Tsalka bələdiyyəsinin Bediani kəndində Bediani Psixiatriya Klinikasının direktor müavini Voskan Voskaniani 53 yaşlı qadını qətlə yetirməkdə ittiham olunur. Qətl noyabrın 29-na keçən gecə baş verib. Məhkəmə Voskaniani barədə həbs-qətimkan təbiri seçib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində kənd sakini olan qadına balta ilə ölümcül xəsarət yetirərək hadisə yerindən uzaqlaşıq. Qətlə yetirilən qadın bir neçə ay əvvəl azad edildiyi Bediani psixiatriya klinikasında baxıcı işləyib.
Təqsirləndirilən şəxs özünü təqsirli bilmir. “o, İfadəsi zamanı müstəntiqə bildirib ki, qadın qətldən əvvəl onunla iki dəfə telefonla əlaqə saxlayıb və görüşmək istəyib. Həmin yerə çatdıqda qadın onu balta ilə qarşılayıb, baltanı ona tuşlayıb və bədəninə dəydikdə baltanı əlindən alaraq onu iki dəfə vurub. Sonra qorxub və evə gedib. Heç bir yerdə gizlənməyib. Polis onu evdə saxlayıb”, - deyə təqsirləndirilən şəxsin vəkili bildirib.
Polis Voskan Voskanianini qətldən bir neçə saat sonra saxlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətin törədildiyi silah maddi sübut kimi götürülüb. Təqsiri sübuta yetirilərsə, Voskanianini 10 ildən 15 ilədək həbs gözləyir.
Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir.
Ötən il ərzində Gürcüstanda 25 qadın qətlə yetirilib.