Milli Şərab Agentliyinin məlumatına görə, Gürcüstanın baş nazirinin atası, Tariel Ğaribaşviliyə məxsus “Gürcü Kökləri” MMC bu il bir kiloqram üzüm belə təhvil verməyib, heç bir məbləğ almayıb və müqavilə də ləğv edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Yığımın mütəşəkkil keçirilməsi üçün üzüm məhsulunun emalına 115 şirkət cəlb olunub. Onların arasında iqlim şəraitindən zədələnmiş üzümlərin satışını həyata keçirmək üçün “Məhsulun İdarə edilməsi Şirkəti” MMC dövlət müəssisəsi müxtəlif şərab şirkətləri ilə zərurət yarandıqda müqavilə bağlayır ki, üzümü sahibkarlardan rəvan şəkildə (90 tetriyə) təhvil ala bilsin. Məlum olduğu kimi, dövlət özəl sektorda tələbat olmayan üzümləri ə almağa hazır olduğunu ifadə edib. “Gürcü Kökləri” MMC avqustun 29-da müqavilə imzalasa da, Dedoflitskaro bələdiyyəsində mövcud üzüm ehtiyatları və özəl sektorun fəallığı səbəbindən prosesə “Gürcü Kökləri”nin cəlb edilməsinə ehtiyac qalmayıb və sentyabrın 1-də müqavilə ləğv edilib” - Milli Şərab Agentliyi bu bəyanatla “Qirçi Daha Çox Azadlıq” partiyasının lideri Zurab Caparidzenin yaydığı məlumata cavab verib.
“Pul haradan gəlir?
İqtisadiyyat Nazirliyinin “Müəssisələrin İdarə Edilməsi Agentliyi” MMC var. “Müəssisələrin İdarə Edilməsi Agentliyi” MMC-nin də “Məhsulun İdarə Edilməsi Şirkəti” MMC-si var. Bu il avqustun 29-da “Məhsulun İdarə Edilməsi Şirkəti” MMC “Gürcü Kökləri” MMC ilə sadələşdirilmiş qaydada müqavilə bağlayıb. “Gürcü Kökləri” MMC Tariel Ğaribaşviliyə məxsusdur. Ona ilin sonuna qədər üzüm (kilosu 10 tetri) emal etməsi üçün 150.000 lari ödəyirlər. Tariel də götürüb oğluna 1 nömrəli göyərtəni icarəyə götürüb ki, nəvəsini Pensilvaniyaya aparsın”, - Caparidze yazıb.
Bu gün, sentyabrın 12-də dövlət mühafizəsinin xüsusi xidmətinin rəhbəri Anzor Çubinidze bildirib ki, atası Tariel Ğaribaşvili baş nazir İrakli Ğaribaşviliyə Tbilisi-Münhen-Tbilisi çarter reysi üçün 34 min avro ödəyib.
2012-ci ilə, “Gürcü Arzusu” hakimiyyətə gələnə qədər İrakli Ğaribaşvilinin atası Tariel Ğaribaşvili Tsiteltskaro kəndinin qəyyumu olub və heç bir biznesi olmayıb. Oğlunun daxili işlər naziri, sonra isə baş nazir olduğu dövrdə Tariel Ğaribaşvili böyük mülk sahibi oldu.