Biz Gürcüstanın sabit demokratik inkişafında maraqlıyıq - Qaluzin

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözlərinə görə, Qərb oktyabrda keçiriləcək parlament seçkiləri kontekstində Gürcüstanda vəziyyəti gərginləşdirməyə çalışır.

"İstisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik mərkəzi yaratmaq ümidi ilə “Maydan” ssenarisini həyata keçirməklə hakimiyyəti dəyişməyə cəhd etməkdir", - Qaluzin Rusiya mətbuatına bildirib.

O, “xarici agentlər” haqqında rus qanununun qəbuluna da münasibət bildirib və deyib ki, Qərb suveren dövlətə təzyiq göstərir:

"Brüsseldən və Vaşinqtondan “demokratiyanı sarsıtmaq”, “Avropa” və “Avroatlantik” dəyərlərinə sığmamaq, həmçinin, şəxsi sanksiyalardan istifadə etmək, Gürcüstanın “Avroatlantik perspektivini əngəlləmək”, onu Aİ-yə namizəd statusundan məhrum etmək, bu ölkə vətəndaşları üçün vizasız rejimi dayandırmaq təhdidləri kimi ikiüzlü ittihamlar gəlirdi".

“Gürcü Arzusu”nun liderləri kimi Mixail Qaluzin də Litva, Estoniya və İslandiyanın xarici işlər nazirlərini Tbilisidə rus qanununa qarşı Pasxa öncəsi keçirilən aksiyasda iştirak etdiklərinə görə “müstəqil dövlətin daxili işlərinə kobud müdaxilədə” ittiham edib.

"Biz öz tərəfimizdən Gürcüstanın sabit demokratik inkişafında maraqlıyıq. Eyni zamanda, ABŞ və Avropa İttifaqından fərqli olaraq, biz suveren dövlətlərin daxili işlərinə qarışmırıq", - rus diplomat qeyd edib.

Kütləvi etirazlara, həmçinin Venesiya Komissiyasının və ATƏT/DTİHB-nin tənqidi hüquqi nəticələrinə, Avropa İttifaqı, ABŞ Dövlət Departamenti və digər tərəfdaşların çağırışlarına baxmayaraq, “Gürcü Arzusu” Mayın 28-də nəhayət ki, “xarici agentlər” haqqında rus qanununu qəbul etdi. Rusiya hökumətinin nümayəndələri dəfələrlə qanunu dəstəkləyən və anti-Qərb bəyanatları ilə çıxış ediblər. Onların və “Gürcü Arzusu” liderlərinin mesajları üst-üstə düşür.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur