Milli Ətraf Mühit Agentliyi Batumidə süni ada inşası ilə bağlı ekoloji qərar qəbul edib. “Ambassador Batumi Ailand” şirkətinə Batumi şəhərinin Odissey Dimitriadis küçəsi və dəmir yolu stansiyası yaxınlığındakı sahil ərazisində dənizdə 12,5 hektar sahənin çınqıllarla doldurulması və abadlaşdırılmasını nəzərdə tutan qoruyucu bəndin tikintisi layihəsini həyata keçirmək hüququ verilib. Sahil bəndbərkitmə işləri 14 aya başa çatdırılmalıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ambassador Batumi Ailand” tam olaraq bu ərazidə əyləncə və istirahət məqsədilə iki süni yarımada və bir tam ada yaratmağı və onların üzərində infrastruktur yaratmağı planlaşdırır.
Batumidə süni ada tikiləcəyi barədə Acarıstan hökumətinin sədri 20 sentyabr 2021-ci ildə bəyan edib. Onun sözlərinə görə, inşa olunacaq ada Dubayın Palm adalarına bənzər layihə formatında olacaq: “Bir neçə yüz milyon dollar sərmayə qoyulacaq. Bu, bir tərəfdən öz əhəmiyyətinə görə unikal layihə olacaq və biz artıq dünya tərəqqisi ilə ayaqlaşa, dənizdə yeni turizm məkanı yarada biləcəyik və bu, təbii ki, yeni iqtisadi imkanlar və iş yerlərinin açılması ilmkanı deməkdir."
Layihənin həyata keçirilməsi üçün 29 sentyabr 2021-ci il tarixində “Ambassador Batumi Ailand”, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Acarıstan hökuməti arasında investisiya sazişi imzalanıb.
Gürcüstan hökuməti şirkətə dənizdə 89 hektar [891 258 kv.m.] torpaq sahəsini simvolik qiymətə 1 lariyə və 65 il müddətinə tikinti hüququ ilə verib.
Müqavilənin şərtlərinə görə, investor 48 ay ərzində təyin edilmiş ərazidə iki süni yarımada və bir tam ada üçün layihə icazəsi almalıdır; 78 ayda 12 hektar ərazidə birinci yarımada, 102 ayda isə ən azı 15 hektar sahədə ikinci yarımada yaradılmalıdır; həmçinin 132 ay ərzində investor ən azı 5 hektar ərazini əhatə edən bir tam ada yaratmalıdır; yarımadalarda ən azı 500 otaqlı mehmanxanalar, ticarət mərkəzləri, yaşayış binaları, dənizkənarı bulvar, ictimai çimərliklər, akvaparklar, yaxta klubları, təhsil müəssisələri təşkil edilməlidir. Müqaviləyə əsasən, qoyulan investisiyanın həcmi 100 milyon dollardır.
2022-ci il iyulun 26-da Gürcüstan hökuməti Batumidə, Qara dənizdə süni ada layihəsinə xüsusi obyekt statusu verib.
“Ambassador Batumi Ailand” MMC dövlət qeydiyyatına 14 iyun 2021-ci ildə alınıb. Şirkətin səhmlərinin 82%-nin sahibi Britaniya Virciniya adalarının ofşorunda yaradılan Property Assets Investment MMC-dir, 18%-i isə 100%-i isə Gürcüstan və Rusiya Federasiyasının ikili vətəndaşıFridon Katamadzeyə məxsus olan “Batumi Island” MMC-yə məxsusdur. “Ambassador Group”un sahibi Rusiyada işləyən iş adamı Elquca Keburiyanın ailəsidir.
“Ambassador Group” həmçinin “Ambassador Kachreti” otel-istrahət kompleksi və “Tbilisi Ambassador” otel kompleksinə sahibdir. Keburialar Batumi bulvarında ilk əvvəl inaçaası dörd mərtəbədən artıq olmamaq şərtilə mehmanxana inşa edirlər. Batumi bulvarı mədəni irs abidəsi statusuna malikdir və ekspertlər yekun razılaşdırılmış layihəyə daxil olunmayan dəyişiklik nəticəsində bulvarda 16 mərtəbəli binanın tikintisini yolverilməz hesab edirlər, hansı ki, son olaraq razılaşdırılmış layihədə nəzərdə tutulmayan 17-ci mərtəbə də inşa olunub. Eyni biznes qrupuna Goderdze aşırımında yeni tikilmiş “Ambassador Goderdzi” otel kompleksi və Rusiya və Parisdə bir neçə restoran daxildir.