Biz Avropa İttifaqına Ukrayna və Moldovadan əvvəl daxil olacağıq - İrakli Kobaxidze 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“2024-cü ildə olmayacaq, 2025-ci ildə olacaq. Keçən il də, danışıqlara başlamağa layiq idiniz, nəinki namizəd statusunu əldə etmək. Lakin siyasi məsələdir, biz bu məsələyə dərindən girə bilmərik. Ümid edirik ki, 2024-cü ilin dekabrında ədalətli qərar veriləcək”, - deyə İrakli Kobaxidze bildirib. Hakim partiyanın sədri əmindir ki, Gürcüstan namizəd statusunu gec almasına baxmayaraq, Ukrayna və Moldovadan daha tez Avropa İttifaqına üzv ola biləcək. Kobaxidzenin sözlərinə görə, Gürcüstan bir çox istiqamətlərdə, o cümlədən demokratiya və insan haqları baxımından Ukrayna və Moldovanı qabaqlayır.

“Biz bütün hallarda sübut etmişik ki, hansı təlatümlü siyasi proseslərdən keçsək də, sonda məqsədimizə nail ola bilirik. Bu, namizəd statusu məsələsində özünü çox yaxşı göstərdi. Çətin proseslər, ən çətin proseslər oldu, amma biz bu prosesləri uğura, namizəd statusu almağadək apardıq. Danışıqların başlanması ilə bağlı da ictimaiyyətə eyni vədi verə bilərik. Nə vaxt olacağı ayrı məsələdir, amma danışıqlar mütləq açılacaq və biz əminik ki, mən sizə zəmanət verə bilərəm ki, biz Avropa İttifaqına Ukrayna və Moldovadan əvvəl daxil olacağıq.

Keçən il bizə namizəd statusu verilməsə də, bu il verilib, praktikada heç nə dəyişməyib, heç nədən geri qalmamışıq. Əslində, üzv olmağa gəldikdə, üzvlük tarixinə bütün bunlar heç bir şəkildə təsir etmir. Xatırlayırsınız ki, hər dəfə biz Aİ-dən konkret proseslərin başlanğıcını Ukrayna və Moldovadan gec alırdıq, məsələn, bizim misalımızda assosiasiya sazişinin, “DCFTA”nın imzalanması, viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar daha gec başladı, lakin hər üç halda biz Ukrayna və Moldovada qabaqladıq. Çünki siyasi qərarlar bir şeydir, amma sonda hamı görür ki, Gürcüstan həm Ukraynanı, həm də Moldovanı xeyli qabaqlayır, xüsusən də Ukraynada olan bu ağır vəziyyət və iqtisadi baxımdan Moldovaya yayılan bu proseslərdən sonra. Biz hər cəhətdən çox daha qabaqcılıq. Belə bir şəraitdə biz əminik ki, bizə namizəd statusu gec verilsə də, Avropa İttifaqına onlardan xeyli tez qoşulacağıq”, - Kobaxidze bildirib.

Dekabrın 14-də Aİ ölkələrinin liderləri Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara rəsmən başlamaq və Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə qərar qəbul ediblər.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur