2023-cü ildən 70 və yuxarı yaşda olan şəxslərin pensiyası dağda 440 lari, başqa yerlərdə 365 lari olacaq

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın 2023-cü il büdcəsində səhiyyə və sosial proqramların maliyyələşdirilməsi 770 milyon lari artır. Baş nazir İrakli Qaribaşvilinin hökumətin keçirilən iclasında bildirdiyi kimi, 70 və daha yuxarı yaşda olan şəxslərin pensiyası dağlıq yaşayış məntəqələrində 440 lari, qalan rayonlarda 365 lari olacaq.

Baş nazirin sözlərinə görə, yaşı 70-dən aşağı olan şəxslərin pensiyası artacaq və təxminən 300 lari, yüksək dağlıq yaşayış məntəqələrində isə 355 lari olacaq.

“Pensiyadan başqa, demək istərdim ki, biz ağır əlillər üçün sosial müavinətin 65 lari artırılmasını nəzərə almışıq, digər kateqoriyadan olan əlillər üçün də müavinət artacaq. Biz artıq uşaq dəstəyini demək olar ki, üç dəfə artırmışıq - 50 lari idi, indi isə 150-dir. Keçən il 100 lari idi, sonra 150 lariyə qaldırdıq və davam edəcək. Arzumuz odur ki, 2023-cü ildə büdcəmiz və gəlirimizdən asılı olmayaraq, onu daha da artırmaq istəyirik.

Bildiyiniz kimi, biz məcburi köçkünlər üçün evlər tikməyə başlayırıq. 7000 mənzildən ibarət yaşayış kompleksinin tikintisinə başlanılır, tenderlər keçirilib və tezliklə başa çatdırılacaq. 2023-cü ildə bu məqsədlə 250 milyon lari ayrılıb”, - deyə İrakli Qaribaşvili bildirib.

2022-ci ilin sentyabr ayının məlumatına görə, Gürcüstanda 800 068 nəfər pensiya alır və onlara hər ay 226 688 306 lari ödənilir. Yüksək dağlıq yaşayış məntəqələrində 79 324 nəfər pensiyaçı qeydiyyatdadır və onlara dövlət pensiyasına əlavə olaraq 4 512 060 lari verilir.

Baş nazir hökumətin bugünkü iclasında qeyd edib ki, 2023-cü ildən etibarən polis, əsgər və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının əməkhaqqı 20% artırılacaq. Gələn ilin büdcəsində bunun üçün 290 milyon lari nəzərdə tutulub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur