Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Gürcüstandakı səfirləri prezident Salome Zurabişvilinin “Mtavari Arxi” teleşirkətinin baş direktoru Nika Qvaramiyanın əfv edilməsi barədə qərarını alqışlayır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kelli Deqnanın sözlərinə görə, prezidentin qərarı Gürcüstanda qütbləşmənin azaldılmasına mühüm töhfədir.
“İndi gürcülərin bölünməsinin vaxtı deyil, indi gürcülərin bir yerdə olması vaxtıdır. Prezident Zurabişvili açıq şəkildə bəyan etdi ki, bu, onun qərarıdır. Birləşmiş Ştatlar və digər tərəfdaşlar bu məsələ ilə bağlı narahatlıqlarını lap əvvəldən dilə gətiriblər, lakin bu müdaxilə yox, narahat olduqlarını dilə gətirənlərin dostların narahat olduqları zaman etdikləridir. Prezident Zurabişvili əfv hüququna çox ciddi yanaşır və qərar qəbul edir”, - Kelli Deqnan bildirib.
“Mən Nika Qvaramiyanın əfv edilməsi və onun həbsdən azad edilməsi qərarını alqışlayıram, - Böyük Britaniya səfiri Mark Kleyton Twitter-də yazıb. “Bu, Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda düzgün qərardır”.
Salome Zurabişvilinin qərarını ilk təqdir edənlərdən biri də Avropa Şurasının prezidenti olub. Şarl Mişel də hesab edir ki, əfv qərarı Gürcüstanda qütbləşmə istiqamətində atılan zəruri addımdır.
İyunun 21-də prezident Salome Zurabişvili “Mtavari Arxi” teleşirkətinin təsisçisi və baş direktoru Nika Qvaramiyanı əfv edib. Onun sözlərinə görə, Ali Məhkəmə Qvaramiyanın kassasiya şikayətini qəbuledilməz hesab edəndən və bununla da bütün hüquqi addımlar tükəndikdən sonra bu qərarı verib. Günün sonunda keçirilən brifinqdə prezident Zurabişvili deyib: “Mən sizinlə heç bir izahat paylaşmaq fikrində deyiləm, çünki bu, mənim ixtiyarımda olan hüququmdur”.
Nika Qvaramiya 2022-ci il, mayın 16-dan həbsdədir. O, “Rustavi 2” telekanalına rəhbərlik edərkən vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.