2023-2024-cü tədris ili üçün ümumtəhsil müəssisələrində I sinif şagirdlərinin qeydiyyatının III mərhələsi - ümumi qeydiyyat iyunun 8-də, saat 09:00-da başlayıb və iyunun 23-dək davam edəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qeydiyyat təhsilin idarə edilməsi informasiya sisteminin “register.emis.ge” saytında aparılır. Qeydiyyat valideyn/qanuni nümayəndə tərəfindən həyata keçirilir. Elektron qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün zəruri sənədlərin təqdim edilməsi iyunun 26-dan iyulun 12-dək aparılacaq. Göstərilən müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.
I, II və III mərhələlərdə qeydiyyatdan keçməyən və ya qeydiyyatını dəyişmək istəyən şagirdlər IV mərhələdə - iyulun 17-dən iyulun 28-dək məktəblərdə, qalan boş yerlərə və ya əvvəlki mərhələlərdə boşalmış yerlərə qeydiyyatdan keçəcəklər.
Dördüncü mərhələdə ictimai məktəb valideyn/qanuni nümayəndənin təqdim etdiyi zəruri sənədlər əsasında şagirdin qeydiyyatını təmin edir.
Birinci sinfə qəbul üçün tələb olunan sənədlər bunlardır:
- Şagirdin qanuni nümayəndəsinin ərizəsi. O özündə ehtiva etməlidir: qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat və Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə cavab verən, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti və Gürcüstanda məskunlaşmasını təsdiq edən sənədin surəti (əgər varsa). Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir.
- Tələbənin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və Gürcüstanda məskunlaşmasını təsdiq edən sənədin surəti (varsa). Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir).
Gürcüstanın Təhsil və Elm Nazirliyi övladını vaxtında və rahat şəkildə məktəbə yazdıra bilmək üçün valideynləri qeydiyyatın şərtləri və qaydaları ilə diqqətlə tanış olmağa çağırır.