Acara televiziyasından azad edilən Teona Bakuridze 4 ildən sonra məhkəmədə qalib gəlib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2020-ci ilin martında Acara Televiziyasının keçmiş direktoru Qiorqi Koxreidzenin əmri ilə əvvəlcə əsas xəbər proqramının efirindən uzaqlaşdırılan, sonra isə işdən çıxarılan jurnalist Teona Bakuridze apellyasiya məhkəməsində qalib gəlib.

Kutaisi Apellyasiya Məhkəməsinin hakimlər kollegiyası (Malxaz Çubinidze, İrma Peranidze və İndira Maçaleişvili) Batumi Şəhər Məhkəməsinin hakimi Xatuna Bolkvadzenin qərarını qismən dəyişdirərək jurnalistin işdən azad edilməsi və efirdən çıxarılması barədə qərarları qüvvədən salıb.

Teona Bakuridze işinə qayıtmağı və ayrı-seçkiliyin müəyyən edilməsini tələb edirdi. Əsas xəbər verilişinin aparıcısı vəzifəsi tutulduğundan məhkəmə yayımçıya təzminat olaraq Teona Bakuridziyə 6 aylıq maaşını ödəməyə öhdəlik qoyub. Diskriminasiya hissəsində iddia təmin edilməyib, hansı ki, Jurnalist buna görə məhkəmə işini davam etdirmək niyyətindədir.

"Bilmirəm birinci instansiyanın hakimi utanarmı, amma sevinirəm ki, sistemdə vicdanlı hakimlər var. Vuruşduğumuz sistem o vaxt da bilirdi ki, məni işdən çıxarmaq qanunsuz idi. Amma onlara qazandıqları vaxt lazım idi - 4 il, bizi redaksiya siyasətindən uzaqlaşdırmaq lazım idi. Biz o vaxt da bilirdik ki, “Oçneba” hökumətinin əsas məqsədi Acara televiziyasının redaksiya siyasətini dəyişməkdir. Buraxılışın birinə baxıb bunu özünüz görə bilərsiniz", - Hazırda "Formula TV"də çalışan Teona Bakuridze məhkəmənin qərarına belə münasibət bildirib.

Teona Bakuridzenin maraqlarını “Transparency International – Georgia” təşkilatı qoruyur.

Natia Kapanadze 2019-cu ildə İctimai Yayımçı Acara Televiziya və Radiosunun Məşvərət Şurası tərəfindən direktor vəzifəsindən uzaqlaşdırıldıqdan və onun yerinə Qiorqi Koxreidze seçildikdən sonra yayımçının redaksiya siyasəti dəyişməyə başlayıb. Yeni direktor dəyişdirilmiş redaksiya siyasətini tənqid edən bir sıra jurnalistləri işdən çıxarıb, bəziləri isə təzyiq nəticəsində istefa verib. Keçmiş əməkdaşların bəziləri məhkəmədə qalib gəlib - onların arasında yeni xəbərlər xidmətinin keçmiş rəhbəri Şorena Ğlonti və "Hashtag" proqramının keçmiş aparıcısı Malxaz Rexviaşvili də var. Bir neçə iddiaya hələ də baxılmayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur