DTX-nin keçmiş yüksək vəzifəli məmuru hakimlərə qarşı təzyiqləri təsdiqləyir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin sabiq birinci müavini, hazırda həbsdə olan Soso Qoqaşvili öz adından “Facebook” sosial şəbəkəsində yaydığı açıqlamalarda hakimlərə hökumət tərəfindən təzyiqlər olduğunu təsdiqləyir.

“Müsahibədə Besarion Alavidzeyə təzyiq edildiyi faktını təsdiq edirəm. Biz, DTX, bunu Mixail Çinçaladzenin xahişindən sonra həyata keçirdik.

Mixail Çinçaladze Alavidzeyə güclü təzyiqlərdən sonra “Rustavi 2” işində “Gürcü Arzusu”nun qərarına razılıq ala bilmədikdən sonra işə ağır artilleriyanı cəlb etdi. Bidzina İvanişvilinin biznes mərkəzində növbədənkənar iclas keçirildi və orada qərara alındı ki, bu işə biz, DTX, cəlb olunaq. Biz İvanişvilidən Alavidze ilə bağlı müvafiq tapşırıq aldıq, istədiyimiz qərarı vermək üçün ona daimi iş, pul mükafatı və toxunulmazlıq təklif etməli olduq. Bütün bunlar dövlət maraqlarına müraciət etməklə, imtina edildiyi halda problem yaratmaqla həyata keçirilməli idi.

DTX-da onu çoxdan tanıyan və yaxşı münasibətdə olan məmur tapılıb. Ona Alavidze ilə görüşmək və onu razı salmaq tapşırılıb. Bir neçə dəfə görüş keçirilib, bu görüşün audioyazısı aparılıb. Zabit mənə yazını gətirdi və mən onu Çinçaladzeyə göndərdim.

Besarion Alavidze cəsarət edib ifşa etməyə başladığı üçün mən onu sona qədər danışmağa və bu görüşlər haqqında hər şeyi danışmağa çağırıram”, - Qoqaşvili sentyabrın 20-də dərc olunan bəyanatında yazır.

Gürcüstan Ali Məhkəməsinin keçmiş hakimi Besarion Alavidze sentyabrın 17-də “Mtavari” kanalına verdiyi müsahibədə hakimlərə, küçə qaydalarına uyğun şəkildə, işlərlə bağlı məsləhətlər verilir, öz kabinetlərinə çağırılır və bu və ya digər işin nəticəsinin necə olacağı birbaşa bildirilirdi.

Besarion Alavidze 2011-ci ilin fevralında on il müddətinə Gürcüstanın Ali Məhkəməsinə təyin edilib. O, 2017-ci ildə “Rustavi 2” telekanalının işinə baxan və teleşirkəti Kibar Xalvaşiyə həvalə edən 9 hakimdən biri olub.

Alavidze 2019-cu ildə Ali Məhkəmənin hakimi olduğu müddətdə sistemdəki nepotizm və “sövdələşmələr” barədə açıq danışıb. Həmçinin məhkəmədə sözdə nüfuzlu qrupun olduğunu qondarma klanın mövcudluğunu təsdiqləyib. 2021-ci il fevralın 22-də onun hakimlik müddəti başa çatıb, bundan sonra o, Ali Məhkəmənin hakimlərinin seçilməsi üzrə müsabiqədə iştirak edib, baxmayaraq ki, Ali Ədliyyə Şurası onu hakim vəzifəsinə Parlamente təqdim etməyib.

2022-ci ilin iyununda Besarion Alavidze “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişviliyə açıq məktubla müraciət edərək “məhkəmənin “klan” üzvlərinə məişət yolu” ilə evə getməyi tövsiyə etməyə çağırıb, çünki bütün məhkəmə korpusu onların azad edilməsini gözləyirdi”.

Soso Qoqaşvilinin Besarion Alavidzenin dediklərini təsdiq etməsindən sonra sentyabrın 21-də Ali Ədliyyə Şurasının iclasında Tbilisi Apellyasiya Məhkəməsinin hakimi Levan Murusidze Qoqaşvilini hədələməkdə ittiham edib. Qeyri-hökumət təşkilatları “klanın” liderləri kimi Levan Murusidze və Tbilisi Apellyasiya Məhkəməsinin sədri Mixeil Çinçaladzenin adını çəkirlər. Bu hakimlər məhkəmə sistemində “klan”ın mövcüd olduğunu inkar edirlər.

Murusidzenin sözlərinə görə, Qoqaşvili həbs olunduqdan sonra həbs-qətimkan tədbiri məsələsini müzakirə etməmişdən əvvəl onunla əlaqə saxlayıb və ona bildirib ki, əgər kömək etməsə və azadlığa buraxılmasa, “mümkün qədər məhkəməni nüfuzdan salacaq”. Murusidzenin qeyd etdiyi kimi, Qoqaşvili ilə 25 ildir yaxın münasibətdə olduğu üçün bu mövzuda danışmaq onun üçün çox çətindir.

Daşınmaz əmlakın girovu məsələsi gündəmə gələndə mənə bildirildi ki, əgər mən müdaxilə etməsəm və girovun istifadə olunmamasını təmin etsəm, o, dəhşətli işlər görəcək və məhkəmə sistemini nüfuzdan salacaq. Beləliklə, ifadə etdi ki, güya Mixeil Çinçaladze DTX-nin köməyi ilə hakim [Besarion] Alavidzeyə təzyiq göstərir. Bu bəyanatdan sonra mənə, faktiki olaraq, üçüncü dəfə xəbərdarlıq edildi ki, - “Görürsənmi, məhkəmənin nüfuzdan düşməsi başlayıb. Əgər qəti addımlar atıb mənə kömək etməsəniz, sözügedən diskreditasiya davam edəcək və görünməmiş miqyas alacaq. Elə faktlarla ittiham olunacaq ki, məhkəmə sisteminə heç bir şəkildə bəraət qazandırmaq mümükün olmayacaq”. Ona görə də qərara gəldim ki, əvvəlcədən bu barədə sizə məlumat verim, sonra bununla bağlı reaksiya verəcəyəm. Yaxın vaxtlarda bəzi sübutlarımla prokurorluğa müraciət edəcəyəm”, - deyə Murusidze bildirib.

Sentyabrın 22-də Soso Qoqaşvili Facebook vasitəsi ilə Levan Murusidzenin bəyanatına cavab verib:

“Mən Levan Murusidzeni 1995-ci ildən tanıyıram. Onunla Xalq Partiyasının Vake gənclər təşkilatında tanış oldum, amma o vaxtdan heç bir əlaqəmiz olmadı. Çinçaladze və Murusidze İvanişvili ilə danışıqlar apardıqdan sonra münasibətlər bərpa olundu. Çinçaladzenin tələbi ilə DTX ilə koordinasiya quruldu və mübahisələrin “Gürcü Arzusu”nun xeyrinə həllində əsas əlaqə adamları Murusidze ilə mən idik.

Maraq sahəsi təkcə seçki mübahisələri deyildi. Partiyadan gələn istənilən əmrə əməl edilməli idi. Lazım olduğunda, bizim idarədən Çinçaladze və Murusidzeyə hakimlər haqqında operativ material göndərilirdi.

Görüşlərimiz mənim yaşayış evimdə, Diqomidəkı məhkəmənin yaxınlığında, həmçinin Ədliyyə Şurasında keçirilirdi.

Həmçinin Kaxetidə, xüsusən Dedoplistskaroda Çinçaladze və Murusidzenin 2016-cı ildə mənim köməyimlə aldıqları 100 hektara qədər torpaq sahəsi var. Torpaqlar öz etibarlı adamlarına qanuniləşdirilib və onlara bu torpağa baxacaq bilikli bir adam lazım idi, məndən tapmağı xahiş etdilər. Mən bu adamı onlara bağladım. 2016-cı ildən həbs olunana qədər mühafizəçim vasitəsilə əlaqə saxlayıblar. Məndən məlumat alırdılar. Öz nöbələrində nəzarətdə maraqlı olduqları hakimlər haqqında da mənə məlumat göndərdilər. Mühafizəçimin vasitəsilə torpaq bəcərilməsinin məbləğini göndərirdilər. Murusidze bu pulu mənim Nutsubidzedəki evimə gətirirdi. Məhsul (taxıl) yığılıb satılanda mühafizəçim satışdan alınan məbləği təqribən 150 000-200 000 lari çatdırırdı, bəzən Dzeqvidəki yaşayış evinə, bəzən Diqomidəki məhkəmənin yaxınlığına. Bəzən Murusidze pulu götürmək üçün özü evimə gəlirdi. Bir sözlə, Murusidze mənimlə və cangüdənim Samxaradze ilə aktiv münasibətdə idi.

Həbsimdən sonra Samxaradze ilə Murusidze arasında görüş keçirildi və bu görüşdə o, Samxaradzeyə dedi ki, mənim işimi həll etmək üçün Çinçaladze ilə birlikdə mümkün olan hər şeyi edəcək. Cavabımı gec olsa da  Samxaradze vasitəsilə göndərdim ki, mən çirkin sistemi ifşa edəcəyəm, məhkəmələr və onların gizli mülkləri haqqında danışacağam. İndi siz bunu təhdid adlandırın, mən buna ifşa deyirəm”.

Bu gün Media Vəkilliyi Koalisiyası və insan haqları üzrə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları parlamenti hakimlərə mümkün təzyiq faktlarını araşdırmaq üçün istintaq komissiyası yaratmağa çağırıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur