Axalkalakidə həbs edilən Artur Mkoyanın həyat yoldaşı rayon polisinin rəhbəri Şalva Lomsadzeni onu qaçırmaqda və cinsi zorakılıqda ittiham edir. Mina Mkoyanın sözlərinə görə, 2021-ci il dekabrın 24-də Şalva Lomsadze onu qaçıraraq zorlamağa cəhd edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mənim arxamca qara şüşəli maşın gəlirdi, uzun müddət verdilər, mən ona görə də yolu dəyişdim və qorxdum. Ağ pikap yolumu kəsdi. Oradan bir kişi çıxıb məndən həqiqətən Mina olub-olmadığımı soruşdu və məni polis rəisinin olduğu maşına soxdu. Mən ondan nə istədiyini soruşdum, o, isə “Sənə söz vermişdim ki, sən mənim olacaqsan və o gün yetişdi” deyə cavab verdi. O, əvvəlcə hər iki əlimdən tutdu, sonra isə boğazımdan tutaraq məni zorlamağa cəhd etdi”, - deyə Mina Mkoyan jnews ilə söhbəti zamanı deyir.
Onun sözlərinə görə, o polis rəisinə müqavimət göstərərək onu vurub, Lomsadze isə eyni zmaanda onu vurmaqla geri cavab verib: “Həmin vaxt o, pul və qiymətli zinət əşyalarım olan çantamı götürdü. Pul və qızıl-zinət əşyalarını çıxarıb çantanı üstümə atdı. O üç üzük, bir xaç və iki kulon götürdü. O mənə dedi ki, peşman olacam. O, maşından düşəndə biz Aspindzada deyildik”, - qadının sözlərinə görə, polis rəisi onu zorlayan zaman sürücü də maşında olub. Mina Mkoyanın sözlərinə görə, Şalva Lomsadze kiməsə zəng edərək şəhərdəki bütün müşahidə kameralarını söndürməyi tapşırıb. Aspindzaya tərəf hərəkət etdi. Yolda ağ xaç var. Orada dayandı. Bundan sonra mən Teymuraz və Giorgi ilə birlikdə səyahət davam etdim. Biz bir yerə gəldik, mənim üçün naməlum yer idi. Onlar zəng etməyə başladılar, məni hara aparmalı olduqlarını soruşdular. Mən çantamda həmişə kiçik dırnaq qayçısıgəzdirirəm. Onlar fərqinə varmadan mən onu çıxarıb birinin yan nahiyəsinə vurub maşından düşdüm. Mən qaçmağı bacardım və baldızıma zəng etdim”.
Mina Mkoiani niyə əvvəllər Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi və ya Prokurorluqla əlaqə saxlamadın sualına belə cavab verir:
“Biz susduq. Baş verənləri unutmaq istəyirdik, amma qorxu içində yaşayırdıq. Həmin hadisədən sonra Şalva mənə myazırdı və ərimi həbs etməklə hədələyirdi. Biz cavab vermədik. O son üç aydır ki, ərimlə müxtəlif yerlərdə rastlaşır, maşının şüşəsini aşağı salıb ona söyür. Çox adam bunun şahidi oldu, o təxribat törətməyə çalışırdı. O bizə müxtəlif profillərdən yazıb, yoldaşıma da yazaraq, əgər dayanmasaydı, mənimlə olduğunu deyəcəkdi, videolar da yayacaqdı”.
“Gürcüstan xəbərləri” Axalkalakinin polis rəisi ilə əlaqə saxlasa da, o, şərh verməkdən imtina edib. Daxili İşlər Nazirliyi də polis rəisinin cinsi zorakılıq ittihamına cavab verməyib.
37 yaşlı Artur Mkoyan avqustun 24-də Axalkalakidə həbs edilib. Polisdən verilən məlumata görə, bu il avqustun 23-də Axalkalakinin Davit Ağmaşenebeli küçəsində “Opel” markalı avtomobilin sürücüsü şəxsi avtomobili ilə hərəkətdə olan polis əməkdaşlarına tapançadan atəş açıb. Polisdən verilən məlumata görə, hadisədən sonra sürücü avtomobillə qaçıb və gizlənib, lakin tezliklə avtomobilin sürücüsünün şəxsiyyəti müəyyən edilib və "Opel" markalı avtomobili 1985-ci il təvəllüdlü Artur Mkoyanın idarə etdiyi müəyyən edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının yaşadığı ünvanda apardıqları axtarış zamanı adıçəkilən şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmayıb və bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə həbs edilib. .
Axalkalaki Rayon Məhkəməsi Artur Mkoyanın qanunu pozduğunu təsdiq edib və ona 11 sutka həbs cəzası verib.
Samtsxe-Cavaxeti Polis Departamenti Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaqı davam etdirir.
“Vahid Milli Hərəkat”ın regional katibi Giorgi Botkoveli Artur Mkoyanın həbsi ilə bağlı brifinq keçirib. Onun sözlərinə görə, polis Mkoyan ailəsinə silah yerləşdirməyə çalışıb ki, “sonradan o, müvafiq maddə ilə həbs olunsun, lakin son xəbərlərdən sonra və televiziyalar prosesə qarışanda, onlar buna cəsarət etməyiblər". Botkovelinin sözlərinə görə, Artur Mkoyanın və ailəsinin “siyasi təqibi” 2021-ci ildə Mkoyan “Milli Hərəkat” partiyasının siyahısına üzv olduqdan sonra başlayıb.Daxili İşlər Nazirliyi “Milli Hərəkat”ın ittihamını rədd edərək cavabında, vətəndaş Artur Mkoyanın tapançadan atəş açması faktının əks olunduğu video paylaşıb hansı ki, həmin kadrlardan sonra istintaqa başlanılıb.