Axalqori və Gava əhalisi üçün işğal olunmuş Çxinvali bölgəsi istiqamətində hərəkətə qoyulan təxminən üç illik məhdudiyyətdən sonra qondarma keçid məntəqələri qismən açılıb. Özünü müstəqil elan etmiş Cənubi Osetiya Respublikasının Təhlükəsizlik Şurasının qərarına əsasən, “Razdaxan” (Odzisi) və “Pereus” (Perev) qondarma keçidlər hər ayın 20-dən 30-dək səhərdən axşama qədər (yerli vaxtla 9-dan 7-dək) açıq olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
31 noyabr 2022-ci il tarixinədək Axalqori və Gava bölgəsinin sakinləri hətta “müddəti bitmiş icazələrlə” də keçitdən istfadə biləcəklər.
Sözdə Təhlükəsizlik Şurasının iclasında de-fakto prezident Alan Qaqloyev qeyd edib ki, Axalqori və Gava vilayətlərinin administrasiyaları yerli sakinlərin müraciəti əsasında nəzarət-buraxılış məntəqələrinin işinin bərpası imkanlarını müzakirə ediblər.
Axalqori rayonunun Rusiya tərəfindən işğalından sonra 2008-ci ildən bu yana yerli əhali işğal olunmuş əraziyə yalnız xüsusi icazə ilə daxil ola bilirdi. 4 sentyabr 2019-cu ildə Cənubi Osetiyanın de-fakto hakimiyyəti Axalqori istiqamətində qondarma “Razdaxan” keçid məntəqəsini bağlayıb. O zamankı de-fakto prezident Anatoli Bibilov Gürcüstan hakimiyyətindən Xaşuri bələdiyyəsinin Çorçana kəndində yerləşən, polis məntəqəsini ələ keçirməyi tələb edirdi hansı ki, onun sözlərinə görə, özünü müstəqil elan etmiş respublika ərazisindəki Tsnelis kəndində yerləşir. Bibilov həmin polis məntəqəsinii almayana qədər Axalqori məntəqəsini açmayacağını bildirdi.
Gürcüstan Daxili İşlər Nazirliyi 20-24 avqust 2019-cu il tarixlərində Tsnelis kəndinin kənarında yeni Gürcüstan nəzarət-buraxılış məntəqəsi yaradıb. Keçid məntəqəsi inzibati sərhəd xəttindən təxminən 240 metr aralıda, Gürcüstanın mərkəzi hökumətinin nəzarəti altında olan ərazidə yerləşir.
İşğal altında olan Çxinvali rayonundakı ikinci keçid məntəqəsinə gəlincə, Perevi keçid məntəqəsi "Razdaxan" bağlandıqdan sonra daha altı ay fəaliyyətini davam etdirib, 28 fevral 2020-ci il tarixində isə COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminə görə bağlanıb.
Üç illik təcrid zamanı sözdə keçid xüsusi hallara görə yalnız bir neçə dəfə açılıb. Bu müddət ərzində keyfiyyətli tibbi xidmətin olmaması səbəbindən onlarla insan səhhətində yaranan fəsadlar nəticəsində dünyasını dəyişib. 2021-ci ilin yazında faktiki olaraq Cənubi Osetiya Respublikası adlanan Prezident seçkilərində Alan Qaqloyev qalib gəlib. Seçkidən əvvəl o, Axalqori sakinlərinə vədində, əgər onu seçsələr, sözdə Keçid məntəqələrini açacaqdı. Qaqloev Axalqoridə Bibilovdan dörd dəfə çox səs toplayıb.