bu, qarışmaq demək deyil. Bu, müxtəlif siyasi baxışlara malik insanların mühüm məsələlərdə birgə işləyə biləcəyinin nümayişidir”, - “Avropalı Gürcüstanı”nın sədri Qiqa Bokeriya qeyd edib.

“Droa” lideri Elene Xoştaria Salome Zurabişvilinin təqdim etdiyi planı tarixi adlandırıb.

“Dəyişikliyi aydın şəkildə izah edir. Ən əsası isə hansısa tərəfin maraqlarına deyil, vətəndaşların maraqlarına cavab verir”, - Xoştaria bildirib.

“Gürcü Arzusu” ötən il kütləvi etirazlar və misli görünməmiş beynəlxalq reaksiya nəticəsində geri çağırılan “xarici agentlər” haqqında rus qanununu 2024-cü il aprelin 3-də parlamentdə yenidən gündəmə gətirdi, mayın 14-də isə üçüncü və yekun oxunuşda qəbul etdi. “Agentlər qanunu” beynəlxalq fondların dəstəyi ilə ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və tənqidi mediaya təhlükə yaradır. Qanun layihəsinin işə salınmasından bəri Gürcüstanda hökumət tərəfindən dəfələrlə dağıdılmış minlərlə nəfərlik nümayişlər keçirilib. Bir neçə deputata və bir sıra nümayişçilərə vəhşicəsinə basqın edilib, xüsusi təyinatlılar onlara ağır xəsarətlər yetiriblər. 200-ə yaxın etirazçı inzibati qaydada həbs edilib, bəziləri isə cinayət məsuliyyətinə cəlb edilib. İddialara görə, hökumətin təşkilatçılığı ilə fəal etirazçılar, vətəndaş fəalları, jurnalistlər və onların ailə üzvləri naməlum şəxslər tərəfindən çağırılıb, söyülüb, hədələnib. Buna baxmayaraq etiraz aksiyası dayanmayıb. İndiyə qədər yeganə tələb odur ki, hakimiyyət rus qanununu ləğv etdin.

ABŞ Dövlət Departamenti artıq Gürcüstan hakimiyyətinə ölkədə demokratiyaya xələl gətirənlərin sanksiya oluna biləcəyi ilə bağlı xəbərdarlıq edib. Rus qanununa və hakim partiyaya yeganə olaraq Rusiya hökuməti dəstəkverici bəyanatlar səsləndirir.

Gürcüstanın xarici siyasətindəki dəyişiklik və ölkədəki vəziyyətlə əlaqədar Gürcüstan prezidenti mayın 26-da Müstəqillik Günündə vahid fəaliyyət planını təqdim edib. Partiyalar oktyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonra müvəqqəti hökumətin formalaşdırılmasını, islahatların həyata keçirilməsini, ondan sonra isə növbədənkənar parlament seçkilərinin keçirilməsini nəzərdə tutan “Gürcüstan Xartiyası”na qoşulub-qoşulmayacağına dair qərar verməlidirlər.