Batumidə bir nəfər binadan yıxılaraq ölüb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Batuminin Anqisi küçəsində tikilməkdə olan binanın on üçüncü mərtəbəsindən yaşı 40-a yaxın olan kişi yıxılaraq ölüb. Acara TV tikintidə işləyən şəxsə əsaslanaraq bildirir ki, həmin şəxs mənzillərdən birində təmir işləri aparırmış.

2021-ci ildə iş yerində 34 (kişi) həlak olub, 253 nəfər (37 qadın və 216 kişi) xəsarət alıb. Ölənlərin və yaralananların əhəmiyyətli bir hissəsi 2020-ci ilə bənzər mədən və karxana və yaşayış/qeyri-yaşayış binalarının tikintisi ilə bağlıdır.

2021-ci ildə iş yerində ölüm hallarının sayı 2020-ci illə müqayisədə 13%, 2019-cu illə müqayisədə 24%, 2018-ci illə müqayisədə isə 42% azalıb.

2021-ci ildə Daxili İşlər Nazirliyi tərəfindən işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı 200 cinayət faktı qeydə alınıb. Onlardan 17-si açılmışdır. 2022-ci ilin yanvar-avqust aylarında 110 cinayət qeydə alınıb, onlardan 14-nün üstü açılıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur