Avropa İttifaqı Ukrayna ilə bağlı qərarı Orbanın iştirakı olmadan qəbul edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Avropa İttifaqı ölkələrinin liderləri Ukraynanın üzvlüyünə dair danışıqlara başlamaq qərarını Macarıstanın baş naziri Viktor Orban olmadan qəbul ediblər. “Deutsche Welle”nin yazdığına görə, Almaniya kansleri Olaf Şolz Orbanın yaratdığı çıxılmaz vəziyyətdən çıxış yolu tapıb və Macarıstan liderinə sessiyanı tərk etməyi təklif edib. Nəticədə Macarıstan veto hüququndan istifadə edə bilməyib.

Hadisənin təfərrüatlarını jurnalistlərə Hollandiyanın baş naziri Mark Riute bildirib.

“Yaxşı müzakirə apardıq, amma müzakirənin sonunda mən hiss etdim ki, razılığa gəlmək çətin olacaq və sonra Şolz Orbana təklif etdi - qərarı sizin iştirakınız olmadan qəbul etməyimizi mümkün hesab etmirsiniz? Qaydalara görə, bu mümkündür. Bununla yekdil qərar qəbul edilmiş hesab olunur, sadəcə olaraq Macarıstanın iştirakı olmadan. O, çıxdı” -  Riute bildirib.

Az sonra Orban videomüraciət dərc edib və orada Ukrayna ilə danışıqlara başlamağın səhv olduğunu və Macarıstanın bu qərarın qəbulunda iştirak etmədiyini bildirib.

“İndiki vəziyyətdə Ukrayna ilə danışıqlara başlamaq tamamilə irrasional və yanlış qərardır və Macarıstan bu məsələdə mövqeyini dəyişmir. Aİ-nin digər 26 üzvü belə bir qərarda israr etdiyi üçün Macarıstan onların öz yolları ilə gedə biləcəklərinə qərar verdi. Macarıstan bu pis qərarda iştirak etmək istəmir, ona görə də bu gün bitərəf qalıb”, - Viktor Orban bildirib.

Eyni zamanda, Macarıstan sammitin Ukraynaya 50 milyard avro məbləğində yardım ayrılması qərarına veto qoyub. “Gecə növbəsinin xülasəsi: Ukrayna üçün  əlavə pula veto. MFF-yə (büdcə - red.) yenidən baxılmasına veto. Biz bu məsələyə gələn il, Avropa Şurasında lazımi hazırlıqdan sonra qayıdacağıq”, – Orban “X” sosial şəbəkəsində yazıb.

Dekabrın 14-də, Avropa Şurasının sammitinin birinci günündə Aİ ölkələrinin liderləri Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara rəsmən başlamaq və Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar qəbul ediblər.

Macarıstan, Orbanın rəhbərliyi ilə Ukrayna ilə danışıqların başlanmasına qarşı çıxıb. Viktor Orban ölkənin buna hazır olmadığını bildirib.

Ukraynaya yardıma gəlincə, Orban Avropa İttifaqının Macarıstan üçün dondurduğu 30 milyard avronu almaq üçün Ukrayna mövzusundan istifadə etməyə çalışıb. Sammitdən bir neçə gün əvvəl onun baş siyasi müşaviri Balaş Orban bildirib ki, Avropa İttifaqı Macarıstan üçün bloklanan ümumi məbləği blokdan çıxararsa, Macarıstan Ukraynaya 50 milyard vəsaitin ayrılmasına veto qoymayacaq.

Dekabrın 13-də, sammitdən bir gün əvvəl Avropa Komissiyası Aİ-nin Macarıstan üçün nəzərdə tutulan 10 milyard avro vəsaitinin blokdan çıxarılmasına qərar verib. Avropa Komissiyası dərc olunmuş press-relizdə Budapeştin məhkəmə sisteminin müstəqilliyi ilə bağlı şərtləri yerinə yetirdiyini izah edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur