BMT Abxaziya və Cxinvalidən olan məcburi köçkünlərin statusu ilə bağlı qətnamə qəbul edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İyunun 7-də BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş rayonlarında zorla həyata keçirilən demoqrafik dəyişiklikləri pisləyən, etnik mənsubiyyətindən asılı olmayaraq məcburi köçkünlərin öz evlərinə ləyaqətlə və təhlükəsiz şəkildə qayıtmaq hüququnu təsdiq edən, onların mülkiyyət hüquqlarına hörməti və qorunma zərurətini vurğulayan qətnamə qəbul edilib. Gürcüstanın və 63 ölkənin təşəbbüsü ilə qəbul edilən qətnaməni BMT-yə üzv 100 ölkə dəstəkləyib, 9-u əleyhinə səs verib, 59-u isə bitərəf qalıb.

Gürcüstan “Abxaziyadan, Gürcüstandan və Cxinvali regionundan/Cənubi Osetiyadan, Gürcüstandan olan qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qətnaməni Baş Assambleyaya 2008-ci ildən təqdim edir.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qətnamə humanitar kontekstlə yanaşı, həm də praktiki təsirə malikdir, çünki BMT-nin baş katibinə Gürcüstanda yaşayan məcburi köçkünlərin vəziyyəti və qətnamənin icrası ilə bağlı illik hesabat hazırlamağı tapşırır.

“Bu, Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində insan haqları baxımından ağır vəziyyətin və məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətlə qayıtmasına daha bir maneə olan beynəlxalq monitorinq mexanizmlərinin olmaması fonunda xüsusilə əhəmiyyət daşıyır və indi, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin sayının əhəmiyyətli dərəcədə artmasının dünyadaki ağır humanitar vəziyyəti daha da pisləşdirdiyi bir dövrdə xüsusilə vacibdir”, - Xarici İşlər Nazirliyindən bildirilir.

Qətnamədə həmçinin Cenevrə danışıqları üzvlərini Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş rayonlarında təhlükəsizlik və insan haqları baxımından mövcud vəziyyətinin yaxşılaşdırılması üçün səylərini artırmağa çağırır ki, bu da öz növbəsində məcburi köçkünlərin və qaçqınların öz evlərinə qayıtmasını asanlaşdıracaq.

Xarici İşlər Nazirliyi qeyd edir ki, bu il 64 ölkə qətnamənin həmmüəllifləri sırasına qoşulub ki, bu da ötən illə müqayisədə artım deməkdir və qətnamənin artıq qlobal təşəbbüs olduğunu bir daha təsdiqləyir.

Qətnamənin həmmüəllifləri/həmsponsorları arasında olan ölkələr bunlardır: Albaniya, Andorra, Antiqua və Barbuda, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Kosta Rika, Xorvatiya, Çexiya, Danimarka, Cibuti, Estoniya, Fici, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Qvatemala, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Kiribati, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Marşal adaları, Mikroneziya, Monako, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Norveç, Papua Yeni Qvineya, Polşa, Portuqaliya, Moldova, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Tonqa, Türkiyə, Tuvalu, Ukrayna, Birləşmiş Krallıq, ABŞ, Konqo Demokratik Respublikası, Malavi, Meksika, Yeni Zelandiya, Palau, Samoa, Trinidad və Tobaqo, Vanuatu.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur