Əvvəlcədən düşünülmüş bir hərəkətə bənzəyir, hər şey qaydasında idi - “Qrinservis”in direktoru

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Birinci kanalın fotosu

“Həqiqətən demək istəmirəm, amma, bu, əvvəlcədən düşünülmüş bir hərəkətə bənzəyir. Mən bunu başqa cür izah edə bilmərəm”, – polis yoxlamasından sonra Vake Parkında fəvvarənin bərpası ilə məşğul olan "Qrinservis+"un şirkətin direktoru Laşa Purtsvanidze bildirib.

“Avadanlıqlar Gürcüstana gələnə qədər yoxlanılıb, hesabatlar var, polisdədir. Əməkdaşlarımız bir gün əvvəl üç saat çalışıb, hovuzda yoxlayıb düzəldirdilər. Sizə daha çox deyim, it üç dəfə atladı, bunun görüntüləri var. İki ay sınaq rejimimiz oldu, işlədik və heç bir qanun pozuntusu müşahidə olunmadı. Mənə bir hadisəni desəniz, kimsə hovuza girib elektrik cərəyanı vurdu, mən də bu barədə düşünərəm, lakin Saakaşvilinin vaxtından fəvvarələr qurulanda belə fakt qeydə alınmayıb, qondarma jurnalistləri və siyasətşilərin yalan məlumatlarını ki, kimsə qışqırıb elektrik var, saymasaq. İstintaq asanlıqla və ya deyil aşkar edə bilər bu faktı, mən deyə bilmərəm. İstintaq lazım olsa, təbii ki, gəlib əməkdaşlıq edəcəm.

Heç kim mənə ömrümün sonuna qədər yaradanın mənə verdiyi cəzadan artıq cəza verə bilməz. Özümü günahkar hiss etmirəm, amma ölən o balaca, günahsız qız ömrümün sonuna qədər mənim cəzam olacaq. Əvvəllər hər şey qaydasında idi, çox təsadüflər var və çox şeylər var, belə olmur.

Mən öz gözlərimlə sızan “rele”ni görmüşəm. Qiyməti 300 laridir. Heç bir özünə hörmət edən şirkət,  elektrik cərəyyanı olan bir fəvvarədə sızma “rele”ni quraşdırmadan edə bilməz. Mən çox maraqlanıram. Ekspertiza son 25 ildə heç vaxt olmayan hadisələrin baş verdiyini müəyyən edəcək. Biz çoxlu fəvvarələr tikmişik və belə bir şey olmayıb”, - Laşa Purtsvanidze jurnalistlərə bildirib.

Oktyabrın 13-də Tbilisidəki Vake parkının dairəvi, yenicə bərpa olunan fəvvarəsində üç uşağı elektrik cərəyanı vurub. Uşaqlar fəvvarənin içinə top atdılar və onu almaq üçün suya girdilər. 13 yaşlı Marita Meparişvili Xeçinaşvili klinikasında dünyasını dəyişib, ikinci uşağın səhhəti dünən yaxşılaşıb, üçüncü yeniyetmə artıq İaşvili klinikasından evə buraxılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin elektrik obyektində təhlükəsizlik qaydalarını pozma, insan tələfatı ilə nəticələnən 240-cı maddəsinin birinci və ikinci hissələri ilə başlanılıb. Cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Oktyabrın 14-də Tbilisi polis idarəsinin rəis müavini Kaxa Muradaşvili bildirib ki, qəza yerində “bütün zəruri istintaq hərəkətləri” aparılıb. Həm Daxili İşlər Nazirliyi, həm də Levan Samxarauli Ekspertiza Bürosu bu tədbirlərdə iştirak etdi.

“İstintaq tədbirləri davam etdirilir, bütün zəruri ekspertizalar təyin edilib. Bu mərhələdə 100-ə yaxın şəxs dindirilib. İstintaq icraçı şirkətdən və Tbilisi şəhər xidmətindən çıxarılan bütün sənədləri öyrənir. Bu sənədlər layihə-tikinti, təhvil-təslim aktları, ekspert rəyləri, sözügedən işin istehsalı və ya layihələndirilməsi ilə bağlıdır”, - Muradaşvili bildirib.

Şəhər meri Kaxa Kaladze və sakrebulonun sədri Giorgi Tkemaladze bir gün əvvəl, oktyabrın 12-də bərpası 13 milyon lariyə başa gələn fəvvarə ilə tanış olublar və “son onilliklərin ən böyük layihələrindən birinin” uğurla başa çatması münasibətilə ictimaiyyəti təbrik ediblər.

 

Mövzu ilə bağlı:

Uşağın ölümünə nə səbəb ola bilərdi - fəvvarə mütəxəssisinin izahatı

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur