Birinci sinif şagirdlərinin qeydiyyat müddətləri dəyişdirilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

foto: T%C9%99hsil Nazirliyi arxivind%C9%99n

Gürcüstanın təhsil və elm nazirinin 15 may 2023-cü il tarixli əmrinə əsasən, birinci sinif şagirdlərinin qeydiyyatı və məktəbə qəbul üçün zəruri olan sənədlərin təqdim edilməsi müddətləri dəyişdirilib.

Müddətlərin dəyişdirilməsi 2023-2024-cü tədris ilində sentyabrın 16-dan noyabrın 1-dək 6 yaşı tamam olacaq uşaqların birinci sinifə əlavə olaraq qəbul olması üçün “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliklə bağlıdır.

Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda davam edən II mərhələnin müddəti uzadılıb. Xüsusilə, bu mərhələdə mayın 19-dək qeydiyyat mümkün olacaq və həmin uşaqlar məktəbə qeydiyyata alınacaq ki, onların: bacı-qardaşları arzu olunan məktəbdə oxuyur; Valideyn/qəyyum arzu olunan ictimai məktəbin əməkdaşıdır; Ailədən iki və ya daha çox uşaq eyni vaxtda birinci sinfə daxil olur.

İkinci mərhələdə qeydiyyat, ictimai məktəblərə valideyn/qanuni nümayəndə tərəfindən qəbul üçün zəruri sənədlərin təqdim edilməsi əsasında həyata keçirilir. Qeydiyyat ictimai məktəb  tərəfindən təmin edilir.

Mayın 22-23-də qeydiyyatın birinci mərhələsi üçün ilkin olaraq müəyyən edilmiş müddətdə məktəblərə qeydiyyatdan keçə bilməyən xüsusi təhsil ehtiyacı olan uşaqlar üçün əlavə qeydiyyat aparılacaq.

Birinci mərhələdə qeydiyyata alınacaq uşaqların valideynləri arzu olunan ictimai məktəbə müraciət etməlidirlər. Məktəb rəhbərliyi uşağı Təhsil İdarəetmə İnformasiya Sistemində (EMİS) qeydiyyatdan keçirəcək. Xüsusi təhsil ehtiyacını təsdiqləmək üçün valideyn məktəbdə müvafiq ərizə formasını doldurmalıdır, bundan sonra multidissiplinar komanda uşağı qiymətləndirəcək və onun təhsil ehtiyacını müəyyən edəcək. Xüsusi təhsil ehtiyacları təsdiq edildikdə, məktəb müvafiq sənədlər əsasında şagirdin qeydiyyatını təmin edəcəkdir. Birinci mərhələdə qeydiyyata alınan uşaqlar üçün sənədlərin təqdim edilməsi və qəbul müddəti mayın 24-dən iyunun 2-dəkdir.

Xüsusi təhsil ehtiyacı olan şagird qrupuna aşağıda qeyd olunan xususiyyətlərə sahib olan uşaq daxil edilə bilər: a) fiziki qüsur; b) intellektual inkişafın pozulması; c) öyrənmə qabiliyyətinin pozulması; d) sensor inkişafın pozulması (eşitmə və/və ya görmə); e) nitqin inkişafının pozulması; f) davranış və emosional pozğunluq; g) uzunmüddətli xəstəxanaya yerləşdirmə zərurəti; h) sosial amillərin doğurduğu tədrisi çətinliklər və bu səbəbdən milli kurikulumun tələblərinin öhdəsindən gəlinə bilməməsi; i) Autizm spektri. Xüsusi təhsil ehtiyacı olduğu təsdiqlənməyən uşaqlar növbəti mərhələlərdə qeydiyyatdan keçmək imkanı əldə edəcəklər.

III mərhələ – ümumi qeydiyyat iyunun 8-də başlayacaq və 23-dək davam edəcək. Qeydiyyat Təhsil İdarəçiliyinin İnformasiya Sisteminin rəsmi internet saytı, “registration.emis.ge”də aparılacaq. Qeydiyyat valideyin/qanuni qəyyum tərəfindən təmin olunur. Elektron qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün lazımi sənədlərin qəbulu iyunun 26-dan iyulun 12-dək aparılacaq. Sənədlər göstərilən müddətdə təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

IV mərhələ - iyulun 17-dən 28-dək məktəblərdə həyata keçiriləcək. Bu mərhələdə I, II və III mərhələlərdə qeydiyyatdan keçə bilməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər qalan boş yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan keçəcəklər. Dördüncü mərhələdə şagirdin qeydiyyatını ictimai məktəb valideyn/qanuni nümayəndənin təqdim etdiyi zəruri sənədlər əsasında təmin edir.

Birinci sinfə qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Şagirdin qanuni nümayəndəsinin ərizəsi, o cümlədən qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi, şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda yaşayışını təsdiq edən sənədin surəti (varsa);
  • Şagirdin doğum haqqında şəhadətnaməsinin və şəxsiyyətini təsdiq edən sənədin surəti və Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin surəti (varsa).

Sənədlərin xarici dildə təqdim edilməsi halında, onlara Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur