Belə fəlakətlər bütün ölkələrdə olur, qarşısının alınmasından danışmaq ciddi deyil - Baş nazir

Fövqəladə vəziyyət zonasında yerləşən Şovi qəsəbəsindəki bağ evlərinin ərazisində davam etdirilən axtarış tədbirləri nəticəsində xilasedicilər daha bir meyit tapıblar. Ölənlərin sayı 18-ə yüksəlib. “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze deyir ki, 18 nəfər itkin düşüb.

“Axtarış əməliyyatları davam edir. Bu gün daha bir meyit xilasedicilər tərəfindən tapılıb. Bir neçə cəsədin şəxsiyyəti hələlik müəyyən edilməyib. Müəyyən hallarda, zərərdən asılı olaraq, DNT analizi aparmaq lazım ola bilər. Ümumilikdə 36 nəfər itkin idi, 18 cəsəd tapılıb, 18 nəfər itkindir”, - bildirib Kobaxidze.

Raça-Leçxum-Svanetinin majoritar deputatı Qoça Enukidzenin sözlərinə görə, artıq Kutaisi Prokurorluğuna aparılan 17 cəsəddən 12-nin şəxsiyyəti müəyyən edilib.

Ölənlər arasında Qiorqi Qoqinaşvili, Nino Kençadze, Qiorqi Beriaşvili, Ukrayna vətəndaşı Alina Polikovska və Rusiya vətəndaşı Kseniya Triçevanın olduğu məlum olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur