Biz bilmirik nəyə imza atırıq - prezident Çin şirkətini Anakliaya gətirmək haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Çin Gürcüstan üçün düşmən deyil, lakin iqtisadi münasibətlərdə ehtiyatlı olunmalı olan dövlətdir.

“Çin məsələsini bu cür qoymaq düzgün deyil – “ya qara, ya ağ”. İqtisadi və siyasi baxımdan ən böyük dövlətlərdən biri olan Çinlə bütün dünya ticarət edir. Deməli, Gürcüstan özünü başqa cür aparmalı və hansısa divarlar çəkməlidir demək cəfəngiyyat olardı. Mən bunu həqiqətən dəstəkləmirəm. Digəri Anaklia məsələsidir, hətta bu gün Rusiyanın Oçamçire limanı ilə bağlı planı var, gəlin təsəvvür edək ki, bu iki liman bir-birinə münasibətdə necə olacaq?”, - Zurabişvili bildirib.

Prezident qeyd edib ki, Anaklia Dərinsulu Limanına investor seçimi müsabiqəsinin qalibi elan edilən Çin şirkəti sanksiya olunub və onunla birgə heç bir qərb investoru Gürcüstana daxil ola bilməz.

“Deməli, biz, dövlət büdcəsi və Çin şirkəti qalır, bu arzuolunmazdır və hamı bilir ki, Çinin kiçik ölkələrə kreditlər vermək və bu kreditləri qaytarmaq siyasəti nədir. Bu kifayət qədər təhlükəli ola bilər, çünki bəzən strateji resurslar və ya torpaq müqabilində kredit istəyirlər.

Bu məsələdə ehtiyatlılıq, araşdırma lazımdır və ən çox çatışmayan şey şəffaflıqdır. “Google”a baxın, Çin müqavilələri ən qeyri-şəffaf müqavilələrdir, çünki onlar hökumətin müqavilənin tam mətnini ictimaiyyətə açıqlamasını qadağan edən bəndləri ehtiva edir. Ola bilsin ki, nəyə imza atdığımızı siz bilmirsiniz və mən də bilmirəm.

Məncə bu arzuolunmazdır, əks halda bizim Çinlə münasibətimiz olmalı və var da, mən bunda heç bir problem görmürəm, çünki Çin heç bir ərazimizi işğal etməyib, Çin düşmən deyil, amma Çin iqtisadi münasibətlərdə diqqətli olmalı olduğumuz ölkədir.

Başqa bir şey, bizim qanunumuz başqa ölkənin dövlət şirkəti ilə belə tenderlərin keçirilməsini qadağan edir. Məsələ odur ki, bu Çin şirkəti özəl şirkət deyil, tamamilə dövlətə məxsusdur”, - Salome Zurabişvili bildirib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur