Tbilisi Apellyasiya Məhkəməsi hazırda Fransada siyasi sığınacaq istəyən müxalif siyasətçi Qoqi Tsulayanı növbəti seksual xarakterli əməldə təqsirli bilib və 4 il müddətinə azadlıqdan məhrum edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu hökmlə apellyasiya məhkəməsi prokurorluğun apellyasiya şikayətini təmin edib və birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
“Bir daha ortaya çıxdı ki, bizdə siyasiləşmiş məhkəmə var. Mən siyasi məhbusam. Bidzina İvanişvilinin oğlunu cəsarət edib təhqir etdiyimə görə mühakimə edirlər məni. Buna görə bağışlanmazdım. İndi Fransadayam və ümid edirəm ki, məni Gürcüstana təhvil verməyəcəklər”, - Tsulaya deyir
“Azad Gürcüstan” partiyasının üzvü və Kutaisi merliyinə keçmiş namizəd Qoqi Tsulaya 2021-ci il martın 17-də qadına qarşı zorakılıq ittihamı ilə həbs edilib. Prokurorluğun sübutlarına görə, martın 16-da Tbilisidə Tsulaya sərxoş vəziyyətdə qadına qarşı zorakılıqla cinsi xarakterli hərəkətlər edib, nəticədə zərərçəkmiş bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Tsulaya qadına qarşı zorakılığı rədd edib və onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) agenti olmaqda ittiham edib.
Tsulayanın sözlərinə görə, onun həbsinin əsl səbəbi bir neçə gün əvvəl “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin oğlunu söyməsi olub.
Siyasətçiyə qarşı cinayət işini Daxili İşlər Nazirliyi cinayət məcəlləsinin 138-ci maddəsinin birinci hissəsi (zorakılıqla törədilmiş digər cinsi xarakterli əməl) ilə araşdırırdı. Cinayət 4 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Tsulaya barəsində həbs qətimkan tədbiri seçilmişdi. 2021-ci ilin iyulunda, demək olar ki, dörd aylıq həbsdən sonra, hakim Lia Orkodaşvilinin qərarına əsasən Tsulaya 6000 lari məbləğində girov ödənilməsi müqabilində azad edildi. Hakim məhbusun aclıq aksiyasını və səhhətini nəzərə alaraq bu qərarı verdi.
2022-ci ilin noyabrında məhkəmə Tsulayaya başqa bir cinsi zorakılıq aktına görə bəraət verdi və onu fiziki ağrıya səbəb olan hücumda təqsirli bildi. O, altı ay həbs cəzasına məhkum edildi, ancaq bu vaxta qədər Tsulaya artıq Strasburqda idi. Bəraət hökmünü prokurorluq apellyasiya məhkəməsinə şikayəti etdi.