Tiflis meri və “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladzenin sözlərinə görə, o, Rusiya vətəndaşlarının Gürcüstana kütləvi şəkildə daxil olması, onların biznes qeydiyyatı və yaşayış izin tələbində heç bir problem görmür.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Problem nədir? Təbii ki, normaldır.
Mən heç bir problem görmürəm. Biz dəfələrlə bəyanat vermişik ki, Gürcüstan müharibəyə başlamır, müharibəyə qoşulmur, ikinci cəbhə Gürcüstanda açılmayacaq”.
Gürcüstan sanksiyalara qoşulmur. Bu çox əhəmiyyyətlidir.
Kaladze Avropa Birliyi ölkələri Rusiya vətəndaşlarının Şengen zonasına girişini sərtləşdirməyi nəzərdən keçirərkən Gürcüstan hökumətinin nə etdiyi sualına: - biz əlbəttdəki, ölkəyə turist axınını alqışlayırıq. Mən heç bir problem görmürəm. Əgər hər hansı bir şəxsə qarşı sanksiya tətbiq olunubsa, Gürcüstanda qanun və konstitusiyası çərçivəsində müvafiq cavab veriləcək. Gürcüstanda konstitusiya və qanun var”, - deyə cavab verib.
Gürcüstan 2022-ci ilin iyul ayında ən çox 156 737 ziyarətçini Rusiya Federasiyasından qəbul edib. Bu rəqəm ötən ilin iyul ayı ilə müqayisədə 525,5% çoxdur və koronavirus pandemiyasına qədər 2019-cu ilin iyul ayından (159 063 ziyarətçi) 1,5% azdır. Ukraynada davam edən müharibə fonunda Gürcüstana daxil olan Rusiya vətəndaşlarının sayının artması ilə əlaqədar bəzi siyasi partiyalar və vətəndaşlar Rusiya ilə birtərəfli vizasız rejiminin ləğvini tələb edirlər.
“Lelo” partiyasının təşəbbüsü ilə Rusiya və Ukraynaya qarşı hərbi təcavüzdə iştirak edən ölkələrlə müvəqqəti viza rejimi tətbiq edilməlidir- Gürcüstanda torpaq və digər daşınmaz əmlakın alınması, yaşayış hüquqlarının verilməsi, biznesin qeydiyyatı prosesi mümkün qədər məhdudlaşdırılıb nəzarət edilməlidir.
2021-ci ilin mart, aprel, may və iyun aylarında Gürcüstanda 6200-dən çox Rusi şirkəti qeydiyyatdan keçib.
Parlament çoxluğunun lideri İrakli Kobaxidzenin sözlərinə görə, Rusiya ilə qüvvədə olan viza siyasəti Gürcüstanda 2008-ci ilin avqust müharibəsindən sonra əvvəlki hakimiyyət dövründə tətbiq olunub:“ 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra həyata keçirilən siyasəti bu müharibəyə görə dəyişmək sadəcə olaraq məntiqsizdir. Əvvəlki hakimiyyət bizim müharibədən, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya ilə hazırda qüvvədə olan viza rejimini tətbiq edib”.
İqtisadiyyat naziri Levan Davitaşvilinin sözlərinə görə, ölkənin yaxşıllğını istəməyənlər turizm sektorunda müsbət tendensiyalara mənfi təsir göstərməyə və bununla da bir çox vətəndaşların vəziyyətini pisləşdirməyə çalışırlar.
Avqustun 18-dən Estoniya artıq Estoniya tərəfindən verilmiş Şengen vizası olan Rusiya vətəndaşlarının öz ölkəsinə girişinə icazə verməyəcək. Rusiya ilə 294 kilometr quru sərhədi olan Estoniya mart ayında, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə başlamasından qısa müddət sonra Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırdı.