Hökumətin təşəbbüsü ilə Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi”nə və “Silahlar haqqında” qanuna dəyişiklik edilir ki, bununla da balıqçılıq “elektroşok”u qurğusunun qanunsuz alınması, saxlanması, gəzdirilməsi, başqasına verilməsi və ya özgəninkiləşdirilməsi cəzalandırılır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, sözügedən əməl cinayət silahı müsadirə olunmaqla 1000 lari məbləğində cərimə ilə nəticələnəcək, təkrar törədildikdə isə şəxs 2000 lari məbləğində cərimələnəcək və cinayət silahı da müsadirə olunacaq.
Balıqçılıq elektrik silahının hazırlanması, alınması, saxlanması, gəzdirilməsi, daşınması, ötürülməsi, satılması cinayət silahı müsadirə olunmaqla 3000 lari məbləğində cərimə, təkrar törədildikdə isə 6000 lari məbləğində cərimə cinayət silahının müsadirə edilməsi ilə nəticələnir.
Bu gün qüvvədə olan normalara əsasən, əgər müvafiq xidmətlər bilavasitə qanunsuz balıq ovu faktı ilə bağlı əməli müəyyən edilərsə həmin şəxs məsuliyyət daşıyır, lakin kustar üsulla hazırlanmış “elektroşok” qurğusunun hazırlanması, saxlanması və daşınması qanun pozuntusu sayılmır. Ətraf mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Otar Şamuqianın sözlərinə görə, bu, brakonyerlərə qarşı mübarizədə nəzarət orqanına ciddi problemlər yaradır. “Bundan irəli gələrək biz qərar qəbul etmişik ki, qanunsuz balıq ovu silahlarının - “elektroşok” qurğularının brakonyerlər tərəfindən dövriyyəsi cəzalandırılsın və bu istiqamətdə silahların müsadirəsi ilə yanaşı, cərimə cəzası da tətbiq edilsin”, - nazir qeyd edib.
Kustar üsulla hazırlanmış “elektroşok” qurğusundan istifadə etməklə balıqların tutulması brakonyerlikdir, ətraf mühitə dönməz ziyan vurur, eyni zamanda insanların həyatı və sağlamlığı, eləcə də su biomüxtəlifliyi üçün təhlükə yaradır. Qeyd edək ki, brakonyerlərin kustar üsulla hazırlanmış “elektroşok”la bilavasitə brakoniyerlərin özlərinin sağlamlıqlarına ciddi ziyan vurma, həyatlarınma son qoyma faktları da qeydə alınır.