Ötən gün Telavidə qeydiyyatsız nikahda olan həyat yoldaşı Mariam Qamtkitsulaşvilini öldürən 22 yaşlı Tornike Qamxvetelaşvili qətldən 2 gün əvvəl məişət zorakilığı ittihamı ilə polis tərəfindən saxlanılıb. Prokuroluq onun barəsində həbs-qətimkan tədbiri seçilməsini tələb etsə də, Telavi rayon məhkəməsinin hakimi Mamuka Tsiklauri 2000 lari məbləğində girov təmin edərək onu həbsdən azad edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim Mamuka Tsiklauri məişət zorakılığı və hədə-qorxu ilə təqsirləndirilən şəxsi niyə azadlığa buraxmaq qərarına gəldiyini şərh etmir. Telavi rayon məhkəməsində “Gürcüstan xəbərləri”nə qərarlarla tanış olmaqdan imtina edilib. Qerarları əldə ettimiz zaman, hakimin bu qərarı verərkən hansı hallara əsaslandığını bilərdik. Hakimin köməkçisi Lana Kvirkveliya “Gürcüstan xəbərləri”nə bildirib ki, xəsarət alan şəxs məhkəməyə yazıb və təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiq edilməməsini istəyib.
“Gürcüstan xəbərləri”nin əldə etdiyi məlumata görə, Tornike Qamxvetelaşvili oktyabrın 5-də azyaşlı uşaqlarının yanında həyat yoldaşına qarşı zorakılıq etmək ittihamı ilə polis tərəfindən həbs edilib. Müsahibə protokolunda Mariam Qamtkitstulaşvili deyir ki, əri onu səhər tezdən döyüb. Polis 112-yə zəng etdikdən sonra hadisə yerinə gəlib.
Tornike Qamxvetelaşviliyə qarşı Cinayyət məcələsinin üç maddəsi ilə ittiham irəli sürülüb. 126 prima maddəsinin birinci hissəsi, bir ailə üzvü tərəfindən digər ailə üzvünə qarşı fiziki ağrı və ya iztirablara səbəb olan və sağlamlığa ziyan vurmayan zorakılığa, sistematik zorakılığa, şantaj və ya alçaldılmaya istinad edir; 126 prima maddənin ikinci hissəsi - eyni əməllər: yetkinlik yaşına çatmayan şəxsin yanında öz ailə üzvünə qarşı törədildikdə; 11 Prima, Maddə 151, 2-ci hissə - təhdid edilən şəxsin təhdidini həyata keçirməkdən ağlabatan qorxusu olduqda, ailə üzvünə qarşı öldürmək və ya sağlamlığa zərər vermək və ya əmlakını məhv etmək hədəsi. Cinayət 3 ilə qədər həbslə cəzalandırılır.
“Müdafiə tərəfinin vəsatəti hakimin təqsirləndirilən şəxsə 2000 lari məbləğində girov verilməsi ilə bağlı idi. Zərərçəkmişin məktubunu məhkəməyə biz təqdim etdik, o, indiki mərhələdə barışdıqları barədə mövqeyini bildirdi və məhkəmədən həyat yoldaşının həbs edilməməsini xahiş etdi. Hakim bizim vəsatətimizi nəzərə alıb və Tornike Qamxvetelaşvili girovla buraxılıb. Proses bitib biz gedəndə həyat yoldaşı çöldə gözləyirdi. Sevindi, hətta mənə təşəkkür etdi”, – Tornike Qamxvetelaşvilinin maraqlarını müdafiə edən vəkil Nazi Sumbadze “Gürcüstan xəbərləri”nə onun barəsində həbs-qətimkan tədbirinin tətbiqi məsələsini müzakirə edərkən deyib.
- Nazi xanım, prokurorluq qabaqlayıcı tədbir kimi nə tələb etdi?
- Həbs.
- Girovdan istifadə barədə müraciət etdiyiniz zaman zərərçəkmiş qadının mövqeyi və tələbi ilə bağlı məhkəməyə yazılı məlumat vermisinizsə, prokurorluq vəsatətində dəyişiklik edib və sizinlə razılaşıbmı?
- Yox, dəyişməyiblər, həbsini tələb ediblər.
- Prokurorluq Tornike Qamxvetelaşvilinin girovla buraxılması ilə bağlı qərardan apellyasiya şikayəti veribmi?
- Məlumatım yoxdur. Mən qətlin hadisəsini eşitməmişdən əvvəl nə Tornike, nə də başqaları bu barədə heç nə bildirməyiblər. Girovu bir ay ərzində ödəməliydik, o, onu daşınmaz əmlakla təmin edəcəkdi. Hələ girov pulunu belə ödəməyib.
Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, agentlik oktyabrın 6-da Tbilisi Apellyasiya Məhkəməsində hakim Mamuka Tsiklaurinin çıxardığı qərardan apellyasiya şikayəti verib, lakin girovla buraxılan şəxs şikayətə baxılmamış həyat yoldaşını öldürüb.
Oktyabrın 9-da saat 17 radələrində 3 azyaşlı uşaq anası Mariam Qamtkitsulaşvili uşağın gözü qarşısında öldürülüb.
“6 yaşlı uşaq yanıma qaçdı, tez ol nənə, anamı tualetə salıb boğur, bıçağı ondan gizlətdim. Yaş yarımlıq uşaq evdə qalıb, onun gözü önündə öldürülüb.
O, bir neçə gün əvvəl tutulmuş idi, onda məni də vurmuşdu, amma qohumları o qədər etdi ki, buraxdılar,”- öldürülən şəxsin anası Leyla Piranişvili deyir.
Qətlə yetirilən qadın uşaqları və əri ilə valideynlərinin yaxınlığında kirayədə yaşayırdı.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq müəyyən edib ki, sərxoş vəziyyətdə olan Tornike Qamxvetelaşvili bıçaqla Mariam Qamtkitsulaşvilinin boğaz nahiyəsinə ölümcül xəsarət yetirib və hadisə yerindən gizlənib.
Polis cinayət silahını sübut kimi götürüb və Tornike Qamxvetelaşvili tezliklə həbs edilib. Ailə üzvünü qəsdən öldürmə faktının istintaqı Cinayət Məcəlləsinin 11-ci prima 109-cu maddəsi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
2021-ci il noyabrın 29-da hakim Mamuka Tsiklauri 27 yaşlı Nika Kençoşvilini qəsdən öldürməkdə təqsirləndirilən “Gürcü Arzusu”nun keçmiş deputatı Zurab Zviadauri və odlu silahı ehtiyatsızlıqdan saxlamaqda təqsirləndirilən Caba Cangiraşvilini azadlığa buraxıb. Hakim onların hər ikisini girovla əvəzləyib. Gürcüstan Prokurorluğu Mamuka Tsiklaurinin qərarına xüsusi açıqlama ilə cavab verib:
“Prokurorluğa Telavi rayon məhkəməsinin hakimi Mamuka Tsiklaurinin nəyi və hansı şərtlərlə rəhbər tutduğu aydın deyil. Prosesdə ittiham tərəfi tam əsaslandırılaraq həbs qətimkan tədbirinin qüvvədə saxlanmasını xahiş edib və azadlıqda olduğu halda təqsirləndirilən şəxsin törətdiyi mümkün yeni cinayətlərlə bağlı real təhlükələrə və şahidlərə təsir göstərməsinə müraciət edib. . Buna baxmayaraq, yuxarıda qeyd olunan hallar hakim tərəfindən nəzərə alınmayıb və bu səbəbdən təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini 50 min lari, digər təqsirləndirilən şəxsə isə 5 min lari zaminlik girovu ilə əvəz edib. Qeyd edək ki, məhkəməyəqədər iclasda qəbul edilmiş qərardan şikayət verilmir və ona görə də qeyd olunan qərardan yuxarı instansiyaya şikayət vermək imkanından məhrumuq. İttiham tərəfi hesab edir ki, hakimin sözügedən qərarı əsassızdır və onun barəsində seçilmiş həbs-qətimkan tədbiri qətimkan tədbirinin məqsədlərinə xidmət etmir”.
Mamuka Tsiklauri 2007-ci ildən hakim kimi çalışır. O, Rustavi Şəhər Məhkəməsinin hakimi olub. 2007-2009-cu illərdə ezamiyyət əsasında Marneuli Rayon Məhkəməsində sədr səlahiyyətlərini həyata keçirib. 2009-2017-ci illərdə Telavi Rayon Məhkəməsinin sədri olub. 2017-ci ilin may ayından Telavi Rayon Məhkəməsinin hakimidir. 2020-ci ilin may ayından qanuni yaşa çatana qədər ömürlük vəzifəyə təyin edilib.