Amerika Birləşmiş Ştatlarının Rusiya Federasiyasındakı səfirliyi öz vətəndaşlarına Rusiyanı tərk etməyi, həmçinin ora səyahət etməməyi tövsiyə edir. Diplomatik agentlik buna səbəb kimi Rusiyanın Ukraynaya müdaxiləsinin proqnozlaşdırılamayan nəticələrini göstərir. ABŞ vətəndaşlarına qeyri-qanuni həbs riskləri barədə də xəbərdarlıq edir. Bundan əlavə, səfirlik ABŞ və Rusiyanın ikili vətəndaşlığına sahib şəxslərin səfərbər edilməsinin mümkünlüyünü bildirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
ABŞ ilə yanaşı, Kanada hökuməti də öz vətəndaşlarını “yerli qanunların özbaşına tətbiqi” riskləri və Rusiyanın Ukraynadaki müharibəsi səbəbindən Belarusa səfərdən çəkinməyə çağırıb. Bundan əlavə, Kanada Belarusdaki vətəndaşlarına mümkün qədər tez ölkəni tərk etmələrini, ona qədər təhlükəsizlik tədbirləri görmələrini tövsiyə edir.
“Rusiya qüvvələri Belarusdan Ukraynada hərbi əməliyyatlar aparır. Bir sıra ölkələr, o cümlədən Kanada Belarusun münaqişədəki roluna görə ona qarşı sanksiyalar tətbiq edib. Əcnəbilər təhlükəsizlik orqanları tərəfindən nəzarətə götürülə bilər. Otel otaqlarını, telefon və e-poçt mesajlarını yoxlamaq, şəxsi əşyaları axtarmaları mümkündür. Əgər Belarusiyadasınızsa, tərk etməlisiniz oranı. Siz Kanada hökumətindən asılı olmamalısınız ki, sizə ölkəni tərk etməkdə kömək edəcək”, - bu barədə Kanada hökumətinin saytında yazılıb.
Fevralın 13-də Fransanın Xarici İşlər Naziri də analoji tövsiyə ilə çıxış edib. Qurum bildirir ki, Rusiyanın Ukraynaya hücumu və Belarusun hava məkanını bağlaması səbəbindən ora hər hansı səfər rəsmi olaraq tövsiyə edilmir. Fransa öz vətəndaşlarına quru yolu ilə Litva, Polşa və ya Latviyadakı sərhəd keçid məntəqələri vasitəsilə dərhal Belarusu tərk etmələrini tövsiyə edir.
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına aylardır qanunların özbaşına yerinə yetirilməsi, həbs olunma riski, Rusiya hərbi qüvvələrinin Ukraynaya hücumu və Ukrayna sərhədi yaxınlığında Belarusda rus qoşunlarının sayının artması səbəblərinə görə Belarusa səfər etməmək barədə xəbərdarlıq edib.
Belə bir fikir var ki, Fransa, Kanada və ABŞ-ın eyni vaxtda yayımladığı bəyanatlar Rusiya qoşunlarının Ukraynaya gözlənilən yeni hücumu ilə bağlıdır.
On gündən sonra, fevralın 24-də Rusiyanın Ukraynaya hücumunun və müharibənin başlamasının bir ili tamam olacaq.