Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş İdarəsi (DG NEAR) Aİ-nin Gürcüstana dəstəyi ilə bağlı məlumat yayır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz Aİ-nin Gürcüstana dəstəyinin yanlış şərhinə münasibət bildiririk. Buna “xarici agentlər” qanunu kontekstində aydınlıq gətirmək vacibdir. Vətəndaş cəmiyyəti ilə müqayisədə Gürcüstanın nazirliklərinə 10 dəfə çox pul ayrılıb”, - Avropa Komissiyasının Baş İdarəsi "X"də yazır ki, 2019-2024-cü illərdə dövlət qurumları Avropa İttifaqından 517,82 milyon avro (o cümlədən, 75 milyon avro pandemiya zamanı kreditlər formasında), vətəndaş cəmiyyəti 46,1 milyon avro və özəl sektor 6,1 milyon avro alıb.
Gürcüstanda Aİ-dən yardım alan ilk onluq aşağıdakı kimidir:
- 111,55 milyon avro - Regional İnkişaf və İnfrastruktur Nazirliyi/Yerli Hakimiyyətlər;
- 101,40 milyon avro - Maliyyə Nazirliyi;
- 62,75 milyon avro - Müdafiə Nazirliyi;
- 57 milyon avro - Ekologiya və Kənd Təsərrüfatı Nazirliyi;
- 30,5 milyon avro - İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi;
- 25,07 milyon avro - Əmək, Səhiyyə və İşğal olunmuş Ərazilərdən Məcburi Köçkünlərin Sosial Müdafiəsi Nazirliyi;
- 19 milyon avro - Miqrasiya Məsələləri üzrə Hökumət Komissiyası;
- 12,85 milyon avro - Təhsil, Elm və Gənclər Nazirliyi;
- 10,5 milyon avro - Daxili İşlər Nazirliyi;
- 7,4 milyon avro - Hökumət Administrasiyası;
Onbirinci sırada Avropa İttifaqından 4,8 milyon avro alan parlamentdir.
“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili hesab edir ki, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi əslində yardım deyil, agentliyin gücləndirilməsidir. O, bu barədə aprelin 29-da, “xarici agentlər” haqqında rus qanununa qarşı aksiyalara paralel olaraq hakim partiya Rustavelidə tərəfdarlarını topladığı gün bildirib. “Tez-tez təşəkkür edilən və xaricdən bizə köməklik göstərildiyi hesab edilən “engeolar”ın maliyyəsi, əslində, demək olar ki, bütünlüklə agentliyi gücləndirmək və onları hakimiyyətə gətirmək üçün istifadə olunur. Müvafiq olaraq, bu vəsaitlərin yardımla heç bir əlaqəsi yoxdur və əksinə, onların yeganə məqsədi Gürcüstanın dövlət suverenliyini əlindən almaqdır”, - İvanişvili o zaman bildirib.
Parlament sədri Şalva Papuaşvili dəfələrlə donor təşkilatlara hücum edib və bildirib ki, Gürcüstanda “Avropa İttifaqının maliyyələşdirilməsi də qeyri-şəffafdır”.