İran İnqilab Keşikçiləri Korpusunun təlimatçılarının Ukraynada Rusiyaya yardım etdiyi iddia edilir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İddialara görə, Rusiya İran silahlı qüvvələrinin elitar birliyi olan “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun (İİKK) hərbçilərini və ya onunla əlaqəli şəxsləri Ukraynanın işğal olunmuş ərazilərinə gətirib.

Ukrayna Milli Müqavimət Mərkəzinin Krımda və Xersonda iranlı təlimatçıların olması ilə bağlı məlumatına “Müharibə Araşdırmaları İnstitutu” (ISW) cavab verib. Müqavimət Mərkəzinin məlumatına görə, onlar ruslara İran istehsalı olan “Şahed 136” pilotsuz uçuş aparatlarından necə istifadə etməyi öyrədirlər və Ukraynanın mülki obyektlərinə, o cümlədən Nikolayev və Odessaya zərbələr endirilməsi də daxil olmaqla, “kamikadze dronların” buraxılmasına birbaşa nəzarət edirlər.

“İran dronlarının əsas operatoru “İran İslam İnqilabı Keşikçiləri Korpusudur”. Müvafiq olaraq, bu iranlı təlimatçılar çox güman ki, onun nümayəndələri və ya onunla əlaqəli şəxslər olacaqlar”, - Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir.

Rusiya Ukraynaya qarşı müharibədə “Şahed 136”dan fəal istifadə edir. Gördüyümüz kimi, İran təcavüzkara təkcə texnika ilə deyil, həm də insanlarla kömək edir, - Ukrayna Milli Müqavimət Mərkəzi bildirir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, yalnız oktyabrın 12-də gün ərzində 17 “Şahed” vurulub. Dünən gecə dörd kamikadze pilotsuz uçan aparat Odessa vilayətində, ikisi isə Nikolayevdə zərərsizləşdirilib. Rusiya oktyabrın 10-da Kiyevə və digər şəhərlərə kütləvi raket hücumları zamanı qanadlı raketlərlə yanaşı, İran “Şahedləri”ndən də istifadə edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur