Çeçenistanda müxalifət hərəkatı “Adati”-nin fəalı, Ramzan Kadırovu tənqid edən Telegram kanalının moderatoru 19 yaşlı Salman Tefsurkaev öldürülüb. “Adati”-nin açıqlamasına görə, Salman Jhalka kəndindəki hərbi poliqonda öldürülüb. Onu bağlayıb, ağzına qumbara qoyaraq partladıblar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Oğlanın qaçırılması 2020-ci ilin sentyabrında məlum olub. Eyni zamanda sosial şəbəkələrdə onun üzr istəyib butulkanın üstündə oturduğu video da yayılıb.
“Elə bir işlər var hansı ki, biz insanları xilas edə bilmiriik. Onu qətlə yetirdilər. Bu, Salman Tefsurkaevin işidir, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi bu yaxınlarda qərar çıxarıb. Biz onun öldüyünü dəqiq bilirik. Hətta butulkaya taxılarkən videokamerayla lentə alınmış işgəncə də ona işgəncə verildiyini sübut etməyə kifayət edir. Biz bu şəxsi xilas edə bilmədik”, - Rusiyada fəaliyyət göstərən “İşgəncələrə Qarşı Komanda” hüquq müdafiə təşkilatının hüquqşünası Olqa Sadovskaya avqustun 23-də dərc olunan müsahibəsində bildirib.
Hüquq müdafiəçisinin müsahibəsindən sonra, qaçırılmadan öncə Salman Tefsurkayevin moderatorluğunu etdiyi “Adati” hərəkatının “1ADAT” teleqram kanalı bəyanat yayıb. Hərəkatın verdiyi məlumata görə, Salman 2020-ci il sentyabrın 15-də öldürülüb
“Biz artıq Salmanın sağ olduğuna dair ümidimizi itirmişik. Bütün bu müddət ərzində əldə etdiyimiz məlumatları gizlətməməyi və sizlərə söyləməməyi özümüzə borc bilirik.
Kadırovçular qaçırılandan sonra Salmanı kamera qarşısında butulkanın üstündə oturmağa məcbur ediblər, bundan sonra isə onun Qroznıda sərbəst gəzirmiş kimi səhnələşdirilmiş videolarını çəkiblər. Bütün bu videolar 7 sentyabr 2020-ci ildə çəkilib. Çəkilişdən sonra onu Qroznıda yerləşən Axmat Kadırov adına ikinci alayının ərazisindən aparıblar.
Salman 2020-ci il sentyabrın 15-də Jhalka kəndindəki hərbi poliqonda öldürülüb. Bu, Adam Delimxanovun [Rusiya Dumasının Çeçenistandan olan deputatı – red.] ata-baba kəndidir. Salmanı bağlayıb, ağzına qumbara qoyub partladıblar.
Salmana bir həftə işgəncə ediblər, alçaldıblar və nəhayət sonda onu dəhşətli şəkildə qətlə yetiriblər, lakin bu belə Kadırovun rəzil cinayətkarlarına kifayət etməyib. Onlar meyiti Salmanın yaxınlarına təhvil veriblər və “it kimi basdırın” deyiblər. “Adati” hərəkatı bildirir ki, “Salmanın nəşi adsız qəbirdə dəfn edilib”.
Onların dediyinə görə, kadırovçular Salman Tefsurkayevi açıq şəkildə alçatmaqla hərəkatın digər üzvlərini qorxutmaq istəyiblər: “Amma onlar bu əməlləri ilə bizi birləşdirdilər və bir daha özlərinin əsl mahiyyətlərni göstərdilər. Kadırov çeçen xalqını yox, özünü və əxlaqsız dəstəsini alçaltdı. Salman bizim üçün vətənimizin, Allahın və çeçen xalqının bu bədxah düşmənlərindən azad olmasını istəyən bir qardaş idi və o belə də qalacaq”.
Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci ilin oktyabrında Salman Tefsurkaevin işi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə müəyyən edib ki, Rusiya hakimiyyəti İnsan Hüquqları Konvensiyanın 3-cü və 5-ci maddələrini – “işgəncələrin qadağan edilməsi” və “azadlıq və təhlükəsizlik hüququ”nu pozub.
“Avropa İnsan Hüquqları Məhkəməsi Salmanın dövlət orqanlarının əməkdaşları, yəni Çeçenistan qüvvələri tərəfindən oğurlanmasını və işgəncə qurbanı olduğunu tanıyıb. O, qanunsuz olaraq azadlıqdan məhrum edilib, qəddar və ləyaqəti alçaldan rəftara məruz qalıb və bu rəftar lentə alınıb. Məhkəmə müəyyən edib ki, dövlət Salmanı müdafiə etməyib”, – qərarın elanından sonra Olqa Sadovskaya bildirib.
Məhkəmə niyə Konvensiyanın 2-ci maddəsinin “yaşamaq hüququ”nun pozulmasını aşkar etmədi sualına cavab olaraq hüquqşunas izah etdi ki, şikayət verərkən onlar yalnız Salmanın oğurlandığını və işgəncələrə məruz qaldığını sübut edə bilirdilər: “Biz hələ də onun sağ olduğuna və bizim səylərimizlə sağ qala biləcəyinə ümid edirdik. Avropa Məhkəməsinin qərarı şikayətin verildiyi zaman təqdim eddilən faktlara və sübutlara əsaslanır.
Qeyri-hökumət təşkilatının məlumatına görə, Salman Tefsurkayev 2020-ci il sentyabrın 6-da Çeçenistanın qonşusu olan Krasnodar vilayətindən, Gelencikdən qaçırılıb. Hadisə şahidləri bildiriblər ki, onu oğurlayanların üzərində Daxili İşlər Nazirliyinin əməkdaşlarının vəsiqələri olub. Tefsurkaevin harada olduğu bir gün ərzində məlum olmasa da, sentyabrın 7-də onun telefonu qoşulub və yaxınları geolokasiya məlumatlarından onun Qroznı polis bölməsində olduğunu öyrənə biliblər. Məhz həmin gün gəncə işgəncə verilməsini əks etdirən video görüntüləri də yayılıb. Krasnodar İstintaq Komitəsi cinayət işini Salmanın oğurlanmasından cəmi iki ay sonra, noyabrda açsa da, 2021-ci ilin mayında onu Çeçenistan İstintaq Komitəsinə təhvil verib. İstintaqın nəticələri hələ də məlum deyil.