Batumidə 3 gün əvvəl itkin düşmüş 16 yaşlı Luka Abuladzenin meyiti dənizdən tapılıb. Yeniyetmənin ölümü ilə bağlı 3 nəfərsaxlanılb, onlardan biri adam öldürməyə cəhddə ittiham olunur. Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxs Luka Abuladzeni və onun üç dostunu dənizə sürükləyib və qəsdən, təhlükəsizlik jiletlərinin istifadəsinə imkan vermədən, eyni adlı şişmə qayıqdan suya atıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Luka Abuladze iyulun 4-də dənizdə yoxa çıxıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, ertəsi gün bu barədə Acara polis şöbəsinə müraciət edilib, bundan sonra istintaqa başlanılıb. Aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları üç nəfəri saxlayıblar: 1989-cu il təvəllüdlü Z.S., 2004-cü il təvəllüdlü N.M. və 2005-ci il təvəllüdlü L.M saxlanılıb. Z.S. azyaşlıya qarşı adam öldürməyə cəhddə, N.M. və L.M. isə, xüsusilə ağır cinayət barədə məlumat verməmək ittihamı ilə saxlanılıblar.
İstintaq nəticəsində müəyyən olunur ki, Z. S. Luka Abuladze və daha üç gənci eyni adlı katerə qoşaraq şişmə qayıq ilə dənizə aparıb. Daha sonra kəskin manevrlə, Luka Abuladze də daxil olmaqla şişmə qayıqda oturan dörd nəfərin hamısını xilasedici jiletlərdən istifadə etmələrinə imkan vermədən qəsdən suya atıb və özü də qayıqda olan şəxslərl, N.M. və L.M. ilə birlikdə yoluna davam edib.
Üç gənc sahilə çıxa bilsə də, Luka Abuladze yoxa çıxıb. Ailə üzvlərinin sözlərinə görə, o, üzməyi bilmirmiş.
Hazırda cinayət məcəlləsinin 19-109 və 376-cı (qəsdən adam öldürməyə cəhd və xüsusilə ağır cinayət haqqında məlumat verməmə) maddələri ilə istintaq aparılır.