“Gürcü Arzusu”nun qurucusu və keçmiş baş nazir Bidzina İvanişvili siyasətə qayıdıb. Partiyanın qurultayında o, “Gürcü Arzusu”nun fəxri sədri olacağını bildirib. İvanişvili siyasətə qayıtmağına səbəbi kimi bu gün Gürcüstanın çətin sınaqlarla üzləşməsini və hökumətin kiçik bir səhvinin belə ölkəyə çox baha başa gələ biləcəyini göstərib. Onun sözlərinə görə, müxalifət tamamilə məhv olduqda iqtidar komandasında risklər, o cümlədən korrupsiya riskləri artır və o, ağırlıq mərkəzinin missiyasını yerinə yetirəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Düz 3 il əvvəl aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarımla bağlı ictimaiyyəti məlumatlandırdım. İndi isə 3 ildən sonra öz təşəbbüsümlə partiyanın fəxri sədri kimi yenidən siyasi həyata qayıdıram.
Mən həyatda dürüstlüyə dəyər verirəm və buna görə də insanlara qərarımın səbəblərini vicdanla izah etmək istəyirəm.
Bildiyiniz kimi, siyasi fəaliyyət mənim təbiətimdə yoxdur. Hər kəsin yadındadır ki, mən hələ 2012-ci il seçkiləri öncəsi seçkilərdə qalib gəldikdən sonra çox tez siyasətdən getmək niyyətimi ictimaiyyətlə bölüşmüşdüm. Onda bu çoxları üçün inanılmaz idi. Lakin siz onu da xatırlayırsınız ki, mən 2013-cü ilin sonunda sözümü tutdum, dünya siyasəti tarixində görünməmiş bir qərar verdim və baş nazir vəifəsini tutmamdan bir il sonra öz istəyimlə hökumət başçısı postunu tərk etdim.
Xatırlatmaq istərdim ki, mən siyasətə vəzifə üçün gəlməmişəm. Bu addımımın daha çox ölkənin, xalqın mənafeyinə xidmət edəcəyinə inanaraq siyasətə qayıtmağa qərar verdim. Mən missiyamı başa vurduğuma və cinayətkarların heç vaxt hakimiyyətə qayıtmaq ehtirası olmayacağına inanaraq bir il ərzində siyasətdən getdim. Lakin sonradan məlum olduğu kimi, cinayətkar siyasi sistemin ilk baxışdan göründüyündən daha dərin kökləri var.
İlk dəfə 2018-ci ildə siyasətə üz tutmalı oldum. Bu qərarın səbəblərini sizə xatırlatmaqla daha sizi narahat etməyəcəm. Mən yalnız keçmiş Aİ səfirinin sözlərini xatırladacağam. Ailələri ilə dost olduğum səfir mənə dedi: qayıtmasan, bir ay sonra hakim partiyadan heç nə qalmayacaqdı. Bu doğru idi və mən bunu çox yaxşı bilirdim. Ancaq səfirin dediklərindən belə anladım ki, gördüklərim və qiymətləndirdiklərim kənardan da yaxşı göründü.
Sonra mən öz missiyamı yerinə yetirdim, komandanı sıfırdan topladıq, sistemi qurduq və yalnız bundan sonra ikinci dəfə siyasətdən getdim. Üstəlik, pensiya yaşına da çatdım və buna görə də bunun daha bir şərəfli səbəbi var idi.
Hesablaya bilmədiyim yeganə şey, siyasətdən uzaqlaşdıqdan cəmi bir ay sonra Qiorqi Qaxariyanın ölkəyə və komandaya xəyanət idi.
Həmin vaxt mən müşavir funksiyasını öz üzərimə götürməli idim və komandaya məsləhətləşmələrdə kömək etməsəm, proseslər ölkə üçün ən çətin ssenaridə inkişaf edəcəkdi.
O vaxtdan partiyanın 2-3 rəhbəri ilə ünsiyyaətim oldu ki, bu da komandada sağlam vəziyyətin saxlanmasına kömək etdi. Onu da vurğulamaq istərdim ki, partiyanın keçmiş liderinin komandaya məsləhət verməsi adi haldır və bir çox demokratik ölkələrdə belə hallar olub və indi də davam edir.
