Kaxetinin Axmeta bələdiyyəsinin Alaverdi kəndində qasırğa baş verib. Təbii fəlakət Alaverdi Kafedralının günbəzindəki xaçı qoparıb, məhəccərlərə və digər infrastruktura ziyan vurub. Bir neçə nəfər yaralanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Yerli əhalinin dediyinə görə, qasırğa Alaverdi Yeparxiyasının üzüm bağlarının salındığı yerdə yaranıb və məbədin yanından keçib.
“Bütün bunlar təxminən 2-3 dəqiqə çəkdi. Qasırğa nəticəsində avtomobil yola aşıb, nəticədə onun içərisində olan bir neçə nəfər xəsarət alıb, onlar yerli sakinlərdir. Təcili yardım briqada çağırılıb və onların həyatları təhlükədə deyil”, - Axmeta Merinin nümayəndəsi Davit Mezvrişvili “Gürcüstan Xəbərləri”nə bildirib.
Turistlər də qasırğanın şahidi olublar. Onlardan biri Pol Rimpl sosial şəbəkədə yazır ki, keşiş onun yanında olan, özünü qorumağ çalışan qonağı geyiminə görə kilsəyə buraxmayıb. “Giriş bizi xilas etdi”, - deyə Rimpl yazır.
Yerli sakinlər Alaverdidə indiyədək qasırğa görmədiklərini deyirlər.