Bu gün Gürcüstan çətin sınaqlarla üz-üzədir. Ölkəmiz ətrafında geosiyasi vəziyyət mürəkkəbləşib, çətinliklər artıb. Müvafiq olaraq, ölkənin qarşısında duran vəzifələri yerinə yetirmək çətinləşib. Belə bir şəraitdə hakim partiyanın təmsil etdiyi hökumətin kiçik bir səhvi belə ölkəyə çox baha başa gələ bilər. Biz yalnız milli kimliyi tam qoruyub, dövlətin suverenliyini tam bərpa etdikdən, ölkəni birləşdirdikdən və xarici siyasi vəzifələri yerinə yetirdikdən sonra Gürcüstanın milli məqsədləri mahiyyətcə yerinə yetirilmiş hesab edilə bilər - Gürcüstanın bu gün əsas xarici siyasi vəzifəsi Avropa İttifaqına inteqrasiyadır.
Mən siyasətdən getdikdə iqtidar partiyasının başında son 3 ildə bir çox çətinliklərin öhdəsindən gələ bilən, qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilən bir komanda qoydum. Bunun fonunda təəssüf ki, təkrar edirəm - təəssüf ki, müxalifət tamamilə məhv oldu. Siyasi sistemdə hakim komandaya nəzarət etməkdən məsul olan siyasət subyekt məhv oldu.
Kriminal keçmişi ilə ağırlaşan müxalifət əvvəllər də iqtidarın sağlam və effektiv nəzarəti ilə seçilmirdi, indi isə artıq nəzarət resursları qalmayıb. Müxalifət partiyalarına təsirli nəzarət etmək əvəzinə, əlimizdə onların mətbuat orqanlarından gündəlik axan və artıq iqtidar komandasına zərrə qədər də diskomfort yarada bilməyəcək qədər köhnəlmiş yalan seli qalıb.
Müxalifətin məhvi ilə iqtidar komandasında risklər artır. Müxalifətin olmaması iqtidar partiyasını asanlıqla başgicəlləndirə və zəiflədə bilər. Bundan əlavə, kənarda qarşıdurma üçün heç kim qalmadıqda, komanda daxilində qarşıdurma icad etmək istəyi yaranır. Həmçinin müxalifət nəzarəti olmadığı halda korrupsiya riskləri artır ki, bu da xüsusi sığorta tələb edir.
Bütün bunlar məni siyasətə qayıtmaq və qurduğum partiyanın rəhbərlik komandasına müraciət etdiyim hakim partiyanın fəxri sədri vəzifəsini tutmaq barədə xoşagəlməz qərarına gətirib çıxardı.
Əgər indi parlament seçkiləri keçirilsəydi, “Gürcü Arzusu” seçki kampaniyası olmadan da 90-100 mandat alacaqdı. Müvafiq olaraq, mənim əsas məqsədim seçki üçün partiyanı daha da gücləndirmək deyil, həddən artıq güclənmiş komandanı insani vəsvəsələrdən qorumaqdır. Hakim partiyanın yeni ağırlıq mərkəzinə ehtiyacı var və hesab edirəm ki, mənim bu yeni ağırlıq mərkəzi ilə bağlı missiyam bu gün vaxtında və zəruridir. Bunun üçün artıq 2-3 nəfərlə məsləhətləşmələr kifayət etməyəcək və hesab edirəm ki, ölkə qarşısında duran vəzifələrin yerinə yetirilməsi mənimlə komanda arasında daha geniş məsləhətləşmələr və koordinasiya tələb edir.
Vurğulamaq istərdim ki, partiyanın fəxri sədri kimi komandanın əsas məsləhətçisi mən olacam. Mən partiyanı mükəmməl idarə edən və gələcəkdə də partiyanın idarə olunması funksiyasını yerinə yetirəcək partiya sədri vəzifəsini icra edən şəxsin səlahiyyətlərini mənimsəmək niyyətində deyiləm.
Hesab edirəm ki, ölkəmizi yekun qələbəyə çatdırmaq üçün mənim siyasi və həyat təcrübəm, müvafiq məsləhətlər komandaya lazımdır. Bizim milli kimliyimizi tam qorumaq, ölkənin dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmək, 2030-cu ilə qədər Gürcüstanı yüksək gəlirli ölkələr sırasına daxil etmək və Avropa İttifaqına daxil olmaq imkanımız var. Bu imkandan tam istifadə etmək bizim borcumuzdur və bunun üçün səylərimizi əsirgəməməliyik.
Vətənimiz, şərəfli və qürurlu xalqımız yalnız ən yaxşısına layiqdir. Gürcüstanın tərəqqisi və uğurları üçün sona qədər xərcləmək hər birimizin borcudur. Məhz bu məsuliyyət məni siyasətə qaytardı”, - İvanişvili “Gürcü Arzusu”nun qurultayında deyib.